manera.az
manera.az

Türkiyə Qarabağ üçün 10 min kitab bağışladı

Türkiyə Qarabağ üçün 10 min kitab bağışladı
Azərbaycan Milli kitabxanasında Türkiyə Elmi və Ədəbi Əsər Sahibləri Birliyi (ILESAM) tərəfindən toplanmış türk dilindəki 10 min nüsxə kitabın Milli Kitabxanaya təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Manera.az xəbər verir ki, tədbirdə bildirilib ki, bu, Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə həyata keçirdiyi “Qarabağa kitabla gedək” layihəsi çərçivəsində baş tutub.

Milli Kitabxananın direktoru Kərim Tahirov bildirib ki, “Qarabağa kitabla gedək” layihəsinin əsas məqsədi işğaldan azad olunmuş torpaqlarda kitabxanaları bərpa etməkdir: “Bu gün layihə çərçivəsində xeyli kitab yığılıb. Tezliklə biz bu kitabları işğaldan azad olunan ərazilərdəki kitabxanalara təqdim edəcəyik”.

Mədəniyyət naziri Anar Kərimov qeyd edib ki, Qarabağda kitabxanalar da məhv edilib: “Hər zaman olduğu kimi qardaş Türkiyə Qarabağımızın dirçəldilməsində, şəhərlərin yenidən qurulmasında, tarixi-mədəni abidələrin bərpa edilməsi prosesində də Azərbaycana böyük dəstək göstərir. Qarabağda təkcə mədəni abidələrimiz deyil, həm də kitabxanalarımız məhv edilib. Həmin kitabxanaları yenidən bərpa etmək məqsədilə biz bu layihəni həyata keçiririk”.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ölkəsinin daima Azərbaycanın yanında olduğunu vurğulayıb: “Biz Türkiyə olaraq dünən də, bu gün də, sabah da Azərbaycanın yanında olacağıq. Türkiyə kitabxanalarında belə bir şüar var: “Kitab ən gözəl hədiyyədir”. Biz Qarabağa kitabla gəlmişik”.

Sonda tədbir iştirakçıları işğaldan azad olunmuş ərazilərdə fəaliyyəti bərpa olunacaq kitabxanalar üçün Milli Kitabxanaya hədiyyə olunan kitabların sərgisi ilə tanış olublar.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031