manera.az
manera.az

Sənət tarixinin ən maraqlı - 6 faktı

Sənət tarixinin ən maraqlı - 6 faktı
MANERA.AZ sənət tarixi haqqında 6 maraqlı faktı təqdim edir.

1. 1959-cu ildə 2,5 milyon dolları rədd eləyən rəssam

Məşhur polşalı rəssam Mark Rotko abstrakt ekspressionizm anlayışına yiyələnmiş, rəsmlərində şişirdilmiş sadəlik olan rəssamlardandır. 30 illik karyerası boyunca necə deyərlər “kasıblığın şəhdi-şirəsini çəkib” və böyük maddi problemlərlə üz-üzə qalıb.

İngiltərə kralı əfsanəvi “Queen” rok qrupunun gitaraçısını təltif etdi
İran Güneydə Novruz adətlərimizi necə dəyişdirdi? -Araşdırma
Yaşayaram Turan adlı bir acunun eşqinə - Günün şeiri
Bir gün Rotkonun həyatı darmadağın olub.

Manhettendə yerləşən “Four seasons” adlı lüks restoran açılışı üçün Rotkoya rəsm sifariş verib. 1959-cu ildə açılacaq restoran üçün çəkəcəyi rəsmə görə ona 35 min dollar verəcəkdilər. Bu, indiki dövrdə 2,5 milyon dollar deməkdir.

Rotko ora gələn varlıların sənətini başa düşməyəcəyini düşünərək təklifi rədd edib. Sonrakı 10 il boyunca da dəfələrlə kasıblıq səbəbindən intihara cəhd edən sənətçi nəhayət ki, evinin hamamında bunu həyata keçirib.

Bu gün o puldan imtina edəcək neçə adam var?

1959 Yıllarında 2,5 Milyon Doları Reddeden Fakir Bir Sanatçı

2. Mona Liza oğurlandı

Mona Liza rəssamlıq tarixinin ən məşhur tablolarındandır. Xeyli bezdirən sirlərlə, şifrələrlə zəngin olan rəsmin məşhurluğu dövrümüzə qədər gəlib-çatıb.

Əsər çox az adamın bildiyi bir hadisəyə də şahidlik edib.

Tablo 1911-ci ildə muzeyin işçilərindən biri tərəfindən oğurlanıb. 2 il sonra isə tapılıb.

Qəribəsi budur ki, oğurluqdan sonra 50 minə yaxın insan tablonun yerləşdiyi muzeyə axışıb.

Səbəb?..

Təbii ki, olmayan tablonu “görmək” üçün...

The Hekking Mona Lisa – where the value of a painting, even a very good copy, lies

3. – Bu rəsmi siz çəkmisiniz?
– Xeyr, siz çəkmisiniz.


Başlığı oxuyanlar söhbətin kimdən getdiyini az-çox təxmin edəcəklər. Bəli, düz təxmin etdiniz – Pikasso.

Müasir rəssamlığın görkəmli nümayəndəsinin “Quernika” əsərini hər kəs başa düşməyə bilər. “Burda nə var ki, bunu mən də çəkərəm” deyə də bilər.

Pikasso o gün Fransadakı köhnə evlərin birindəki emalatxanasında işləyirdi.

Pikasso tez-tez yaradıcı rəsmlərindən narahat olanların təzyiqləri ilə qarşı-qarşıya qalıb. Onlar mütəmadi olaraq rəssamın emalatxanasına gəlib hər şeyi gözdən keçiriblər.

Onu ən böyük silahı sənət olan çox təhlükəli adam hesab ediblər. Ziyarətlərin birində alman zabitlərindən biri emalatxanada gəzişməyə başlayıb. Bu vaxt masanın üzərində rəssama aid rəsmlərdən birini görüb. Rəsmə laqeyd bir baxışla baxıb və Pikassoya tərəf çevrilərək deyib:

– Bu rəsmi siz çəkmisiniz?

Pikasso:

– Xeyr, siz çəkmisiniz.

Qeyd edək ki, rəsmin əsas mövzusu balaca kəndlərin birinə bir gecədə 6000 bombanın atılması olub. Rəsmdə göstərilən Quernika kəndində heç bir təhlükə elementi olmayıb. Orada sadəcə kasıb əkinçilər və kəndlilər yaşayıb. Almanlar isə o kəndi yerlə bir ediblər.

Beləcə Pikasso “Quernika” tablosu isə faşizmə tərs şillə vurub.

O, 20 yaşlarında yetərincə realist bir əsərlər ortaya qoyub. Sonradan “təqlidçilik” dediyi klassisizmdən və realizmdən üz döndərərək öz reallığını yaradıb.

Bu Resmi Siz mi Yaptınız ? Hayır Siz Yaptınız !

