manera.az
manera.az

30 Avqust - Türkiyənin Zəfər Bayramıdır

30-08-2019, 10:11

30 Avqust - Türkiyənin Zəfər Bayramıdır
Atatürkün ömür yolu

Türk millətinin istiqlalının simvolu olan Qazi Mustafa Kamal Paşa Atatürk 19 may 1881-ci ildə Selanikdə Qocaqasım Məhəlləsi İslahhanə Caddəsindəki üç qatlı çəhrayı-pəmbə evdə doğuldu.

Babası Ali Rıza Əfəndi, anası Zübeydə xanımdır. Baba tərəfindən dədəsi Hafız Əhməd Əfəndi XIV-XV yüzillərdə Konya və Aydından Makedoniyaya yerləşdirilmiş Kocacık köçərilərindəndir. Anası Zübeydə xanım isə Selanik yaxınlarındakı Langaza qəsəbəsinə yerləşmiş əski bir Türk ailəsinin qızıdır.

Milis zabiti, evkaf (vəqf evləri idarəsi) katibliyi və taxta-şalban ticarəti ilə məşğul olan Ali Rıza Əfəndi 1871-ci ildə Zübeydə xanımla evləndi. Atatürkün beş qardaşından dördü kiçik yaşlarında öldü, sadəcə bacısı Makbulə (atadan bir) 1956-cı ilə qədər yaşadı. Kiçik Mustafa məktəb yaşına gəlincə Hafiz Mehmet Əfəndinin məhəllə məktəbində təhsilə başladı, sonra babasının istəyi ilə Şəmsi Əfəndi Məktəbinə keçdi. Bu sırada atasını itirdi (1888). Bir sürə Rapla ferma-ciftliyində dayısının yanında qaldıqdan sonra Selanikə dönüb məktəbi bitirdi. Selanik Mülkiyə Rüştiyəsinə qəbul oldu. Qısabir sürə sonra 1893-cü ildə Əsgəri Rüştiyəyə girdi. Burada riyaziyyat müəllimi Mustafa bəy ağıl, dərrakə, tərbiyəsinə görə onun adına “Kamal”ı əlavə etdi.

1896-1899-cu illərdə Manastır Əsgəri İdadisini bitirib İstanbulda Hərbi məktəbdə oxumağa başladı. 1902-ci ildə teğmen-leytenant rütbəsiylə məzun oldu. Hərbi Akademiyada təhsilinə davam etdi. 11 yanvar 1905-ci ildə yüzbaşı rütbəsiylə Akademiyanı tamamladı. 1905-1907-ci illər arasında Şamda 5-ci Ordu əmrində vəzifə-görev aldı. 1907-də yüzbaşı oldu. Manastıra III Orduya dəyişdirildi. 19 aprel 1909-cu ildə İstanbula girən Hərəkat Ordusunda Kurmay Başqanı olaraq görev aldı. 1910-da Fransaya göndərildi. Picardiyə Manevralarına qatıldı. 1911-də İstanbulda Genel Kurmay Başqanlığı (Baş Qərargah Rəisi) əmrində çalışmağa başladı.

1911-də İtalyanların Trablusgarpa (Liviya, Trablis-qərb) hücumu ilə başlayan savaşda Mustafa Kamal bir qrup dostu iləbirlikdə Ənvər Paşanın qurduğu ilk türk gizli servisi olan “Teşkilat-ıMahsusa” tərəfindən düzəldilən saxta kimlik, pasportlarla ərəb tacirivə müxbir sifətində Liviyaya keçib Tobruk və Dərnə bölgəsində görev aldılar. 22 dekabr 1911-də İtalyanlara qarşı qızğın döyüşlərdənsonra Tobruk Savaşını qazandılar. Mustafa Kamal 6 mart 1912-də Dərnə Komandanlığına gətirildi.Noyabr 1912-də Balkan Savaşı başlayınca Mustafa Kamal Gəlibolu və Bolayırdakı birliklərlə savaşa qatıldı. Dimətoka və Ədirnənin geri alınmasında böyük xidmətlər göstərdi.

1913-də SofyaAtaşeliyinə dəyişdirildi. Bu görevdə ikən 1914-da podpolkovnikyarbaylığayüksəldi. Ataşelik görevi dekabr 1915-də sona yetdi. Bu sırada I Dünya Savaşı başlamış, Osmanlı İmperatorluğu savaşagirmək zorunda qalmışdı. Mustafa Kamal 19-cu Tüməni qurmaqüçün Təkirdağa göndərildi.1914-cü ildə başlayan I Dünya Savaşında Mustafa KamalÇanaqqalada bir qəhrəmanlıq dastanı yazıb Antanta (İtilaf)Dövlətlərinə “Çanaqqala keçilməz! ” dedirtdi. 18 mart 1915-dəÇanaqqala Boğazını keçməyə qalxan İngilis və Fransız donanmasıağır itkilər verincə Gelibolu yarımadasına əsgər çıxarmağa qərarverdilər. 25 aprel 1915-də Arıburnuna çıxan düşmən qüvvələriniMustafa Kamalın komandiri olduğu 19-cu tümən Conkbayırındadurdurdu. Mustafa Kamal bu başarı üzərinə polkovnik-albaylığayüksəldi.

