Turgenyevin mənasız hesab etdiyi hekayə - MƏKTUBLAR | MANERA.AZ
![]()
İVAN SERGEYEVİÇ TURGENYEVİN FYODOR MİXAYLOVİÇ DOSTOYEVSKİYƏ ÜNVANLADIĞI MƏKTUBLAR
ƏVVƏLİ BURADA
F.M.DOSTOYEVSİYƏ 2avqust 1862-ci il.Peterburq şəhəri.
Cümə axşamı. 2 avqust 1862-ci il.Peterburq
Hörmətli Fyodor Mixayloviç, Bu gün burda qalmağıma baxmayaraq, mən Sizinlə ola bilmədim. Ona görə də əlinizi sıxaraq, sizlə sağollaşıram.
İ.Turgenyev
F.M.DOSTOYEVSİYƏ 27mart-8 aprel 1863-cü il. Paris şəhəri.
Paris 27 mart/8 aprel 863-cü il. Rue de Rivoli, 210.
Hörmətli Fyodor Mixayloviç, Sizə Dmitriy Platonoviç Lomaçevskini təqdim etmək istəyirəm. Qısa tarixcəsi belədir. O, Universitetdə tərbiyə alıb, sonralar ədəbiyyatla məşğul olub, Bir müddət Starçevsinin yanında korrektor olub; Dili mükəmməlləşdirmək üçün Fransaya getmiş, lakin atası ona bir qəpik də pul göndərmədiyi üçün yamanca kasıblamışdır. Biz ona imkanımız olan qədər yığışıb pul göndərdik ki, Peterburqa qayıda bilsin. İndisə mən Sizə müraciət edirəm: Lomaçevsiyə köməklik göstərin ki, batmasın. O, Sizin yardımınıza tam layiqdir və ona tapşırılan bütün işlərə müsuliyətlə yanaşacaqdır. Siz onu jurnalınıza korrektor təyin edə bilərsinizmi? Bir sözlə bu cür yazıq, zəhmətkeş, düzgün bir adama yardım edəcəəyinizə inanıram. Buna görə Sizə sonsuz minnıtdar olaram.
Əlinizi sıxıram və Sizə sadiq qalıram.
İ.Turgenyev
P.S. "RusskiyVestnik"də Lomaçevskiynin artıq iki məqaləsi dərc olunub, povest yazıb və ümumiyyətlə felyeton və istənilən bütün ədəbi işlər üçün bacarıqlıdır.
F.M.DOSTOYEVSKİYƏ 25 (13) may 1863-cü il. Baden-Baden.
Baden-Baden. Schillerstrasse, 277 25/13 may 1863.
Hörmətli, Fyodor Mixayloviç, Sizə çoxdan bəri yazmamağımın səbəbi, məktubumda müsbət xəbərlər vermək istəməyim idi. "Kabuslar" adlanan bir əsəri qələmə almağa başlamışam. Mən buna povest yox, sadəcə fantazi adlandırardım. Bu fikir mənim ağlımda çoxdandı ki, var idi. Lakin mən bu, nə də başqa bir işə başlaya bilmirdim. İndiki bu cür ağır bir dövrdə bu fikirlərin geridə qalmış və ya uşaqcasına görünməyindən çəkinirəm. Özünüz görəcəksiniz, lazım olsa əvvəlində kiçik bir ön söz və ya üzr-xaxlıq da yazaram. Siz bunu iki-üç həftəyə alarsınız. Mənim hesabımla iki çap vərəqi həcmində olmalıdır. Bütün yayı burda qalmaq və işləmək arzusundayam. Parisdə mən heç nə edə bilmirdim. Məktublarınızı daha bura göndərin.Burda hava təmizdir və ətraf çox gözəldir.
"Vremya"nın yeni sayları nadir hallarda mənə gəlib çatırdı. Sizə və əməkdaşlarınıza mənim üçün dil yetirdiyinizə görə təşəkkür edirəm.
Və sonda bir xahişimi də bildirmək istəyirəm. Düşünürəm ki, Sizi çox əziyyətə salmaram. Dostum Pavel Vasilyeviç Annenkova 109 rubl 50 qəpik gümüş pulla borcum var. Xahiş edirəm bizim gələcək ödənişlərimizin hesabından ona bu məbləği dərhal verəsiniz. O, Qravda, Vladimirskiy və Qrfaskiy küçələrinin kəsişməsindəki evdə yaşayır. Əgər Peterburqdan artıq çıxıbsa, zəhmət olmasa pulları Simbirska göndərəsiniz. Bununla mənə böyük yaxşılıq etmiş olarsınız.
