manera.az
manera.az

Yurda dönüş – Povest | Manera.Az

Yurda dönüş – Povest | Manera.Az
Şiringül Musayeva

əvvəli burada

Səhər əsgərlər komandirin səsinə yuxudan oyandılar.Komandir çay qaynatmış , əsgərlər üçün süfrə açmışdı ,hardansa əsgərlər üçün isti çörək , yumurta gətirmişdilər.Deyəsən arxa cəbhədən yardımsevərlər gəlmişdi.Bir neçə səbətdə isti geyim, papiros da vardı.

-Samovarın səsi , istilik , isti çörək ətri...lap evimizi xatırladım...-arıq və çəlimsiz Ənvər ləzzətlə yerində gərnəşdi.Bu nə xəcalətdir Komandir ,bizi nədən durğuzmamısınız.Biz qaynadardıq samovarı ...

-Qırışmal , samovarmı qaynatmısan ömründə? Mən cəkəcəyəm hər nazınızı.Siz gəncsiniz yatıb dincəlməlisiniz.Evimizdə sizi qonaqlamaq bilsəniz necə xoşdur...

Deyəsən, o yenə ağlayırdı..Kişinin , komandirin ağlamasının acizlik yox güc əlaməti olmasını əsgərlər ilk dəfə görürdülər.
Onlar süfrə başında əyləşib ləzzətlə səhər yeməyi yedilər.Yemək bitən kimi komandir zənbillərdəki isti geyimləri, ayaqqabıları əsgərlər arasında bölüşdürdü.Əsgərlər evləri ,-valideyinləri ilə danışdıqdan sonra yola düzəldilər...

Kimsəsiz küçələrlə şəhərin o biri başına tərəf yol aldılar.Küçələrdə tək –tək toyuq –cücə, sahibsiz it –pişik gözə dəyirdi...
-Bunları tutmağa vaxt tapmayıblar Əclaflar.Hər şeylərini aparıblar .Bizim camaat isə ayaqyalın , başaçıq çıxdı o vaxt, çox adamın ayağını don vurmuşdu- Komandir dedi

Artıq Füzuli şəhəri arxada qalırdı.Göy otluqla , təpələrlə irəliləyirdilər.
-Mən uşaq olanda elə bilirdim şəhərlər nə isə fərqlidir, onlar dağ qoynunda, hansısa bir yamacda yerləşməyir. Eləcə hər tərəfi saysız hesabsız evlər olur, asfalt küçələr olur, getdikcə gedirsən küçələr bitməyir-Ənvər dedi.

-Hə mən də elə fikirləşirdim.-Dilqəm söhbətə qoşuldu.Amma bütün şəhərlər eləcə yamaclarda , düzlərdə yerləşirmiş sən demə.
-Dağlarda da yerləşəni var- komandir dedi –İnşAllah Şuşanı görəcəksiniz ,-İbrahimin yurdunu eləcə dağın başında durur.Qala kimi...Bəlkə Koroğlunun oylağı Çənlibel elə Şuşadır,-düz dağın başında.

-İnşAllah oranı da alarıq.Orada da bir çay dəsgahı qurarıq deyilmi, İbrahim Neçə yaşın vardı ordan çıxanda?
On yaşım vardı.
Xatırlayırsanmı oraları ?
-Heç yadımdan çıxmadı ki...Siz Füzuliyə , ata evinə qayıdanda danışırdınız ha ,-elə bilirdim mənim könül pıçıltılarımdır.

Artıq Şuşa uğrunda,-İbrahimin ata yurdu uğrunda döyüşlər gedir; addım-addım , dizin-dizin dağlara dırmaşırlar.Komandir deyir Şuşa gözəllər gözəlidir, divlərə əsir düşüb . O dağların başında sanki qaladır.Onun alınması şərəf və vicdan işidir.

Dizin –dizin dağlara dırmaşmaq əsgərlərin əllərini və dizlərini yara edib.Bir tərəfdən də soyuq ,aravermədən yağan yağış əsgərlərin əhədini kəsib.Hava tutqun və bozumtuldur.Havanın belə olması bir tərəfdən xeyirdir –komandir deyir –düşmən əsgərlərimizin yerini dəqiq təyin edə bilməyir.
Əsgərlər dəstə ilə yox iki-iki, üç –üç irəliləyirlər . Komandir əsgərləri dörd , beş nəfərlik kiçik dəstələrə bölüb.Dağa dırmaşmaq belə daha asan və təhlükəsizdir.- deyir. Dilqəm,Adəm, İbrahim və Ənvər bir irəliləyir.Erməni əsgərlərin başı üzərindən mərmi yağdırır.Artıq üç gündür yuxusuz olan əsgərlər hərdən azacıq nəfəs alıb yollarına davam edirlər.

