manera.az
manera.az

Hüseyn Cavidlə bağlı nadir arxiv kadrları yayımlandı - VİDEO

📅 06.12.2021 16:40

Hüseyn Cavidlə bağlı nadir arxiv kadrları yayımlandı - VİDEO
Azərbaycan Televiziyası böyük şair və dramaturq Hüseyn Cavidin vəfatının 80-ci ilində onunla bağlı nadir arxiv kadrları yayımlayıb.

AzTV-dən Manera.az-a verilən məlumata görə, TV-nin yeni yaradılmış “AzTV tarix” adlı yutub kanalında yayımlanan videoda H.Cavidin nəşinin Azərbaycana gətirilməsi əks olunub. Kadrlar 1982-ci ilə aiddir.

Ulu öndər Heydər Əliyev 1982-ci ildə - Hüseyn Cavidin anadan olmasının 100 illiyində onun İrkutskdakı məzarının aşkar edilməsinə və cənazəsinin qalıqlarının oktyabrın 26-da Azərbaycana gətirilməsinə nail olub.

Görüntülərdə H.Cavidin nəşinin təyyarədən düşürülməsi, onunla vida mərasimi əks olunub. Videodan dahi şəxsiyyətin vida mərasiminə yüzlərlə insanın gəldiyi görünür.

Ulu öndər Heydər Əliyevin Hüseyn Cavidin vida mərasiminə gəldiyi, onun qızı Turan Cavidlə söhbət etdiyi arxiv kadrlar da videoda yer alıb.

Hüseyn Cavidin nəşi Azərbaycana necə gətirilib? - HEÇ YERDƏ GÖRMƏDİYİNİZ GÖRÜNTÜLƏR


Baxış sayı - 400 | Yüklənmə tarixi: 06.12.2021 16:40
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031