Hamıya salamımı çatdırın. Əlinizi sıxıram.
İv.Turgenyev
TURGENYEVƏ VERİLƏN QƏBZ 18 fevral 1864-cü il. Peterburq
Avqust Aleksandroviç Berqmandan 500 rubl gümüş pul alıb.
İ. Turgenyev
18 fevral 1864-cü il. Spburq.
F.M. DOSTOYEVSKİYƏ 15 (3) oktyabr 1864-cü il. Baden-Baden.
Baden-Baden Schillerstrasse, 217. 18/3 oktyabr 1864.
Hörmətli Fyodor Mixayloviç, Sizin 24 avqustda göndərdiyiniz məktuba cavab yazacaqdım. Lakin ov vaxtıydı, unutdum. Qarşınızda günahkaram. 20 sentyabrda göndərdiyiniz sonrakı məktub mənə bunu xatırlatdı. Məktubuma bununla başlayım ki, jurnalınıza olan münasibətim zərrə qədər də olsa dəyişməyib. Mən jurnalın inkişafı üçün var gücümlə çalışacağam. Söz verirəm ki, ilk hər nə yazsam Sizin jurnalınızda yerləşdirəcəyəm. Lakin nə zaman yazın bitirəcəyim barəsində sizə heç bir məlumat verə bilməyəcəyəm. Çünki son zamanlarda tənbəl olmuşam. Bir ildən çoxdur ki, əlimə qələm almıram. Allah bilir nə vaxt hərəkətə gələcəyəm. Lakin ilk yazdığımı Sizə göndərəcəyəm. Mən xeyli vaxtdır Sizin barənizdə düşünürəm. Həyatdan çox ağır zərbələr almısınız. Sevinirəm ki, bu çətinliklər Sizi yıxa bilməyib. Bircə səhəttinizə görə narahatam. Gördüyünüz işər təki səhəttinizə pis təsir göstərməsin. Çox təəssüflənirəm ki, "Epoxa"nı vaxtı vaxtında əldə edə bilmirəm. Gələn ildən bunu da səhmana salmaq fikrindəyəm.
Bütün həmkarlarınıza salamımı yetirin. Sizə və yaradıcılığınıza böyük hörmətim var.
İ.Turgenyev.
F.M.DOSTOYEVSKİYƏ 28dekabr (9yanvar) 1865-ci il. Baden-Baden.
Baden-Baden. Schillerstrasse, 277 28dekabr 1864/9 yanvar 1865-ci il. Bazar ertəsi
Sizin məktubunuza cavab yazmağa tələsirəm. Jurnalınızın uğurularında yaxından iştirak etmək istəyimə şübhəniz olmasın. Lakin bu hələ gələcəyin işidir. Sizə and içirəm ki, əlimdə nə tam hazır, nə də yarımçıq bir iş yoxur. Müxtəlif jurnallarda sözü gedən "İt" adlı hekayə isə həqiqətən də var və hazırda P.V.Annenkovun əlindədir. Lakin dostlarımın tövsiyəsi ilə mən bu mənasız yazımı dərc etdirmək fikrindən daşındım. Sözümü hətta P.V.Annenkov da təsdiqləyə bilər. Bu cür bir neçə hekayə yazdığım barəsəndə gəzən şayələrin səbəbi isə "İt"in başlığında yazdığım ..................... Annenkov özü ................................................................. Təkrar edirəm, mən indi yazlnız Sizin qeyri-adi cəsarətinizə baxıb heyrətlənə bilirəm. Siz bu cür amada ədəbiyyata girişə bilirsiniz. Sizə can sağlığı və güc-qüvvət arzu edirəm. İnanın ki, bu müəllifin redaktora dediyi sadə bir söz deyil. Bu həqiqətdir. Bu bir oyanmış insanın öz dostuna dediyi sözdür. Mən Berlin poçtunda "Epoxa"nın mənə çatdırılması ilə bağlı göstəriş verdim. Özümsə mart ayında Peterburqa gəlmək fikrindəyəm. Sizi şux və sağlam görmək ümidi ilə sağollaşıram.
İv.Turgenyev.
F.M.DOSTOYEVSKİYƏ 21fevral (5mart) 1865-ci il. Baden-Baden.