Əlləri qan içində olan Ənvər :Qayanın altında bir az nəfəs alaq –deyə söylədi. Təzəcə oturmuşdular ki dəhşətli bir gurultu qopdu, hər tərəfi tüstü və toz bürüdü.Az qala nəfəsi kəsilən İbrahim tüstü və duman kütləsindən kənara qaçmağa çalışdı.Tüstü çox acı və yandırıcı idi, az qala nəfəsi kəsilirdi.Əl atıb cürdəyini yoxladı , yerindəydi , sudan bir neçə qurtum aldı.

-Dilqəm , Adəm ,Ənvər, hardasınız?-var gücüylə çığırdı Səs-səmir yoxdu...Ətrafı dolaşdı. Hardasa buralarda olmalıdırlar.Ola bilməz ki , yox olsunlar , indicə bir yerdə əyləşmişdilər.Tüstü yavaş –yavaş çəkilirdi.Budur, Ənvərin qan içində olan əli , torpaq kütləsinin altında tərpənir...Cəld yüyürüb torpağı təmizləyir Əl eləcə durur , bəs sahibi hanı? Ətrafa baxır...Hər şeyi anlayır Ənvər artıq yoxdur...Dəhşətə gəlir ...Ölüm ...öz sərt üzünü göstərdinmi?

Gözlərində yaş gilələnir...Bəs Adəm , Dilqəm ...Bir yerdəydilər axı ...Ətrafı axtarır ...Bir neçə ət parçasına rast gəlir...Qəlbinin yerində sanki daş hiss edir
...-Erməni , qanını içəcəyəm , erməni...Sənə heç rəhm etməyəcəm , erməni .Qorx məndən...

Artıq yolu itirib .Hava bombozdur, yağış heç ara verməyir , pal –paltarı su içindədir , soyuq sümüklərinə işləyir, neçə gündür ki, acdır Heç nə fikirləşmir, keçmiş və gələcək öz mənasını itirib , yalnız bu an var .Və bu an kədər və nifrətdən ibarətdir, dəhşətdən ibarətdir. Kədər qəlbini çulğalayıb .Gənc və vəfalı dostlarının cəsədi belə qalmadı ki, kürəyinə alıb daşısın.Nə deyəcək komandirə ,nə deyəcək?

Yağış güclənir , damlalar qayalara dəyib səslənir, qayalardan xırda çaylar axır sanki . Hər tərəf su qoxuyur, nəm qoxuyur.Artıq taqəti qalmayıb .Susuzladığını hiss edir .İri bir yarpaq qırıb yağış damlalarının altına tutur, nazik şırnaqla axan sudan doyunca içir.Artıq gerçəklik duyğusunu itirib , azacıq mürgüləyir ...Budur rahat , isti otağında uyuyur, yağış damlaları ona , otağına layla çalır sanki.Qapı açılır , Lui əlində kiçik padnos ona isti çay və mürəbbə , kökə gətirir Ah , bütün bunlar ...Qəfildən komandirin səsi gəlir qulaqlarına

-Çal qılıncın ağam Qazan , yetdim –deyir.Gözlərini açır . Heç kəs yoxdur.Hər tərəf yağış və sudur, soyuqdur.Anlayır buralarda ləngimək ölümə bərabərdir...Osa Qarabağın azad olunduğunu görmək istəyir. Dilqəm , Adəm və Ənvərin qisasını almaq var hələ mənfur ermənidən .Bütün gücünü toplamalıdır...toplamalıdır...
-Ah , komandir ...bircə sizə yetsəydim...

Amma komandirə yox , erməniyə də rast gələ bilər .Hər şeyə hazır olmalıdır Qulağına səslər gəlir .
Artıq şəhərə qalxıb.Allı- güllü yurdunun görüşünə gəlib. Budur , küçələr ...yağış altında nəğmə oxuyaraq qaçdığı küçələrə çox bənzəyir.Nə hündür barılardır , yaddaşındakı əzəmətli barıların özüdür sanki ...Amma diqqətli olmalıdır...çox diqqətli....tapançasını , avtomatını yoxlayır...Qarşıdan iki nəfər gəlir, cəld kolluqda gizlənir .Ermənilər öz aralarında danışaraq yanından ötür

-Bu Ənvər üçün , bu da Adəm və Dilqəm üçün- tapança ilə nişan alır və atır.Hər iki erməni anındaca yıxılır.Bir də vurur, qoy cəhənnəmə tez vasil olsunlar.Artıq düşmən tərəfdə olduğunu bilir. Hündür barıların dibi ilə irəliləyir.Əfsanəvi Şuşa...xəyallarının oylağı , nağıllar yurdu...Nə qəribə görüşdür bu ,İlahi .Öz yurduna gizlin- gizlin , əlində silah daxil olur , artıq bir neçə erməni öldürüb.İçində bir Qazan xan oyanıb sanki.Qazan xandan nəyi əskikdir onun? O da müasir Qazan xandır. Nə gözəldir bütün bunlar , xalqı hələ də Qazan xanlar yetişdirir.Bəlkə də, Koroğludur. Luiyə bütün bunları söyləyəcək ;içində Koroğlunun , Qazan xanın canlandığını ,onlar kimi düşündüyünü ,zaman məhfumunun sanki yox olduğunu söyləyəcək. Özünün çox qəribə bir şəkildə Koroğlu ilə, Qazan xanla eyniləşdiyini söyləyəcək.

