manera.az
manera.az

“Baş” romanı Dövlət Mükafatına təqdim edildi

📅 29.11.2017 21:59

“Baş” romanı Dövlət Mükafatına təqdim edildi
Baş nazirin müavini, yazıçı Elçin Əfəndiyevin “Baş” romanı Dövlət Mükafatına təqdim edilib.

Bu barədə APA-ya Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza məlumat verib. Onun sözlərinə görə, bununla bağlı Azərbaycan Yazıçılar Birliyi Katibliyinin növbəti toplantısı keçirilib. Toplantıda bir sıra məsələlərlə yanaşı, Dövlət Mükafatına təqdim ediləcək əsər müzakirə edilib.

Xalq yazıçısı Elçinin “Baş” romanının 2018-ci il Dövlət Mükafatı Komissiyasına təqdim edilməsi təklif edilib, məsələ səsə qoyulub və qərar qəbul olunub.

Qeyd edək ki, ötən il "Azərbaycan" jurnalında çap edilən roman daha sonra kitab şəklində nəşr edilib.


Baxış sayı - 1 249 | Yüklənmə tarixi: 29.11.2017 21:59
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930