İngilislər 6-7 avqust 1915-də Arıburnunda təkrar hücumakeçdi. Xüsusi təyinatlı, ən döyüşkən Anafartalar Qrubu KomandanıMustafa Kamal 9-10 avqustda Anafartalar (çətin keçilən yer adıdır)Zəfərini qazandı. Bu zəfəri 17 avqustda Kirəçtəpə, 21 avqustda II Anafartalar zəfərləri ilə davam etdirdi. Çanaqqala Savaşlarındatəqribən 253.000 şəhid verən Türk milləti qürurunu, mətanətini Qərb dövlətlərinə tanıtdı. Mustafa Kamalın əsgərlərinə: “Mən sizə hücuməmri vermirəm, ölməyi əmr edirəm!” əmri cəbhənin qədərinidəyişdirmiş oldu.Mustafa Kamal Çanaqqala Savaşlarından sonra 1916-da Ədirnə və Diyarbəkirdə görev aldı. 1 aprel 1916-da general leytenanttümgenerallığa yüksəldi. Rus qüvvələriylə savaşaraq Muş və Bitlisingeri alınmasını təmin etdi. Şam və Hələbdəki qısa sürəligörevlərindən sonra 1917-də İstanbula gəldi. Vəlihat VahidəttinƏfəndiylə Almaniyaya gedərək cəbhədə araşdırmalar apardı.

Bu səyahətdən sonra xəstələndi. Vyana və Karisbada gedərək müalicəaldı. 15 avqust 1918-də Hələbə 7-ci Ordu Komandanı olaraq döndü.Bu cəbhədə İngilis qüvvələrinə qarşı başarılı müdafiə savaşlarıapardı. “Mondros Mütarəkəsi”nin imzalanmasından bir gün sonra 31 oktyabr 1918-də “Yıldırım Orduları Grubu Komutanlığı”na gətirildi. Bu ordunun ləğvindən sonra 13 noyabr 1918-də İstanbula gəlib HərbiNəzarət Nazirliyində görevinin icrasına başladı.“Mondros Mütarəkəsi”ndən sonra Antanta DövlətlərininOsmanlı torpaqlarını işğala başlamaları ilə Mustafa Kamal 9-cuOrdu Müfəttişi olaraq 19 may 1919-da Samsuna çıxdı. 22 iyun 1919-daAmasyada yayımladığı bildirişdə “Millətin istiqlalını yenə millətinəzm və qərarının qurtaracağını ” elan edib Sivas Konqresinitoplantıya çağırdı. 23 iyul – 7 avqust 1919-cu il tarixləri arasındaƏrzurum, 4 – 11 sentyabr 1919 tarixləri arasında da Sivas Konqresinitoplayaraq vətənin qurtuluşu üçün izlənəcək yolu göstərdi. 27 dekabr1919-ci ildə Ankarada coşqu ilə qarşılandı. 23 aprel 1920-ci ildəTür kiyə Böyük Millət Məclisinin açılmasıyla Türkiyə Cümhuriyyətinin qurulması yolunda önəmli bir addım atılmış oldu.Məclis və

