manera.az
manera.az

Bakıda Əlişir Nəvayinin kitabı nəşr olunub

Bakıda Əlişir Nəvayinin kitabı nəşr olunub
Dahi özbək şairi və mütəfəkkiri Əlişir Nəvayinin əsərləri bütün dünyada, o cümlədən qardaş Azərbaycanda çox sevilir. Ölkəmizdə müxtəlif illərdə dahi sənətkarın ölməz əsərləri tərcümə və nəşr olunub.

Manera.az xəbər verir ki, bugünlərdə isə Bakıda Əlişir Nəvayinin məşhur “Məhbub ül-qülub” əsəri işıq üzü görüb.

Kitabı Azərbaycan dilinə tanınmış alim, Bakı Dövlət Universiteti türkologiya kafedrasının müdiri professor Ramiz Əskər çevirib.

Dünya və Şərq ədəbiyyatının məşhur “Kəlilə və Dimnə”, “Bustan”, “Gülüstan”, “Qabusnamə”, “Qutadğu bilik” kimi didaktik inciləri ilə yanaşı duran bu əsər Nəvayi humanizminin zirvəsidir. Türkoloq-alim nəşrə geniş önsöz yazmış, bu misilsiz əsərin məziyyətlərini açıb göstərib.

“Məhbub ül-qülub” Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu elmi şurasının qərarı ilə nəşr olunub. Ramiz Əskər ötən il Əlişir Nəvayinin xəmsəsinin tərcüməsini başa çatdırıb, “Əlişir Nəvayi və onun xəmsəsi”, “Özbək ədəbiyyatı tədqiqatları” adlı iki kitab yazıb.

Özbək ədəbiyyatı qarşısında xidmətlərinə görə alim Babur adına büynəlxalq mükafata layiq görülmüş, Nəvayi şəhərinin fəxri vətəndaşı seçilib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 1234
567891011
12131415161718
19202122232425
2627282930