manera.az
manera.az

Payızdır hər yer indi... - Şeir

📅 14.10.2019 13:37

Payızdır hər yer indi... - Şeir
***
Yenə payız səhəri,
açılar sillə kimi.
Yenə xatırlayarsan,
və nələri, və kimi...

Yenə köhnə yuxular
bitməyən, uzun-uzun...
Eşidərsən səsini,
o sarı avtobusun...

Bir də aparmaz səni,
bir də gətirməz səni.
Min yol fikrindən keçər,
bir dəfə görməz səni...

Daha bütün fəsillər
payıza bənzər indi.
Nə olsun dörd fəsil var,
payızdır hər yer indi...

...sonra dodaqlarının
qəfil əriyər buzu:
"Harda görə bilərəm
o sarı avtobusu?..

Mətləb AĞA


Baxış sayı - 1 804 | Yüklənmə tarixi: 14.10.2019 13:37
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930