manera.az
manera.az

Beynəlxalq Türk Akademiyası 2021-ci ili “Əlişir Nəvai İli” elan edib

📅 10.02.2021 08:43

Beynəlxalq Türk Akademiyası 2021-ci ili “Əlişir Nəvai İli” elan edib
Beynəlxalq Türk Akademiyası məşhur özbək şairi və dövlət xadimi Əlişir Nəvainin anadan olmasının 580-ci ildönümü münasibətilə 2021-ci ili “Əlişir Nəvai İli” elan edib.

Manera.az xəbər verir ki, akademiya tərəfindən böyük mütəfəkkir, şair Əlişir Nəvainin anadan olmasının 580 illiyinə həsr olunmuş “Şərqin parlaq ulduzu” adlı tədbir keçirilib.

Beynəlxalq Türk Akademiyası prezidenti Darxan Kıdırali “Əlişir Nəvai İli” çərçivəsində həyata keçiriləcək tədbirlər, layihələrdən danışaraq şairin həyat və yaradıcılığına dair akademiyaya üzv ölkələrdə elmi konfransların təşkil ediləcəyini bildirib. O, akademiya tərəfindən Nəvai irsinin elmi araşdırmalarına görə “Əlişir Nəvai” təqaüdünün veriləcəyini vurğulayıb.

Bundan başqa, akademiya şairin əsərlərinin qardaş türk xalqlarının dillərinə tərcümə olunması istiqamətində işləri bu il də davam etdirəcək.

Qeyd edək ki, ötən il akademiya şairin qazax dilinə tərcümə edilmiş və “Xəmsə” toplusuna daxil olmuş bir neçə məşhur şeirinin nadir nəşrini buraxıb.


Baxış sayı - 659 | Yüklənmə tarixi: 10.02.2021 08:43
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031