manera.az
manera.az

Şuşadanmı gəlirsən, Azərbaycan əsgəri?

📅 01.11.2020 06:00

Şuşadanmı gəlirsən, Azərbaycan əsgəri?
Şuşadanmı gəlirsən?

Qarabağ döyüşçüsü, Alakollu Ruslan İmanquliyevə həsr olunur

Şuşadanmı gəlirsən,
Azərbaycan əsgəri?..
Qoy öpüm palçıqlı çəkmələrindən,
Yoxsa yağış yağıb Şuşaya dünən?
Nə yaxşı gəlmisən yağışdan çıxıb,
Nə yaxşı gəlmisən savaşdan çıxıb -
Hava günəşlidir Gəncədə bu gün...

Sən Div balasısan,
Aslan parçası,
Sən Div oğlusan...
Yüz ildir, min ildir
"Divin canı şüşədədir" - deyirlər,
Otuz il gözlədi o can şüşədə,
Əsir-yesir oldu canım Şuşada...
MEYDAN SULAMISAN şüşədən çıxıb....
Nə yaxşı gəlmisən Şuşadan çıxıb...
Keçib Kəlbəcərdən, keçib Laçından,
Keçib Cəbrayıldan, Ağdamdan keçib
Nə yaxşı Bakıya gəlib çıxmısan...

Görüb çəkmələrin Cıdır düzünü,
Qoy öpüm palçıqlı çəkmələrindən...
Yəqin yağış yağıb Şuşaya dünən...
Palçıqlı çəkmənə sürtüm üzümü,
Palçıqlı çəkmənin silim tozunu...
Hava günəşlidir Bakıda bu gün...

Akif Əhmədgil


Baxış sayı - 1 100 | Yüklənmə tarixi: 01.11.2020 06:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930