Növbəti kitab flaşmobu keçiriləcək | MANERA.AZ
Kitabsevərlərin nəzərinə!
Kitaba diqqət cəlb etmək üçün növbəti dəfə flaşmob keçirəcək.
Layihənin rəhbəri və təşkilatçıs,ı gənc yazar Dəniz Pənah sözlərinə görə, flaşmobun keçirilməsində məqsəd Azərbaycanda kitaba diqqət cəlb etmək, ona qayğı göstərmək, insanların intellektual inkişafında kitabın müsbət rol oynadığını nümayiş etdirməkdi.
"Əgər bu gün biz inkişafdan, tərəqqidən danışırıqsa, o zaman öncə kitaba olan diqqəti artırmalıyıq. Bilirik ki, bu sarıdan vəziyyət ürəkaçan deyil. Gənclərdə kitaba marağı artırmaq üçün əlimizdən gələni əsirgəməməliyik. Düşünürəm ki, Azərbaycanda az-az keçirilən bu maraqlı aksiya kitaba diqqətin, qayğının artırılması yönündə faydalı addım olacaq. Keçirəcəyimiz 3 hissəli flaşmobun artıq 1-ci hissəsini uğurla həyata keçirtmişik." - deyə Dəniz Pənah sözlərinə elavə edib.
Qeyd edək ki, kütləvi flaşmobda yer almaq istəyənlər 3 noyabr saat 17:00 tarixində, Bakı şəhəri Sabail rayonu, Nizami küçəsinə ("Tarqovı") gələ bilərlər.
İştirakçılardan aksiyaya kitabla qoşulmaları xahiş olunur.
MANERA.AZ