Qarşısında uzanan hündür barılara baxır. Sakitlikdir.Bu onu qorxutmur Deyəsən ,qorxu hissini itirib .İndi yalnız erməni öldürmək istəyi var içində. Aha, bu darvaza açıqdır .Ehtiyatla içəri daxil olur.Cəld özünü kolluğa atır.Azacıq özünə gəlib ətrafa baxır.Aman Allah, bu tanış ağaclar , bu kollar ...Yoxsa, öz evləridir? Özüdür ki var ...Sonra da deyirlər Allah yoxdur(Əstəğfürullah) Olurmu heç ...Allah onu sanki quş dimdiyində gətirib on yaşında tərk etdiyi həyətlərinə atıb,evlərinə atıb .Və sanki fövqəladə bir güç içini doldurub . Bir az da qalın kolluğa tərəf sürünür.Birdən səslər eşidir; çiyni avtomatlı ermənilər indicə onun girdiyi darvazadan bayıra çıxır ,sayır ; düz on bir nəfərdir.Avtomatını yoxlayır, anındaca qərar verib barıya çox yaxın, tanış , əzəmətli qoz ağaçına dırmaşır , Ermənilər ayaq saxlayıb öz aralarında nəsə danışırlar

-Nə nişangaha gəlirlər...-sadəcə çox diqqətli olmalıdır –atışı sərrast və öldürücü olmalıdır.Cəld və iti tərpənməlidir, onlar özlərinə gəlməmiş hamısını biçməlidir.Atır -Bu bir...bu iki ...bu üç ...bu dörd ...-sonuncu ermənini də vurur...Bir də vurur ... və bu arada evdən , aynabənddən qadın çığırtısı eşidir, cəld ağacdan yerə atılır .Darvazanı arxadan bağlayıb ehtiyatla eyvana qalxır.Otaqları dolaşır , arxadan kiminsə ona yaxınlaşdığını hiss edir, əlində balta olan erməni qadını görür , başını cəld yana əyir baltanın zərbəsi havaya gedir Qadının qolundan yapışıb burur , baltanı
əlindən alır.Ondan müəyyən məlumatlar almaq olar, qadının siçan kimi ciyildəməyinə baxmır cəld onun əl- qolunu, ayağını bağlayır, ağzına bir dəsmal basıb,evə göz gəzdirir.Özüdür ki var ...Qəlbi həyəcandan titrəyir .Onların evi , onların aynabəndi...Bu aynabənddə çox oynamış ,ailəlikcə bu stolun başında çox əyləşmişdilər...Gözlərindən yanaqlarına yaş süzülür.Ağladıqca içi yüngülləşir...

Nəhayət bir az sakitləşir.Stolun üzərinə göz gəzdirir. Süfrədə çörək , kolbasa , bişmiş yumurta , pendir var.Aclığı hiss etmir, amma dörd , ya beş gündür ki acdır , nəsə yeməlidir ki, dizlərində taqət , qollarında qüvvət olsun .Bir dilim çörək götürüb pendirlə yeyir,(Əziz evi onun beş gündür ki , ac olduğunu düşünüb onu süfrə ilə qarşılayıb)Gözlərindən yenə yaş süzülür .Lakin anlayır indi nostalji hisslər vaxtı deyil ...Sonra...sonra ağlayar , indi isə ...mümkün qədər erməni öldürməli , döyüşən ordularına kömək etməli, buradan sağ qurtulub , dəstələrinə yetişməlidir .Bütün diqqətini , gücünü cəmləməlidir.Soyutma yumurtadan da birini yeyir, özünə hələ soyumamış çaydan təmiz bir fincana süzüb içir ,həyətə düşür .

Vurduğu ermənilər baş- başa uzanıb Biri deyəsən yaralıdır, ona baxıb nə isə deyir. Cəld avtomatını , silahını alır , əl qolunu bağlayır.O biri avtomatları da yığışdırır,həyətlərində gizləyir.Yaralı əsgərin vəziyyəti çox da ağır deyil.Onu sağ saxlamağın əhəmiyyəti varmı ?-düşünür .
-Azərbaycanca bilirsənmi?- əsgərdən soruşur.
...-Əsgər “hə “mənasında başını tərpədir
-Danış görüm
-...-Əsgər heç nə demir ...

