manera.az
manera.az

"Etimologiya lüğəti"i təqdim olundu | MANERA.AZ

📅 18.11.2015 10:29

"Etimologiya lüğəti"i təqdim olundu | MANERA.AZ

Noyabrın 16-da mərhum professor Bəşir Əhmədovun yenicə çapdan çıxmış "Etimologiya lüğəti"nin Bakı Slavyan Universitetində (BSU) təqdimat mərasimi keçirilib.

MANERA.AZ xəbər verir ki, B.Əhmədov elmi ictimaiyyətə görkəmli pedaqoq, metodist alim, orta məktəb dərsliklərinin müəllifi kimi tanışdır. Ömrünün bir çox ilini o, etimoloji araşdırmalara həsr etmiş, bu əməyin nəticəsində onlarla qəzet və jurnal məqalələri, 3 kitabı işıq üzü görmüşdür. Yeni nəşr, alimin pərakəndə şəkildə çap olunmuş etimoloji tədqiqlərini bir yerə toplamaq, daha geniş oxucu kütləsinə çatdırmaq məqsədi daşıyır. Lüğətdə 4400-ə yaxın sözün etimoloji təhlili verilir. Kitab BSU-nun dosentləri Şəhla Əhmədova və Çimnaz Məmmədovanın rəhbərliyi altında hazırlanmışdır.

Təqdimat mərasimini açan Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev Bəşir Əhmədovun elmi-pedaqoji fəaliyyəti, habelə onun dilçilik sahəsində tədqiqatlarından söz açıb. Rektor vurğulayıb ki, Bəşir Əhmədov 30 ildən çox Bakı Slavyan Universitetində fəaliyyət göstərib, türkologiyanın inkişafında mühüm rol oynayıb.

Tədris işləri üzrə prorektor, professor Telman Cəfərov, BSU-nun dosentləri Şəhla Əhmədova və Akif Məmmədov, respublikanın müxtəlif ali məktəblərini təmsil edən professorlar İsmayıl Məmmədov və Əzizxan Tanrıverdi, dosent Heydər Cəfərov, ayrı-ayrı rayonlardan, Bakı məktəblərindən təqdimata toplaşmış dil-ədəbiyyat müəllimləri alimin çoxtərəfli fəaliyyəti və etimoloji lüğət haqqında danışıblar.

Sonda alimin ailə üzvləri BSU-nun rəhbərliyinə, lüğətin işçi qrupuna minnətdarlıqlarını bildiriblər.

Aytəkin Qardaşova
MANERA.AZ


Baxış sayı - 2 195 | Yüklənmə tarixi: 18.11.2015 10:29
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031