manera.az
manera.az

Mikayıl Müşfiqlə bağlı araşdırmaya fasilə verildi

📅 11.06.2021 12:08

Mikayıl Müşfiqlə bağlı araşdırmaya fasilə verildi
"Mikayıl Müşfiqə aid olduğu bildirilən, o cümlədən həmin ərazidən tapılan digər qalıqlarla bağlı araşdırmaya xitam verilməyib”.

Manera.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin sədri Ədalət Həsənov Mikayıl Müşfiqə aid olduğu iddia edilən qalıqların ekspertizası haqqında danışarkən deyib.

O, bildirib ki, müharibə və pandemiya səbəbindən bir müddət ekspertiza işlərinə fasilə verilib:

“Ona görə də hazırda bu işlə bağlı hər hansı yenilik yoxdur”.

Qeyd edək ki, Stalin repressiyasının qurbanı olmuş, 1938-ci ildə güllələnmiş şair Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqdan sonra Prezident İlham Əliyev məsələnin araşdırılması üçün Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verib. Tapşırığa əsasən, Mikayıl Müşfiqə aid olduğu ehtimal edilən qalıqlar müvafiq qaydada DNK ekspertizasından keçirilir. Əgər qalıqların həqiqətən ona məxsus olduğu təsdiqini taparsa, şairin yenidən dəfn olunması ilə bağlı zəruri tədbirlərin görülməsi nəzərdə tutulur.


Baxış sayı - 537 | Yüklənmə tarixi: 11.06.2021 12:08
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031