Tapançanı başına dirəyir
-Mənim atam azəri ...Mən azəri...Məni öldürmə ...-əsgər deyir.
-Azəri ...Eləysə nədən bizə qarşı vuruşursan?
-Bu əmrdir .Qarşı çıxsam məni öldürərlər.
-Buraları tanıyırsanmı?
-Bəli ...
-Eləysə, yolu mənə göstər. Bizimkilər hansı tərəfdədir?
Cəld ol , yalan desən səni vuracağam .
İrəliləyirlər.
- Onlar məcsid tərəfdədirlər .
-Şəhərdə erməni çoxdurmu?
-Var .Çoxu qaçır.
-Necə edək ki , bizimkilər bizi vurmasın .
-Ağ bayraq qaldıraq .
-Hardan alım ağ bayrağı ?
-Məndə var.
-Çox ehtiyatlısınız ...
-Nə edək ..Heç kəs ölmək istəmir...
-Ölmək istəmirsinizsə , başqasının torpağında nə gəzirsiniz?
-Bu sizdən , məndən çox-çox əvvələ söykənən bir problemdir.

-Başqasının torpağı insanı xoşbəxt etməz ,-bunu anlayın.İşğal etdiyiniz torpaqları viran qoymusunuz , çoxunda heç yaşamamısınız .Bir yer ki, sizin deyil, yaşamaq istəmirsiz nədən qəsb edirsiniz ?
-Hamısını keçmiş ermənilər edib.Sarsaq bir ideologiya ilə doldururlar cavanların başını.
Komandiri ermənilərin hiyləgərliyindən çox bəhs edib , dara düşəndə min hiyləyə əl atdıqlarını söyləyib , hər halda bu yalquzağa çox inanmamalıdır.
-Çatmışıq ...Bu barının o üzündəki tikilini görürsən ? ...Sizinkilər oradadır -erməni deyir
-Yaxınlaş baxalım .
-İkilikdə yaxınlaşaq.
-Bəlkə , orada ermənidir. Nədən bilim doğru deyirsən? Sən tək yaxınlaş.

Erməni getmək istəmir.Avtomatı ona tuşlayır...Erməni əlində ağ bayraq irəliləyir.Osa kolluqda gizlənir .
Erməni tikiliyə daxil olur .Heç kəs bayıra çıxmır, dəqiqələr ötür...
-Baxalım məni aldatdın ya yox ? Tikilidən azərbaycanlı , yoxsa erməni çıxacaq?-

Yerini dəyişir , ətrafına göz gəzdirir -Əgər erməni postu varsa orada ...- avtomatları, cibindəki qumbaraları yoxlayır , hamısı doludir.Qəlbində qəribə bir hiss var , sanki erməni səsi gəlir qulaqlarına , cəld yerini dəyişir.Bayaqkı erməni əlində nə isə bayıra çıxır , atmaq üçün qolaylanır - Ah satqın, yaxşı ki vaxtında duyuq düşdü...- Anındaca ermənini nişan alır , mərmi erməninin əlində partlayır, tikili göyə sovrulur.

-Belə ...özgəyə quyu qazan özü düşər ...atalar nə gözəl demiş .Görən orada erməni var idimi? Hər halda vardı...
Əslində o burada pis işləmir ...Erməniləri yaxşı qırır , sadəcə istəyir özününküləri tapsın , - öz komandirini, dəstəsini.Bu da onun qismətiymiş ; belə mübarizə aparmaq , döyüşmək , yurdu ilə salamlaşmaq. İşğal altında olan yurdla necə görüşə bilərdi ki ? Əsl kişiyanə, Koroğluyanə görüşdür , Qazan xan görüşüdür.

Burada gözləsin .Hər halda tikilidə postları varsa, indi ora ermənilər gələcək. Yaxınlıqdakı bir həyətə daxil olur. Həyətdəki hündür qoz ağacına çıxır .Həm evi , həm də göyə sovrulmuş tikilini nəzarətdə saxlayır.Aradan uzun bir müddət keçir , ağacdan düşüb kolluqda uzanır, qarnı acından guruldayır. Yerdə bir xeyli qoz olduğunu görür , cibinə yığıb , yaxınlıqdakı kolluğa tərəf sürünür, yerdən tapdığı daşla bir ikisini qırıb yeyir, cürdəyini çıxardıb bir az su içir.Ənvəri , Dilqəmi, Adəmi xatırlayır .Qəlbi kədərdən sıxılır , Ənvərin cızıq-cızıq olmuş , qanlı əllərini xatırlayır.Çoxmu ağrıtdı lənətə gəlmiş mina onu,- o ki əllərinin ağrısına dözmürdü heç...

Yuxusu gəlir , azacıq yatsınmı? Yatsın , bir az güc toplasın , bəlkə, özününkülərə yetişmək bir neçə gün vaxtını aparacaq , belə ...çox çətindir, başında nə isə guruldayır , hər şeyi bir birinə qarışdırır , erməniləri qırmaq üçün sağlam baş lazımdır, diqqət lazımdır , diqqətini toplamaq üçün də bir az yatmaq ...Adam boyu qalxmış kolluğa tərəf irəliləyir, iri bir kolun altına girir .Uzanır, avtomatını da əlinin altına qoyur...Yuxu gözlərindən tökülür...Yatır...