Hökumət Başqanlığına Mustafa Kamal seçildi. TürkiyəBöyük Millət Məclisi Qurtuluş Savaşının başarıyla sonuclanmasıüçün gərəkli qərarları qəbul edib həyata keçirməyə başladı.Türk Qurtuluş Savaşı 15 may 1919-da yunanlıların İzmiriişğalı sırasında düşmənə ilk qurşunun atılmasıyla başladı. 10 avqust1920-də Sevr Andlaşmasını imzalayaraq aralarında Osmanlıİmperatorluğunu paylaşan I Dünya Savaşının qalib dövlətlərinə qarşı öncə “Kuvâ-yi Milliye” adı verilən milis qüvvələriylə savaşıldı.Türkiyə Böyük Millət Məclisinin qərarı ilə nizami ordu quruldu,“Kuvâ-yi Milliye” – ordu bütünləşməsini təmin edərək savaşı zəfərlə sona çatdırdı.
30 Avqust - Türkiyənin Zəfər Bayramıdır
Mustafa Kamal komandanlığında Türk Qurtuluş Savaşının önəmli mərhələləri bunlardır:Sarıkamış (20 sentyabr 1920), Qars (30 oktyabr 1920) və Gümrünün (7 noyabr 1920) azad edilməsi. Çukurova, Gazi Antəp, Kahraman Maraş, Şanlı Urfanın müdafiəsi (1919- 1921), I İnönü Zəfəri (6 -10 yanvar 1921), II İnönü Zəfəri (23 mart-1 aprel 1921), Sakarya Zəfəri (23 avqust-13 sentyabr 1921), Böyük Hücum (Taarruz), Başkomutan Meydan Müharibəsi və Böyük Zəfər (26 avqust- 9 sentyabr 1922) Sakarya Zəfərindən sonra 19 sentyabr 1921-də Türkiyə Böyük Millət Məclisi Mustafa Kamala Marşal rütbəsi və Qazi adı verdi. Qurtuluş Savaşı 24 iyul 1923-də imzalanan Lozan Andlaşmasıyla sonuçlandı. Beləcə Sevr Andlaşmasıyla paramparça edilən Türklərə 5-6 vilayət böyüklüyündə vətən buraxıldı. Türkiyə torpaqları üzərində beynəlxalq-ulusal birliyə dayalı yeni Türk dövlətinin qurulması üçün heç bir əngəl qalmadı.

23 aprel 1920-də Ankarada TBMM-nin açılmasıyla Türkiyə Cümhuriyyətinin quruluşu müjdələndi. Məclisin Türk Qurtuluş Savaşını başarıyla yönətməsi yeni Türk dövlətinin quruluşunu sürətləndirdi. 1 noyabr 1922-də xilafət və səltənət bir-birindən ayrıldı, səltənət qaldırıldı. Beləcə Osmanlı İmperatorluğuyla idarəçilik bağları qoparıldı. 29 oktyabr 1923-də Cümhuriyyət idarəsi qəbul edildi, Atatürk bir səslə ilk Cümhurbaşqanı seçildi. 1923-cü il 30 oktyabr günü İsmət İnönü tərəfindən Cümhuriyyətin ilk hökuməti quruldu. Türkiyə Cümhuriyyəti, “Hegemonluq qeyd şərtsiz millətindir” və “Yurdda barış, cahanda barış” təməlləri üzərində yüksəlməyə başladı.

Atatürk Türkiyəni çağdaş tərəqqi yoluna, dövrünə çıxarmaq üçün gərəkən bütün sahələrdə inqilabi reformaların həyata keçirilməsinə başladı.

Bu inqilabi dəyişimləri-devrimləri beş başlıqaltında toplaya bilərik:

1.Siyasi devrimlər:• Səltənətin qaldırılması (1 noyabr 1922)• Cümhuriyyətin elanı (29 oktyabr 1923)•Xəlifəliyin qaldırılması (3 mart 1924)

2. İctimai-toplumsal devrimlər:• Qadınlara kişilərə bərabər haqlar verilməsi (1926-1934)• Şapka və qiyafət dəyişimi (25 noyabr 1925)• Təkyə bucaq (tekke zaviyə-əsasən ələvi, bəktaşilərin toplaşıb dini ayinlərin icra etdikləri yerlər, pir ziyarətgahlar) və türbələrin qapadılması (30 noyabr1925)• Soyadı qanunu ( 21 aprel 1934) • Ləqəb və ünvanların qaldırılması (26 noyabr 1934)• Uluslararası saat, təqvim və uzunluq ölçülərinin qəbulu (1925-1931)

3. Hüquq devrimi :•Məcəllənin qaldırılması (1924-1937)• Türk Mədəni Qanunu və digər qanunların çıxarılaraq dünyəvi hüquq nizamına keçilməsi (1924-1937)

4. Təhsil və kültür sahələrində devrimlər:• Tədrisin-Öğretimin birləşdirilməsi (3 mart 1924)• Yeni Türk hərflərinin qəbulu (1 noyabr 1928) • Türk Dil vəTarix Qurumlarının qurulması (1931-1932)• Üniversitetdə tədris düzənləməsi (31 Mayıs 1933)• Gözəl sənətlərdə yeniliklər

5. Ekonomi-iqtisadi sahədə devrimlər:•Aşarın qaldırılması• Çiftçinin həvəsləndirilməsi-özənlənməsi• Örnək çiftliklərin qurulması• Sənayeni Təşviq
Qanununun qəbulu, sənaye quruluşlarının yaradılması• I və II İnkişaf-Kalkınma Planlarının (1933-1937) təsdiqi, yurdun hər
tərəfinə yeni yolların çəkilməsi

Atatürk dönəmində Türkiyə Cümhuriyyətinin dış siyasətinin bütün mahiyyəti Atatürkün “Yurdda sülh, cihanda sülh” sözü ilə müəyyən olunmuş, uluslararası əlaqələrdə dövlətin rəsmi siyasəti olaraq bütün dünyaya elan edilmişdir.

