manera.az
manera.az

Rəhim Əliyevin Nəsimiyə həsr olunmuş monoqrafiyası çap olunub

Rəhim Əliyevin Nəsimiyə həsr olunmuş monoqrafiyası çap olunub
Filologiya elmləri doktoru Rəhim Əliyevin Nəsimiyə və hürufiliyə həsr olunmuş üçüncü monoqrafiyası çap olunub.

Burada nəsimişünaslıqda ilk dəfə olaraq Nəsiminin öz müəllimi Fəzlüllahın ölümündən sonra yaşadığı sarsıntılar və bunların onun dini görüşlərində yaratdığı dəyişikliklər araşdırılır.

Hürufi icmasında allah sayılan Fəzlüllahın qətli hərəkatda dərin çaşqınlıq və parçalanma yaratmışdı. Şair öz müəlliminin yoxluğu şəraitində hərəkatın necə davam edib yaşaması haqda yollar və ehkamlar təklif etdi.

Lakin bunları hürufi hərəkatı özü də tam qəbul etmədi. Mənəvi təklənmə şairin bütün dini ehkam sırasına, bütün nüfuzlara polemik münasibəti və bəzən inkarı ilə nəticələndi. Məşhur bəyan şerləri belə yarandı. Heç bir çərçivəyə sığmayan məğrur şairi ədalətsiz fitva və qətllə susdurdular.

Mütərcim nəşriyyatında 200 tirajla çap edilmiş kitabın redaktoru filologiya elmləri namizədi İbrahim Quliyevdir.

Rəhim Əliyevin Nəsimiyə həsr olunmuş monoqrafiyası çap olunubБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031