Güllə səslərinə ayılır...Səs elə də uzaqda deyil. Şuşa kiçik şəhərdir, böyüklüyü ilə yox , gözəlliyi ilə məşhurdur.Artıq hava qaralır , bir azdan gecə düşəcək , dostlarından bircəciyi yanında olsaydı...Yerində gözləsinmi, səs gələn tərəfəmi getsin ?

Nəhayət, səs gələn tərəfə yaxınlaşır .Qarşıda çox da hündür olmayan tikili var , arada erməni səsləri gəlir Deyəsən , hücuma hazırlaşırlar. Qaranlıqda pua qorxusu olmayanda fəallaşırlar.
-Sizin puanız buradadır , yanınızda , azacıq gözləyin...
-Ara...ara- səslər gəlir ...
Bir neçə erməni tikilidən çölə çıxır Ətrafı yoxlayırlar .Azacıq keçmir ki, tanklar görünür.Şimal tərəfə gedirlər.Təxminən beş- altı tankdır. Tankların
ardıyca getsinmi , tikiliyə yaxınlaşsınmı?

Sürünə- sürünə tikiliyə yaxınlaşır, çox da hündür olmayan barıya dırmaşır .İçəridə beş altı erməninin yatmağa hazırlaşdığını görür.Ermənicə nəsə danışırlar. Necə atsın qumbaranı ki , özünə ziyan dəyməsin ?
Atır və kənara sıçrayır . Sürətlə qaçır , qulaqlarını qapayır və yerə uzanır Arxasında tikilinin göyə sovrulduğunu hiss edir , dəhşətli bağırtılar gəlir.Yanına daş kəsək parçaları düşür , ayağa durur bir az da qaçır...

İndi gedəcəyi səmti bilir ...Şimal tərəfə irəliləyir Çox keçmir ki, bayaqkı tankları görür, sıra ilə düzülüblər Deyəsən atmağa hazırlaşırlar ....Cibindəki qumbaraları yoxlayır.Bəs edər...Heç nə fikirləşmir , zərrə qədər ölümdən qorxmur, gözləri önünə arıq , çəlimsiz Ənvərin dağlara dırmaşmaqdan parça parça olmuş əlləri gəlir .Susuzluqdan dodaqları quruyan isti çay istəyən Dilqəmin qurumuş dodaqları gəlir...Qumbaraları atır Bir...iki ...üç... Tanklar alışıb yanır Ora -bura döyükən tək- tək ermənini də avtomatla biçir.Belə asan...erməniləri qırmağına təəccüblənir.Hansısa güc ona kömək edir, deyəsən .Bəlkə, elə şəhərin ruhudur onu qoruyan. “Dağların da ruhu var”- Lui deyirdi.Budur , dağların , yurdunun ruhu onu qoruyur ,o asanlıqla erməniləri qırır.Çox gözəldir...Evlərdən birinə girib bir az yatsın .Çox yorulub...

Yaxın evlərdən birinə girir , səs- səmir yoxdur.Otaqları ehtiyatla dolaşır .Deyəsən burada yaşayış olub , çox da bərbad deyil.Yemək üçün bir şeylər də var ,elektrik çaydanı da var .Yaxalayıb təmiz su ilə doldurur çay qoyur.Çay dəmləyib içir .Çörək qabında çox da boyat olmayan çörək də var , təzə konserva , qatılaşdırılmış süd qutuları var . Bir konserva açıb bir az yeyir.Qatılaşdırılmış südlə çay içir.Nə olar ,olar deyərək divana uzanır.Yuxu gözlərini örtür.Xeyli yatır

Artıq səhər açılır ...Yuxudan doyub ... Səhər- səhər çay qoyub içir... Yadına Dilqəm,Adəm və Ənvər düşür...Yaş gözlərindən süzülür...
Bizimkilərə sağ olduğunu ,burada olduğunu necə xəbər versin ? Paltar dolabını eşələyib ağ bir yastıq üzü tapır.Hər ehtimala qarşı özüylə götürür . Küçəyə çıxır.Şəhərdə erməni qalmayıb, deyəsən.

Şuşa elə də böyük şəhər deyil... Burada dəstə ilə gəzməz döyüşçülər. İndi çoxu tək- tək küçələri dolaşır, yəqin. Bircə əsir düşməsin ...Əsirlikdən qorxur .
Kaş komandirə rast gələydi .
Qarşıda bir nəfər irəliləyir .Deyəsən, onların döyüşçülərindəndir.. Lap komandirə oxşayır.Nə olur olsun az qala komandirin parola dönmüş sözlərini deyəcək :
-Çal qılıncın ağam ,Qazan , yetdim sənə !
Adam geri dönür...İlahi, belə də xoşbəxtlik olar? Komandirmiş...
-Ah, komandir...- gözlərindən yaş süzülür
Komandir onun boynunu qucaqlayır
-Sağsanmı? Şükür...Bəs əsgərlər?

