manera.az
manera.az

Tanınmış Xalq rəssamı vəfat edib

Tanınmış Xalq rəssamı vəfat edib
Azərbaycanın Xalq rəssamı Mirnadir Zeynalov 79 yaşında vəfat edib.

Manera.az xəbər verir ki, bu haqda Rəssamlar İttifaqı məlumat yayıb.

Qeyd edək ki, Mirnadir Mirəli oğlu Zeynalov 12 noyabr 1942-ci ildə Bakının Buzovna kəndində anadan olub. 1963-сü ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1973-cü ildə Moskva Poliqrafiya İnstitutunun Qrafika fakültəsini bitirib.

Mirnadir Zeynalov 1970-ci illərdən başlayaraq Azərbaycan boyakarlığında öz yerini tutan rəssamlardandır. O, 1976-ci ildə Moskvada keçirilən ümumittifaq sərgisində SSRİ Rəssamlıq Akademiyasının diplomuna layiq görülüb. Hindistanda yaradıcılıq ezamiyyətində olan rəssamın 1985-1987-ci illərdə bu ölkəyə həsr olunmuş iki fərdi sərgisi keçirilib. M.Zeynalovun Hindistan mövzulu əsərləri arasında “Çay kənarı”, “Hind məbədi”, “Hind həyəti” və s. mənzərələri, habelə “Benqal qızı”, “Vasantanın portreti”, “Müqəddəs öküz ilə qız” və digər portretləri maraq doğurur.

Fırça ustasının əsərlərində Abşeronun sərt təbiəti, mənzərələri mühüm yer tutur. Yaradıcılığının ilk illərində realizm üslubunda, sonralar abstrakt tablolar yaratmağa başlayan rəssam realist üslubda işlədiyi zamanlarda ailə üzvlərinin və digər insanların portretlərini çəkib. Onun kompozisiyalarında kollaj və instalyasiya elementləri də aparıcı mövqeyə malikdir.

M.Zeynalov Hindistan, Şri-Lanka, İran, İraq, Misir, İtaliya, Malta və s. ölkələrə səyahət edib, xalqların qədim inancları və ənənəvi simvolları ilə tanış olub. Gördüklərini yeni yaradıcılıq üslubunda, özünəməxsus şəkildə təqdim edə bilib.

Gürcüstan, ABŞ, Almaniya, Böyük Britaniya, Türkiyə, Rusiya, Bolqarıstan və s. ölkələrdə baş tutan sərgilərdə iştirak edən sənətkar bir sıra beynəlxalq incəsənət layihələrində də təmsil olunub.

M.Zeynalovun əsərləri Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda, Rusiya Rəssamlar İttifaqında, Rusiya Mədəniyyət Nazirliyində, Rusiya Bədii Fondunda və şəxsi kolleksiyalarda qorunub saxlanılır. Onun tabloları 2013-2014-cü illərdə “Sotbis” (London) hərracına da çıxarılıb.

Azərbaycan Rəssamlar İttifaqının üzvü, "Yeni Era" Dünya Sənət Akademiyasının həqiqi üzvü olan tanınmış fırça ustası 1992-ci ildə respublikanın Əməkdar rəssamı, 2006-cı ildə Xalq rəssamı fəxri adlarına layiq görülüb. 2008-ci ildən Prezidentin fərdi təqaüdçüsü olub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031