manera.az
manera.az

Səyyad Aranın 70 illiyi qeyd olundu

Səyyad Aranın 70 illiyi qeyd olundu
Yanvarın 14-də Azərbaycan Yazıçılar Birliyində yazıçı, publisist, ictimai-siyasi xadim, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, Əməkdar jurnalist Səyyad Aranın (Salahlı) 70 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

MANERA.AZ xəbər verir ki, tədbiri giriş sözü ilə açıq elan edən AYB katibi, yazıçı Elçin Hüseynbəyli bildirdi ki, Səyyad Aran öz yaradıcılığı ilə həmişə diqqət mərkəzində olan qələm adamlarından biri kimi oxucuların rəğbətini qazanıb.

AYB-nin sədri, Xalq yazıçısı Anar yubilyarın uğurlu yaradıclığı ilə insani keyfiyyətlərinin paralelliyi barədə öz fikirlərini bölüşdü. S.Aranın bədii əsərlərində ortaya qoyulan məsələrin aktuallığı barədə söhbət açan Xalq yazıçısı, xüsusən, müəllifin “Təmizlik kağızı” əsəri haqqında düşüncələrini dilə gətirdi.
Səyyad Aranın 70 illiyi qeyd olundu
Xalq yazıçısı Anar Səyyad Aranı AYB-nin xüsusi diplomu ilə təltif edərək yubilyara xoş arzularını bildirdi.

Millət vəkili, akademik Nizami Cəfərov S.Aranın bədii yaradıcılığı, dil-üslub xüsusiyyətlərinin zənginliyi barədə söhbət açdı.

Daha sonra Seyran Səxavət, Vaqif Yusifli, Əsəd Cahangir, Tehran Əlişanoğlu, Nikpur Cabbarlı, Elçin İsgəndərzadə, Yunus Oğuz və Qəşəm Nəcəfzadə yubilyar barədə fikirlərini bölüşərək ona təbriklərini çatdırdılar.

Mahmut Kaşğari Fondunun rəhbəri Elxan Zal Qaraxanlı öz ürək sözlərini dilə gətirərək Səyyad Arana fondun təsis etdiyi mükafatı təqdim etdi, ona həyat və yaradıcılığında uğurlar arzuladı.

Tədbirin sonlarına yaxın yayılan bir xəbər hamının sevincinə səbəb oldu.

Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Səyyad Adil oğlu Salahlı “Şöhrət” ordeni ilə təltif edildi.

Bu xəbər həm yubilyarı, həm də digər tədbir iştirakçılarını olduqca sevindirdi, Sərəncamın elanı alqışlarla qarşılandı. /525.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031