-Ah komandir, Dilqəmlə Ənvər,Adəm minadan öldü ...tək qaldım ...
-İgidlərim mənim ...komandir bulud kimi tutuldu.Ürək ağrısı ilə dedi:
Durna sanınnan keçər
Ötər sanınnan keçər.
İgid vətən yolunda
Ölər canınnan keçər...

-Neçə gündür ermənilərin içindəyəm...Eləcə təkbaşına döyüşürəm Bir əlli , bəlkə də yüz erməni öldürmüşəm.Bu tankları dünən vurdum ...
-Səndinmi onları vuran ? Deyirəm də...Mən hazırlaşırdım ki , vurum .Bir də gördüm göyə sovruldular..Gedək posta.Artıq şəhərdə erməni qalmayıb , deyəsən. Bunlar qorxaq millətdir .Rus dallarında durmayınca cücə kimi qırıldılar və qaçmağa üz qoydular.
-Bəs əsgərlər haradadır?
-Burada ,- yaxında postdadırlar. Mən sizi axtarırdım
-Şükür , sağdırlar. Komandir , inanmayacaqsız , birinci öz evimizə daxil oldum.Darvazamızın ağzında on bir erməni vurdum.Evə qalxdım , orada bir qadının əl -qolunu bağlamışam.Vaxtım olmayıb geri qayıdım .

-Uşaqları götürək , gedib əl qolunu açıb əsir götürərik.Elə qalmasın , günah qazanmayaq .Həm də sən arxayın ata evinə doyunca bax
-Yaxşı olar...Komandir, inanın elə bil bir ucdan onları sehrli bir qüvvə nişangahıma gətirirdi .Nə qədər avtomat yeri bilirəm , gizlətmişəm .
-İndi götürərik
Posta gedirlər.
İbrahim əsgərlərlə görüşür .
Bəs Nüsrət, Gəray hanı?
- Yaralanıblar, xəstəxanaya göndərdik .

-O biri dəstələrlə birləşməliyik .Məncə, daha Şuşada erməni qalmayıb - komandir onları tələsdirir.

-Şuşanı aldıq ya, daha bizə ölüm yoxdur- komandir deyir .İndi bizimlə birgə Şuşa üzərinə hücum edən xüsusi təyinatlılarla birləşməliyik. Budur gəlirlər.
Qarşıdan gələn Xüsusi təyinatlıların komandiri onları salamlayır
-Salam igidlər .Şuşa artıq bizimdir.Ermənilər hamısı qaçıb dağılışdılar .Bunlar əslində belə qorxaq millətdir.Onlar müharibə aparsın , müharibədə qalib gəlsin , -olan iş deyil.Rus onlara kömək edirdi.Əslində ,rus Qarabağı bizdən alıb onlara vermişdi.İndi isə onlara kömək etmədi və biz ildırım surəti ilə irəlilədik .Sağ olsun Böyük Türk dövləti , xalqı bizə dar günümüzdə kömək oldu

Şuşa məcsidinin üzərinə Azərbaycan və Türkiyənin bayraqlarını sancırlar.
Dost elindən əsən yellər
Bana şeir , salam söylər
Olsun bizim bütün ellər
Qurban türkün bayrağına
Yol ver türkün bayrağına

Komandir yenə ağlayırdı . Mən bu günləri çox gözləmişəm.Şuşanı,- bütün Qarabağı xəyalımda yaşatdım bu otuz ili .Hər gecə yuxularıma girdi bu dağlar.İllər uzandıqca həsrətim daha da böyüyürdü Düşünürdüm ikinci bir qara ləkəmi vuruldu taleyimizə , Qarabağ da Arazın o tayı kimi əlçatmazmı olacaq bizim üçün? Çox şükür ki, belə olmadı ,Qarabağa qovuşduq .
Çırpınırdı qara dəniz
Baxıb türkün bayrağına .
Ah...deyərdim heç olmərəm
Düşə bilsəm ayağına
Yol ver Türkün bayrağına.
Xüsusi təyinatlıların komandiri gülümsünür :
-Sən möhkəm şairsənmiş , dostum.

-Bizim xalq şairdir ,əzizim .Bizim qəlbimizdə təmiz hisslər ölmədi heç.Biz vətəni ana kimi sevdik.Onu qoruya bilməyəndə kədər iliklərimizə çökdü. Lakin ümidimizi itirmədik heç .İnsan oğlunu yaşadan ümiddir, bir də ali hisslər .Vətən sevgisi olmasaydı dağlar başındakı bu qalanı geri ala bilərdikmi?
İndi isə gedək İbrahimin ata evinə .
-Şuşadandırmı igidimiz ?
-Bəli .İlk girdiyi ev ata evi olub .Həyətindəcə on ermənini öldürüb , birini əsir götürüb, iziylə daha nələr edib .Uzun söhbətdir...Əsl qəhrəmandır, Qazan xandır.Bizim igidlərimizin hamısı qəhrəmandır.

