manera.az
manera.az

Yazıçılar Birliyinin qurultayının vaxtı dəyişdi

📅 26.09.2022 12:18

Yazıçılar Birliyinin qurultayının vaxtı dəyişdi
Azərbaycan Yazıçılar Birliyinin qurultayının vaxtı dəyişib.

Bu barədə APA-ya birlikdən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Yazıçılar Birliyində katibliyin geniş tərkibdə toplantısı keçirilib.

Ağsaqqallar Şurasının, Gənclər Şurasının və mətbu orqanların rəhbərlərinin də iştirak etdiyi toplantıda qurultayqabağı hazırlıq işləri müzakirə edilib.

Toplantı iştirakçıları təşkilati məsələlərlə bağlı təkliflər səsləndirib.

Texniki və təşkilati məsələlərin həlli, yüksək hazırlıq işləri üçün əvvəlcə nəzərdə tutulmuş oktyabrın 5-i tarixinin dəyişdirilməsi, Azərbaycan Yazıçılarının XIII Qurultayının oktyabr ayının sonunadək keçirilməsi qərara alınıb.


Baxış sayı - 289 | Yüklənmə tarixi: 26.09.2022 12:18
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031