manera.az
manera.az

Hüseyn Cavidin əsərləri ilk dəfə qırğız dilində - Foto

Hüseyn Cavidin əsərləri ilk dəfə qırğız dilində - Foto
Müdrik filosof Hüseyn Cavidin əsərlərindən ibarət toplu ilk dəfə qırğız dilində nəşr edilib.

"Əsərləri" adlı kitaba görkəmli şairin: "Xəyyam", "Topal Timur", "İblis" dramları, həmçinin “Çiçək sevgisi”, “Solğun bənövşələr”, “Sevinmə, gülmə, quzum!”, “Mənim tanrım”, “Görmədim”, “Kometa”, “Şeyx Sənan”, “Pənbə çarşaf”, “Get!”, “Qaçqın” adlı şeirləri daxil edilib.

Toplu Azərbaycanın Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucovun "Şərqin Şekspiri" adlı ön sözü ilə açılır.

Nəşrin iki qardaş ölkə xalqlarının mədəni qarşılıqlı zənginləşməsinə xidmət edəcəyi bildirilir.

Tanınmış şair Kozogeldi Kulteginin, eləcə də filoloq-türkoloq Kalmamat Kulamşayevin böyük zəhməti sayəsində qırğız oxucuları Azərbaycanın ən yaxşı və dünya şöhrətli şairlərindən birinin yaradıcılığı, həm də zəngin daxili dünyası və dərin fəlsəfi düşüncələri ilə daha yaxından tanış olacaqlar.

Kitab «Turar» nəşriyyatında yüksək poliqrafik səviyyədə, ən keyfiyyətli rəngli illüstrasiyalarla nəşr olunub.

Hüseyn Cavidin əsərləri ilk dəfə qırğız dilində - FotoБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
252627282930