-Tamamilə doğrudur .Gedək İbrahimin ata yurduna, evinə.
Özü yox , sanki ayaqları ata yurdunu tapdı İbrahimin .Həyətin küçə qapısındakı meyidləri ikrahla süzən əsgərlər evə daxil oldular.
-Eviniz çox gözəlmiş-komandir İbrahimə tərəf çevrildi.
İbrahim göz yaşları içində
-Çox ...dedi
-Ağla igidim...ağla ...içindəki ağrıları azalt bir az ...-Komandir İbrahimin boynunu qucaqladı.
-Azalmır ki...İbrahim hönkürdü .Dostlarımın acısı qəlbimi parçalayır
-Azalacaq ...zamanla azalacaq .Bu evlər , küçələr yenilənəcək , təzələnəcək , bağında güllər , çiçəklər açacaq , həyat burada əvvəlkitək gözəl olacaq .
-İnşAllah .

İbrahim eynən komandir kimi otaqları , həyəti gəzir, az qala hər gül kolunu, ağacı öpür , oxşayırdı.Sanki ağaclarda, kollarda babasının , nənəsinin ətri qalmışdı.Barılarda , küçələrdə yağış altında qaçışan uşaqların xəyalı gizlənmişdi. İbrahim aynəbənddən həyətə baxaraq gülümsündü.Həmişə burada durub həyəti , küçəni seyr edərdim.Çox qəribədir ...Ömür keçir bir su kimi...
-Elədir.
-Çox istərdim bütün dostlar burda olsun .Onlara bir çay dəmləyim .
-Sən yenə də dəmlə.Mən çox ac və susuz , həm də yuxusuzam .
İbrahim çay dəmlədi , süfrə açdı, həyətdən qoz və cürbəcür meyvə yığdı

Əskərlər erməni qadının ağzını və əl və ayaqlarını açdılar . Erməni qadına da çay-çörək verdilər.Allah verəndən yeyib doydular. Erməni qadının əl ayağını təzədən bağlayıb , hərəsi bir tərəfdə uzandı.Aradan bir müddət keçdi.
İbrahim yuxudan gurultulu alqış səslərinə , hay –küyə oyandı
-Müharibə bitdi ! –əsgərlər qışqırırdı.
Yəqin ki yuxu görür...Gözlərini bərk –bərk qırpır
-Yox , deyəsən yuxu deyil.Komandiri axtarır .O bərk yatıb .Neçə günün yorğunluğu, yuxusuzluğu onu üstələyib .Nəhayət, o da oyanır.Xüsusi təyinatlıların komandiri səs gücləndirici vasitəsi ilə onları təbrik edir, müharibənin qələbə ilə bitdiyini elan edir, Pasinyan məğlub olmaq haqqında sənədi imzalamışdı. Televiziya dalğasını güc bəla ilə tutdular.Cənab prezident,- möhtərəm İlham Əliyev artıq Qarabağın işğaldan azad olduğunu, bizimkilərdə olduğunu elan edir , xalqımıza gözaydınlığı verirdi.

Bizim Prezidentimiz , xalqımız , ordumuz , əsgərlərimiz , özü də gənc əsgərlərimiz Azərbaycanın yüz illərlə bacarmadığını bacardı .
-Bəli , biz çox böyük işlər bacardıq .Yüz illərin utancına son qoyduq.Tariximizdə , həyatımızda dönüş başlandı.Bütün bunlar çox gözəldir, möhtəşəmdir .-komandir dedi.
Əzizim sözə qaldı ,
Bir şirin sözə qaldı.
Yad qovuldu dağlardan ,
El-oba bizə qaldı.
...

Lui İbrahimi gözləyirdi.Əlində bir dəstə çiçək tutmuşdu
-Təbrik edirəm ...Müharibə bitdi...
-Bitdi...
-Ata yurdunda oldunmu , İbrahim ?
-Oldum ...
-Gözəldimi ?
-Çox gözəldi.

-Bütün olanlar haqında mənə sonra danışarsan.İndi isə arzu edirəm bir də müharibə olmasın.Siz fövqəladə bir iş bacardınız .Qırx dörd gün ərzində ildırım sürəti ilə torpaqlarınızı azad etdiniz . Az itki ilə böyük işlər bacardınız .Sizi seyr etmək , izləmək belə gözəldi.
-Bayraqdarın ,-dostumuzun puaları əfsanəvi bir şey imiş .Ona xüsusi bir təşəkkür borcum var .
-Əslində hamı bu müharibədə təşəkkürə layiqdir , Hörmətli Prezidentlər: Ərdoğan , İlham Əliyev də ,Azərbaycan xalqı da , şəhid ,qazi, əsgər anaları da .
Və siz – qalib əsgərlər də
-Lui insan öldürmək , o erməni olsa belə ...asan deyil , ikrahedicidir.Hələ ölmüş gənc dostlarının nəşini görmək ...çox əzablıdır.
...Amma kişilər lazım gələndə bunu bacarmalıdı...Vətənini qorumalıdır.
-Qorumalıdır...
-Sən , sizin xalq bunu bacardı ,İbrahim.Daha biz mənim xalqım deyəndə sən də deyə biləcəksən .
-Deyəcəyəm ...Amma müharibədə şəhid olmuş,ağır yaralanmış dostlarım o an gözüm önündə sıraya düzüləcək – onlar öz cavan canlarından Vətən naminə keçdilər...