4. Pikassonun hədiyyə etdiyi rəsmi bir şüşə rakıya dəyişmək

Fikret Mualla Türkiyənin ən böyük rəssamlarındandır. O, keşməkeşli həyatdan xilas ola bilmək üçün özünü rəssamlığa həsr etmiş əfsanədir.

Mualla çox ağır həyat yolu keçib. Məktəbdə ispan qripinə yoluxub, anasını da yoluxdurub. Anası bu səbəbdən vəfat edib. Nəticədə, Mualla ömrünün axırınacan özünü günahkar hesab edib. Anası öləndən sonra atası gənc qadınlarla evlənib. Beləcə rəssamda psixi problemlər yaranıb.

Buna baxmayaraq Fransa açılan böyük sərgidə bütün əsərləri satılan Mualla Pikassonun da diqqətini çəkməyi bacarıb. Onun əsərlərinə heyran qalan Pikasso bir rəsmini satın alıb. Üstəlik, öz əsərlərindən birini də Muallaya bağışlayıb. Mualla isə Pikassonun əsərini görüb bəyənən bir adama əsəri bir şüşə rakıya dəyişib.

Picasso'nun Hediye Ettiği Resmi Bir şişe Rakıya Değişmek !

5. Səhv başa düşülən azadlıq

Görkəmli fransız rəssamı Ejen Delakrua bir addımlığında baş verən inqilabdan narazı idi. Üstəlik, inqilabın insanların küçədə sərbəst gəzməsinə təhdid olduğunu düşünürdü, ona görə də təhlükəli hesab eləyirdi.

“Üç muşketyorun” müəllifi Alkesandır Düma bir gün onu küçədə görür və onun haqqında “bir az utancaqdır” deyir.

Bəs necə olub ki, heç nəyə qarışmayan bir adam inqilabın simvoluna çevrilən rəsmin müəllifi olub?

Delakrua inqilabı tənqid eləyən bir əsər yaratmağı düşünürdü. Məqsəd inqilabçıları ucaltmaq deyildi. Əksinə, Delakrua kral tərəfdarı idi. Rəsmə diqqətlə baxsaq görərik ki, rəssam inqilabı ucaltmayıb, hətta inqilabçıların yaxşı adamlar olmadığını göstərməyə çalışıb. Ətrafdakı insanlar öldürdükləri əsgərlərdən oğurladıqlarını əşyaları üstlərinə taxıb idarəetməni itirərək ora-bura soxulublar.

Rəsm hərtərəfli senzuraya məruz qalıb. İnqilabdan sonra üzə çıxan idarəçilər inqilabı aşağı təbəqənin sayəsində reallaşdığını göstərdiyinə görə əsəri üzə çıxarmayıblar.

İnqilabdan sonra isə köhnə palan içi tökmək istəmədiklərinə görə rəsmin sərgilənməsinə mane olublar.

Bütün hallarda əsər inqilabın əsas simvolu olub.

Yanlış Anlaşılan Özgürlük !

6. İlk rinoplastika

Mikelancelo renessansın ən görkəmli nümayəndələrindəndir. O, rəsm və heykəlləri ilə dövrünün inqilabçılarından biri olub. Mikelancelo rəssamlıqdakı ustalığını heykəltəraşlıqda da göstərməyi arzulayıb. Çünki Sikstin kapellasının divarlarına çəkdiyi möhtəşəm rəsmlər heykəltəraşlığını kölgədə qoyurdu.

Davud heykəli onun ən mükəmməl əsərlərindəndir. Davud əslində dini obraz deyil. İsrail torpaqlarında ilk imperatorluğu quran bir imperialistdir. Ancaq İncildə adı xeyli hallandığına və yekəpər Calutu bir sapandla məğlub etdiyinə görə Mikelanceloya belə bir sifariş verilib.

İnanması nə qədər çətin olsa da, Mikelancelo bu heykəli ən yuxarıdan – saçlarından başlayaraq aşağıya doğru enə-enə hazırlayıb. Günün sonuna yaxına əsərin sifarişçisi olan böyük din xadimi prosesi izləməyə gələrək deyib:

– Səncə də burnu çox böyük deyil? Bir az əl gəzdirmək lazımdır.

Mikelancelo çox dil töksə də, din xadimi dediyindən əl çəkməyib. Rəssam yerdən bir az mərmər tozu götürüb nərdivanla yuxarı qalxıb burnun yanına çatıb. Özünü guya çəkiclə vururmuş kimi göstərsə də, ovcundakı tozu astaca yerə töküb.

Axırda ovcunda qalan tozu rahibin üzünə üfürüb “yaxşıdır?”, - deyə soruşub.

Rahib bundan xoşhallanıb. Gülümsəyərək cavab verib:

– Möhtəşəmdir.

Halbuki Mikelancelo heykəlin burnunda heç bir dəyişiklik etməyibmiş.

kulis.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1234
567891011
12131415161718
19202122232425
26272829