manera.az
manera.az

Yolumuzdakı izlər..

Yolumuzdakı izlər..
"Nə edirsən et, bircə kiminsə həyatında iz qoyma".

Kimin sözü olduğunu, ya da harda eşitdiyimi dəqiq xatırlamıram. Bircə onu bilirəm ki, eşidən kimi qulaq yaddaşım qucaqlamışdı bu cümləni. Mənasını isə çox sonralar dərk eləmişdim.

İnsan sosial varlıqdır. İstəsə də, istəməsə də, həyat yolu mütləq başqalarının yolları ilə kəsişir. Kimi bir ömür səninlə addımlayır, kimi yorulana qədər. Kimi də səni yarı yolda qoyub gedir öz yoluna. Bax, o yarı yolda qoyanlar var ha, onlardan sonra qaldığın yerdən yola davam eləmək asan olmur. Bəlkə də, kiməsə asan olur, ancaq iz qalır gedənlərdən. Kiminin yolunda, kiminin qəlbində. Bəzi izləri yağış yuyur, bəzilərini qar alır, bəziləri də eləcə qalır orda. Hər toxunanda ağrıdır, ağladır, incidir.

O izlərin hərəsinin öz hekayəsi olur. Bir də nəticəsi. Məsələn, bir adam güvənimizi qırır, bizi sevgidən iyrəndirir. Gəl də ondan sonra sev. Gəl ondan sonra güvən görüm necə güvənirsən. Hər baxışda yalan axtarırsan ondan sonra. Elə adamlar var ki, sevgisi daşa dəyəndən sonra bir də həyatına heç kimi yaxın buraxa bilməyib. İnamını sarsıdıblar, inana bilməyib, güvənini qırıblar, güvənə bilməyib.

Ətrafınızdakı insanlara baxın, mütləq belə adamlar görəcəksiniz. Bəlkə də, heç ətrafınıza baxmağa ehtiyac yoxdur, özünüzə baxsanız kifayətdir. "Mən ondan sonra bir daha..." ilə başlayan cümlələr qurduran insanlar olmamış olmaz. Bəzən bunlar çox adi şeylər olur, baxıb gülüb keçirsən. Bəzən də ən ağır nəticələrlə üzləşməli olursan. Adi söz, adi hərəkət dediyimiz şeylər başqalarının həyatında qeyri-adi ola bilir.

Dostoyevskinin "İdiot" romanında bir yer var. Deməli, iki dost olur. Bu dostlardan biri şəhərin ən gözəl qızlarından birini sevir. Sevgisini etiraf etmək üçün özündə cəsarət tapa bilmir. Bir gün qərara gəlir ki, qızın çox sevdiyi, ancaq çox nadir tapılan gülləri ona hədiyyə etsin və bu arada imkan tapıb sevgisini etiraf eləsin. Çətinliklə olsa da, gülləri tapır. Ancaq həmin gülləri ondan qabaq başqa bir dostu elə-belə "maraq üçün" alıb qıza göndərir. Nəticədə adam sevgisini etiraf edə bilmir. Bu fürsəti əldən verdikdən sonra bir də qıza etiraf edəcək cəsarəti tapa bilməyəcəyini düşünür.

Və onu o şəhərə bağlayan qızdan da, yaşadığı şəhərdən küsüb müharibəyə yollanır və müharibədə həlak olur. Sadəcə, "maraq üçün" o gülləri alan dost etdiyi hərəkətin mahiyyətini ancaq bundan sonra anlayır. Bəli, bizim elə-belə deyib keçdiyimiz şeylər başqalarının həyatında məhz belə faciələrə səbəb ola bilmir. Amma təkcə faciələrə yox, həm də yaxşı şeylərə.

Biz istəsək də, istəməsək də, kiminsə hayatında yaxşı, ya da pis iz qoyuruq. Ya da kimlərsə bizim həyatımızda. Bu, həyatın qanunudur. Şairin də dediyi kimi, "insan insana möhtacdır". Düzdür, insan övladının bütün əməlləri gözəl ola bilməz. Mütləq ki, ən yaxşı adam belə, kimisə incidə, qəlbini qıra bilir. Bəzən bilərəkdən, bəzən bilməyərəkdən. Ancaq insanın daima xatırlamalı olduğu bir şey var: başqalarının həyatındakı rolu. Odur ki, "elə belə" deyib keçdiyimiz şeylərin başqalarına necə təsir edə biləcəyini nəzərə almalıyıq.

Həyat yolunuzu gözəl izlər bəzəsin.../525.az/

Aytac SahədБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
1234567
891011121314
15161718192021
22232425262728
2930