-Keçdilər...Vətən onları unutmayacaq .Bu gəlişigözəl söz deyil.Onları unutmaq olmaz .
-Onlar ölmədi , İbrahim .Onlar yenə həyata gələcəklər.Bu dəfə başqa şəkildə.
-Bizim dinimizə görə onlar cənnətdə əbədi yaşayacaqlar.Şəhidlər ölmür , Lui . Onlar əbədi yaşayacaqlar.
-Bilirəm , İbrahim .Tanrı çox böyük qurban vermiş insanları həmişə qiymətləndirir .Bunu belə bil .
Bu çox gözəldir .Vətən uğrunda savaşmaq fövqəladə bir şey.
-Bilirəm , Lui .Və bu mənə çox böyük təsəlli verir.Deyəsən yağış yağacaq.
-Yağacaq
-Hərdən təəccüb edirəm ...bu vuruşlarda yağış kəsmədi heç .Xüsusilə Şuşa uğrunda gedən vuruşlarda elə hey yağdı .Lui sən bilərsən ...burada Təbiətin bir mesajı yoxdur ki?
Var , əlbəttə .Təbiətdə heç nə boş-boşuna deyil.Burada bir mesaj vardır.Külək əsirsə bir mənası , dənizlər dalğalanırsa başqa mənası var.Yağış yağırsa ...yenə də bir məna var hər damlada.

Göy üzünə baxsana sanki ağlayır.Təbiətə nədən ana deyirlər? O bizim anamızdır .Ölmüş gənc həyatlar ona ağrı verir və o ağlayır. Təbiət hər an, hər an bizi sevir
İbrahim ağlayır...
-Bütün bunlar mənə çox ağrı verir...
-İbrahim sənin gənc dostların ölmədi , inan mənə.Enerji heç vaxt itmir, o bir haldan başqa hala keçir,-bu fizikanın qanunudur.İbrahim dünən olanları, hətta müharibəni anılar kimi xatırlayırsan.Əslində də belədir , bütün olanlar, bizim ömrümüz hüdudsuz zaman axınında bir andır. Bizim həyatlarımız zaman tunelində bir lövhə kimi asılıb qalıb .Biz öləndə də o lövhələr eləcə durur , sağ olanda da .İbrahim bizim dünyadan dərk etdiklərimiz bizə lazım olanlardır.Dərk etmədiyimiz çox müəmmalar var.Onları dərk etməyin, yəqin ki, bizə faydası yoxdur , o üzdən dərk etmirik.Bəzi ateistlər deyir Allah yoxdur, Yaradan yoxdur ...Onların bisavadlılığına heyrət edirəm Bu boyda dünya Allahsız mövcud ola bilərdimi? Olmazdı.O var və hər şeyi idarə edir.
-Lakin mənim yağış kədərim heç unutulmayacaq kimidir .

-Görürsənmi, İbrahim demək yağışla bağlı həyatında mühüm anılar olacaqmış .Əvvəldən də vardı. Yağışlı havalarda oynadığın yerlər çox uzaqlarda qalmışdı, sənə o xatirələr ağrı verirdi . İndi isə sən yağışlı , küləkli havalarda böyük bir mücadilə apardın , vətən uğrunda savaşdın , vətən torpaqlarını erməni qəsbkarlarından azad etdin. Bu yağışlı havalarda bəzi dostlarını itirdin . Eyni zamanda sən bu yağışlı havalarda həmişə xəyalında yaşayan ata yurduna , ata-baba evinə qovuşdun.Bunlar əvvəldən sənin taleyində varmış demək.İnsan oğlu belədir əli çatmayan, ünü yetməyən, lakin sevdiyi şeylər onu kədərləndirir .Kədərlənməyən, Təbiət hadisələri ilə bağlı müəyyən xatirələrə dalmayan insan heç insan deyil
İbrahim, şəhidlər ölməsə də ayrılıq , sevgi insan halı. Biz də, Təbiət də qəmlənirik .

İbrahim,hər bir insanın bu dünyada bir görəvi var , missiyası var .Tanrı bizi bu görəv üçün yaradıb .Görəvimizi yerinə yetirdikdə Tanrının sevimlisi oluruq .Əlbəttə ,burada xeyirxah, cahanşümul görəvlərdən söhbət gedir.
-Lui, səncə mən öz görəvimi yerinə yetirdimmi?
-Yetirdin , İbrahim , amma bir hissəsini , sənin hələ yerinə yetirəcəyin bir çox işlər var.Onları da yerinə yetirməlisən .
-Sən bu yolda mənimlə birlikdə olacaqsanmı ?
-İnşAllah

Son

Yurda dönüş – Povest | Manera.AzБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930