manera.az
manera.az

Uzalt əlini, nəfəsini nəfəsimə bağla - Polşalı şairin şeirləri

Uzalt əlini, nəfəsini nəfəsimə bağla - Polşalı şairin şeirləri

MANERA.az Polşa şairi Xalina Posvyatovskayanın şeirlərini təqdim edir:

Məni adımla səslə

Məni adımla səslə,
sənə sarı gəlim
Ey canımda olanım.

Məni adımla səslə,
Sorma, adım bir quşmu göy üzündə.
Ya da bir kol, kökü salıbdır torpağa caynağını
boyuyur qan rənginə
Göy üzünü.

Nədir adım, deyə soruşma,
özüm də bilmirəm.

Axtarıram...
Adımı axtarıram.
Bilirəm əgər eşitsəm adımı
Dünyanın harasında olsam
Cəhənnəmin dibində belə
Tapıb gələcəm.

Diz çökürəm qarşında
Və yorğun başımı
Sənin əllərinə tapşırıram.

Mən öləndə...

Sevgili!
Günəşi tərk edəcəm
Mən öləndə.
Hündür bir kədərli canlıya dönəcəm,
Qucağına alıb basacaqsanmı bağrına?
Dəyişəcəksənmi qəddar bir taleyin sonunu?
Sənə düşünürəm gahdan
Sənə yazıram gahdan
Sevgidən, gülümsədən dolu
boş-boş məktubları
Gizlədirəm odların içində
Odlar daha da alovlanır.
Sevgili!
Alovlara gözümü dikdikcə fağırlaşıram
Sevgidən susuz olan ürəyimin sonu
necə olacağından gərək qorxammı?
Amma sənin mərhəmətin yox
bu bumbuz qaranlıq dünyada
təki-tənha ölürəm!

Arxanca gəlirəm

Sən gözlərimin fəryadısan,
Ki, sonsuzadək gedir
Bir kölgə min kölgə boyunca
Bir kölgə ki adsız... ünvansız...
Bir çoxlu işıq vardır
əllərində
bir çoxlu gecə
ulduzlarını birdən çökdürür.

Arxanca gəlirəm,
buludların arasına axtarıram səni
barmaqlarımla.
Quşların qanadları arasından, yarpaqlardan...
Və yalnız şəhərin solğun rəngli
meydanı bəllidir bu arada...


Saxlamaq istərsənsə məni

Saxlamaq istəyirsənsə məni
Uzat əlini
Hələ də saxlaya bilər məni əllərinin istiliyi
Gülüşün çəkər məni,
Şübhələnmə!

Saxlamaq istəyirsənsə məni
Səslə adımı,
sərhədləri kəsici
Kəsici və günəş şüalarından nazik.

Saxlamaq istəyirsənsə məni
Tələs!
Bağır,
Yoxsa mənə çatmayacaq səsin.
Tələs lütfən!
Getsəm əgər yanıqlı sözlərin nəyə yarar.
Nə faydası var planeti incitməyin,
Solğun adımı qumlara yazmağınla.

Saxlamaq istəyirsənsə məni
Uzalt əlini
Nəfəsini nəfəsimə bağla
boğulanı xilas edən kimi...
Çox da ümid yolu qalmayıb
Uzun zamandır tənhalıq mənimlədir
Amma saxla məni,
Lütfən!
Mənimçün yox,
Özünçün saxla məni!

Əllərinin neçə yaşı var?

Əllərinin neçə yaşı var?
Salxım-salxım ağaclar
Çəkəndə saçlarıma əllərini
Bahar olurlar.

Yuxudan oyanmış köklərinin iyi
Yerin zümzüməsi
Qırır payızın qoz belini.
Baharın küləyi
Rəqs edir qurumuş barmaqları arasında
Yaşıl boynumu
Daha da əyir
Bu üçlük arasında doluyam həvəsdən
isti canımın dərisini
sənin əllərinin altında
hiss edirəm!

Sözlərimin üstündən
quşlar uçanda


Sözlərimin üstündən quşlar uçanda
Söndü ulduzlar,
Bilmədim hansını səsləyəm
Qorxunu, ölümü,
Ya da sevgini.
Bax, əllərim çarəsizcə
Bir-birisinə dolaşırlar
Və sönükdür dodaqlarım.

Adı-ünvanı olmadan
başım üstündə göy üzü göyərir.

Və hətta daha yaxın
Adı-ünvanı olmadan
Yer üzü göyərir.


***
Mənimlə ortaq ol,
Gündəlik tənhalıq çörəyimə
Doldur varlığınla
Olmayan divarlara...
Yol ol
olmayan pəncərəyə.

Qapı ol,
Həmişə açıq qoya biləcək
Bütün qapıların üzünə.

Tərcümə: Ümid NəccariБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031