manera.az
manera.az

Gənc yazıçının imza günü keçiriləcək

📅 13.05.2022 12:17

Gənc yazıçının imza günü keçiriləcək
Mayın 15-də 12:00-da gənc yazıçı Tural Həsənlinin yeni kitabının imza günü keçiriləcək.

MANERA.AZ xəbər verir ki, müəllif “Koma” romanı ilə "LİBRAFF Park Akademiya” kitab mağazasında kitabsevənlərin görüşünə gələcək.

Əsər Bakıda yaşayan və zəngin ailənin övladının ölkə xaricindəki həyat tərzi və sevgi münasibətlərindən bəhs edir. Sevgi nağılı təsiri bağışlayan kitabda gənclərin sosial və ekoloji problemlər fonunda həyata, hadisələrə münasibəti, onların yaşadığı hisslər çözülür.

Onu da qeyd edək ki, müəllif indiyədək altı kitabın, o cümlədən üç romanının müəllifidir. “Koma”nın yaxın aylarda Türkiyədə nəşr olunacağı nəzərdə tutulub.


Baxış sayı - 598 | Yüklənmə tarixi: 13.05.2022 12:17
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930