İnsan unudubsa, demək sağalıb – Nitsşe
Manera.az Fridrix Nitsşenin şeirlərini təqdim edir:
Dialoq
A. – Xəstələnmişəmmi? Sağalmışammı?
Kim qulluq elədi mənə görəsən?
Bütün olanları necə unutdum?
B. – İndi inanıram sağalmağına –
İnsan unudubsa, demək sağalıb.
***
Barmaq ucunda dayanmaq gözəl,
Dörd ayaq üstündə sürünməkdənsə.
Açar deşiyindən keçmək yaxşıdı,
Açıq qapılarda baş əyməkdənsə.
***
Qısqanmadan baxır o, sən də hörmət edirsən.
Hörmət-izzət qanan deyil, hər nə etsə razısan.
Uzağı yaxın edən qartal baxışları var,
Amma səni görməz heç, hey uzaqlara baxar.
***
Ömrün-günün yarsın verdin yellərə,
Vaxt ötdü, ürəyin hey səksəkədə.
Əlac nə, – kəndir çeynəməlisən,
Gəzdiyin itikdi – nə edəcəksən?
Ömrün-günün yarsın verdin yellərə,
İndi için-çölün qüsur, günahdı.
Neynirsən bilməyi nə niyə oldu,
Səbəbi hər şeyin onsuz aydındı.
***
Seçim iradəsi azad, hürdürsə,
Bəri başdan seçim, elə həməncə.
İstəyim budur ki: cənnətdə bir yer –
O yeri də qapı ağzındaca ver.
***
Gəlib girmə düz ağzımın içinə,
Bir az aralı dur, tap bir uzaq yer,
Yoxsa necə deyim, ağız dolusu –
"Sevgilim, əzizim ulduza bənzər”.
***
Nədənsə xoş gəlmir heç,
Mənə bu darruhlular –
Dar ruha nə yaxşılıq,
nə də ki, pislik sığar.
Tərcümə edən: Fərid Hüseyn /artkaspi.az