manera.az
manera.az

“Tələbə baharı” ümumrespublika yaradıcılıq festivalı keçirilib

📅 28.05.2021 16:37

“Tələbə baharı” ümumrespublika yaradıcılıq festivalı keçirilib
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 2007-ci ildən etibarən hər il ali təhsil müəssisələrinin tələbələri arasında “Tələbə baharı” ümumrespublika tələbə yaradıcılıq festivalı keçirilib.

Manera.az xəbər verir ki, bu il təşkil edilən “Tələbə baharı” XV ümumrespublika tələbə yaradıcılıq festivalının keçirilməsində məqsəd 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamını rəhbər tutaraq Nizami Gəncəvi yaradıcılığını gənc nəsil arasında daha dərindən təbliğ etmək, eyni zamanda, istedadlı gəncləri üzə çıxararaq onlara dövlət dəstəyi verməkdir.

Festivalın münsiflər heyətində Əməkdar incəsənət xadimi Cavan Zeynallı, Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Bəsti Sevdiyeva, Etibar Məmmədov, tanınmış ifaçı İlqar Xəyal təmsil olunublar.
“Tələbə baharı” ümumrespublika yaradıcılıq festivalı keçirilib
Seçimlərdə 15 ali təhsil müəssisəsindən 100 nəfər gənc iştirak edib. İstedadlı gənclərin seçimi Respublikanın tanınmış incəsənət xadimlərinin yer aldığı münsiflər heyəti tərəfindən həyata keçirilib.

Finala çıxmış qaliblərin iştirakı ilə Nizami Gəncəvinin “Xəmsə” poeması əsasında ayrı-ayrı məkanlarda çəkilişlərin aparılması şərti ilə musiqili tamaşa hazırlanaraq onlayn formatda yayımlanacaq.

Qeyd edək ki, festivalın seçim turları COVID-19 pandemiyası ilə əlaqədar karantin dövrünün qaydalarına ciddi riayət edilməklə qrafik üzrə 3 gün ərzində təşkil olunub.

2011-ci ildən etibarən “Tələbə baharı” ümumrespublika tələbə yaradıcılıq festivalı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə keçirilir.

“Tələbə baharı” festivalı bir sıra istedadlı gənclərin üzə çıxarılmasında vacib rol oynayıb. 2009-cu ildə “Avroviziya” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən və 3-cü yerin qalibi olan Aysel Teymurzadə və 2011-ci ildə Azərbaycana möhtəşəm qələbəni bəxş edən təmsilçimiz Eldar Qasımov "Tələbə baharı" festivalının iştirakçısı və qalibi olublar.


Baxış sayı - 532 | Yüklənmə tarixi: 28.05.2021 16:37
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930