Baden-Baden. Schillerstrasse, 277 5mart/21 fevral 1865-ci il. Bazar günü.
Hörmətli Fyodor Mixayloviç, bildirim ki, göndərdiyiniz 300 rubl vekseli aldım. Çox minnətdaram. Qızımın toyu gözlənilən və gözlənilməyən xərcləriylə məni sıxıntıya salmasaydı, Sizi narahat etməzdim. Ümidvaram ki, bu cür ödəniş etməyiniz Sizi çox da çətinliyə salmadı. Yaradıcılığınız barəsində danışdıqlarınız məni - tənbələşmiş Baden burjuaçısını qorxudur. Səhhətinizin qənaət-bəxş olmadığına görə təəssüflənirəm. Özünüzü çox yorub taqətdən salmayın. Yaxşısı budur ki, özünüzə gənc və yaradıcı bir köməkçi götürəsiniz.
Mən "İt"i kiçik həcmli olduğu üçün deyil, dostlarımın fikrincə yaxşı alınmadığına görə dərc etdirməyə cəsarət etmirəm. Susmaq, pis danışmaqdan daha yaxşıdır.
Annenkovun məktublarından son zamanlarda ədəbiyyatdakı canlanmanı hiss edirəm. O, mənə Tolstoyun romanından, Ostrovskinin dramından söhbət açır. Bütün bunları oxumaq istəyirəm. Lakin geri dönüşümə qədər təxirə salmalı olacam. Bu da təxminən aprelin 15-20si arası olacaq. Onda mən elə Sizin jurnalla da tanış olaram.
Sizə can sağlığı və xoş günlər arzulayıram. Əlinizi sıxıram.
İv.Turgenyev.
F.M.DOSTOYEVSKİY-İ.S.TURGENYEV və TUGENYEVƏ VERİLƏN QƏBZ. 8 (20) avqust 1865-ci il. Visbaden.
20/8 avqust 1865-ci il.Visbaden.
İvan Sergeyeviç, göndərdiyiniz 50 talera görə Sizə minnətdarlığımı bildirirəm. Onlar mənə xeyli kömək oldu. Tez bir zamanda geri qaytara biləcəyimə ümid edirəm. Mənə dilədiyiniz xoş arzularınıza görə təşəkkür edirəm. Lakin onların mənə asan başa gələcəyinə inanmıram. Mən çox güman ki, qatarda soyuqlamışam. Berlindən gələndən özümü naxoş hiss edirəm. Hər halda tezliklə Sizinlə görüşmək istəyirəm. Hələliksə Sizinlə sağollaşıram. salamat qalın. Əlinizi sıxıram.
F. Dostoyevskiy
Verdiyim 50 taleri isə F.M.Dostoyevski geri qayatardı.
İ. Turgenyev. Paris. Mart, 1876.
F.M.DOSTOYEVSKİYƏ 28mart (9aprel) 1877-ci il. Paris
Paris. 50, Rue de Douai. Bazar ertəsi 9 aprel/28 mart 1877.
Hörmətli Fyodor Mixayloviç!
Mənim əziz dostum, məşhur ədəbiyyatçı və rus dilinin bilicisi cənab Emil Dyuran "Revue des Deux Mondes"in redaksiyasından Rus ədəbiyyatının tanınmış nümayəndələri haqqında monoqrafiya hazırlamaq tapşırığı almış və buna görə də Rusiyaya yola düşmüşdür. Əlbətdə ki, iz bu halda sırada birinci yerdə dayanırsınız. Və o, məndən Sizə ünvanlanmış tövsiyyə məktubu istədi. Aramızda baş verən anlaşılmazlıqlara baxmayaq, Sizə yazmaq qərarına gəldim. Heyif ki, buna görə münasibərlərimiz demək olar tamamilə kəsilib. Mən əminəm ki, Siz baş vermiş bu kiçik problemlər Sizinlə bağlı müsbət fikirlərimə, ədəbiyyatda tutduğunuz yüksək mövqeyiniz barəsindəki düşüncələrimə təsir etmədiyə şübhəniz yoxdur.
Ümidvaram ki, cənab Dyuranı məmnuniyyətlə qəbul edib, onun səfər səbələrini anlayacaqsınız. Mənim Sizə olan sonsuz hörmətimə inanın.
İ. Turgenyev
Rus dilindən tərcümə edən: XANIM AYDIN