manera.az
manera.az

O tayda sən, bu tayda mən - Şeirlər

📅 05.05.2020 10:52

O tayda sən, bu tayda mən - Şeirlər
MANERA.AZ Güney Azərbaycanda yaşayan şair Məhəmməd Nurinin şeirlərini təqdim edir:

***
1


Mənə qanad lazımdır
Əllərini götürüb pasajın üstünə çıxıram.
Hamı deyir, dəli olub.
Bilmirlər ki şairlər həqiqətən uçmağı bilirlər
Margaret kimi
Füzuli kimi
Saçların təhər.

Bütün binalar darıxmaları ayırmaq üçün olsa
Bə kim nərdivana çıxıb
tez-tez quşların yerini dəyişir?
Parazit düşür
Quşsuz quşbazların göylünə qonan darıxmalarına.

Hansı müharibə başlananda
Ağdam rayonunda ağ şeiri, damın üstündən yerə atdılar?
Hamı ağlaşdı!
Mən qaralandım!
Biz bütün müharibələrin sol tərəfi idik
Amma bütün müharibələr bizdən sağ qayıtdı.

Özün görürsən ki ağaclar uzaq yoldan gələndə
Dünya dayanır
Avtubus yarı yolda, bütün müsafirlərini endirir
Onun üçün xiyabandakı adamlar hiss edirlər çoxalırlar
Və sən hiss edirsən ki ayaqların yerimir
Ağaclar uzaq yoldan gələndə.

Kim azadlıq meydanına açılan pəncərəni Götürüb, qoyur kitabın arasına
Çıxır küçəyə
Bir siqareti alışdırır
Qayıdanda görür ki heç azadlıq meydani- fılanı yoxdur,
Heç əslən bu mənim əllərim deyil.

Əllərini quylasan da əllərimdə
Dodağını quylasan da dodağımda
Biləcəksən ki qəbirlər təkcə günahları basdırmağa görə deyil,
Həmi güldanlara baharın yalan olduğunu vurğulayır.

Bir gün şah-gölüdə şəkil çəkdirən şairlər biləcəklər ki,
Əllərində ki çətirlər
Elə göydə qalmağın ikinci adıdır.
Bir gün göy yerə gəlsə,
Quşlar daha adamlardan qorxmayacaqlar
Ağaclar yeriyəcəklər
Və mən yarı yoldan qayıdacağam
Bu dünyaya.


***
2-


Pılana düşür hər şey
Şəhərin telefon simləri
Səs-siz
Biz
Və bütün şəhər bu otağın pılanına düşür

Səni sus- durmuşdum gedəm
Qapı dalında qaldığım səsdən
İki şeir ayrıldı
İki şəhər
İki xiyaban
İki ev qayıdanda idi xiyaban toqquşdu postmodern ünvanıza
Şopen barmaq-barmaq dağıldı yarmalarından.

Heç bilmədim necə oldu
Uzaqlardan açılan bir səs irmağı necə arazımın tənhalğında,
Paltarını soydu Sudan və pəncərən üzdü sənə baxmaqdan?

Bilmədim hansı müharibə pılanında,
Nazism* barmağında pianoçu* doğulduğu tarixəm?
Tamarzılı evlərin akkurdun tutduğu not'am ki
Səsin evin yaddaşında qalıb-
Pozulacaq,
Və sənsizliyin karnavalları ilə
Şəhərin boş kabinlərində yarımçıqlıq qalacaq səsim?

Pılana düşür hər şey
Heç bilmədim nəçə xiyaban sən bizdə qalmış anılarım oldu?!
Aşiqanələrim oldu?
Neçə küçə
Səndən bir qadın keçdi neroda?!

Bəlkə bütün qapıların dalında sənsən.
Hərdən hiss olunur gəlibsən, fotodasan.
Baxıram qabalaşmışsan, məndə sən.

Pılana düşür hər şey
Şəklini bütün sanal ələsalan kimi
Dünya içimdəki qapılarda bağlı qaldı,
Əlindən tutsaydım
Xiyaban ayrılardı
Otayda sən
Butayda mən.

*Nasional Sosializm
*Roman Polanskinin məşhur kino filmi


***
3-


Kətan şeirlərim biçilir nazik bədəninə
"Bəndi gümüş"
Köynəyinə dağılır barmaqlarım

Dəftərimdən keçən küçələri su alır
Çırmalanır Xan
Araz bə araz
Təbrizin cildinə girir məşrutə çağım.
Şeir gözlərinə dolub arazı körpüdən aşırmaqdır,
Aşıb-daşmaqdır

Saçın yellərin müqaviləsidir
Suyun şeirini yazanda
Qafqaz qızları yuyunurdular
Türkmən çayında
"Gördüm behal oldum, behal"

Veranda evlərin ayaqlarını yerdən üzür
Günəş müaşiqa toplumuna saçlarını dəvət edir.
Günəş konsertinə gedirəm,
Günəş bədənin
Beyt

Beyt
Azadlıq paltarını geyinir gündüzlər,
Və musa günləri arasından keçirdir pəncərələri.

Bax!
Sudan quru çıxır Yunus
Suya yazılır ins
Major
Minor
"Bəndi gümüş"
Balıqqulağı dənizin pıçıltısıdır tanrıya.
Pəncərələr hardan başlasa baxmağa,
Urmu filaminqoların gözyaşıdır.


Baxış sayı - 1 140 | Yüklənmə tarixi: 05.05.2020 10:52
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031