Soyadı Qanunu gərəyincə 24 noyabr 1934-də TBMM Mustafa Kamala "Türklerin Atası" anlamına gələn “Atatürk” soyadı verdi (2587 sayılı qanun). Atatürk 24 aprel 1920 və 13 avqust 1923 tarixlərində TBMM Başqanlığına seçildi. Bu başqanlıq görevi Dövlət-Hökumət Başqanlığı səlahiyyətini özündə birləşdirirdi. 29 oktyabr 1923-cü ildə Cümhuriyyət elan edildi və Atatürk ilk Cümhurbaşqanı seçildi. Anayasaya görə dörd ildə bir cümhurbaşqanlığı seçimləri yenilənməliydi. 1927, 1931, 1935-ci illərdəTBMMAtatürkü yenidən Cümhurbaşqanı seçdi. Atatürk sıx- sıx yurd gəzintilərinə çıxaraq dövlət çalışmalarını yerində yoxladı. Geri qalan sahələrlə bağlı bilgilər alıb qərarlar verdi. Cümhurbaşqanı sifəti ilə Türkiyəni ziyarət edən yabançı ölkə dövlət başqanlarını, başbakanlarını, bakanlarını, komandanlarını qəbul etdi. 15-20 oktyabr 1927 tarixdə Qurtuluş Savaşını və Cümhuriyyətin quruluşunu anladan böyük nitqini, 29 oktyabr 1933-cü ildə 10-cu İl Nitqini oxudu.Atatürk özəl yaşamında sadəlik içində yaşadı. 29 yanvar 1923-də Lətifə xanımla evləndi. Bir çox yurd gəzisinə birlikdə çıxdılar. Bu evlilik 5 avqust 1925-ci ilədək sürdü. Çocukları çox sevən Atatürk Afət (İnan), Sabiha (Gökçən), Fikriyə, Ülkü, Nəbilə,Rukiyə, Zəhra adlı qızları və Mustafa adlı çobanı mənəvi övlad götürdü. Abdurrahim və İhsan adlı çocukları himayəsinə aldı. Onları doğma ata kimi yaxşı bir gələcəyə hazırladı.1937-ci ildə çiftliklərini-fermalarını, təsərrüfatlarını xəzinəyə, bir qisim daşınmaz əmlaklarını da Ankara və Bursa bələdiyyələrinə bağışladı. Mirasından bacısına, mənəvi övladlarına,Türk Dil vəTarix Qurumlarına pay ayırdı.

Atatürk kitab oxumağı, musiqi dinləməyi, rəqs etməyi, ata minməyi və üzməyi çox sevərdi. Zeybək oyunlarına, güləşə, Rumeli türkülərinə çox sevgisi vardı. Nərd və bilyard oynamaqdan böyük zövq alırdı. Sakarya adlı atına, köpəyi Foksa çox dəyər verir, vaxt ayırırdı. Zəngin bir kitabxanası vardı, gözəl şeirlər yazıb, bir coxu hərbi məktəbdə oxuyarkən qəzetlərdə dərc edilmişdi, əsas mövzusu da vətənsevərlik türkcülük duyğularının tərənnümü idi. Axşam yeməklərinə dövlət və elm adamlarını, sənətçiləri dəvət edər, ölkənin sorunlarını onlarla müzakirə edər, bilgilər alardı. Təmiz və səliqəli geyinməyə diqqət göstərirdi. Dovğanı çox sevərdi. Sıx-sıx Atatürk Orman Çiftliyinə gedər, çalışmalara özü də qatılardı. Fransızca və almanca bilirdi.

Atatürkün xəstəliyi haqqında ilk bilgi 1937-ci ildə ortaya çıxdı. 1938-in əvvəlində Yalovada olan zaman ciddi olaraq xəstələndiyi üzə çıxdı. Buradakı müalicə əhəmiyyətli nəticə verdi. Fəqət tamamən sağalmadan Ankaraya dönməsi, burada sıx proqramlı gərgin işləri xəstəliyinin artmasına səbəb oldu. Bu tarixlərdə Hatay sorununun gündəmdə olması da onu yormaqdaydı. Xəstə olmasına rəğmən, Mərsin və Adanaya gəzintiyə çıxdı. Qızğın günəş altındaəsgəri birlikləri təftiş edib təlimlər keçirən Atatürk çox yorğun düşdü. Fəaliyyəti sırasında şəxsi sağlamlığını arxa plana keçirdi, günəş altında çox qalması da xəstəliyinin artmasına səbəb oldu. 26 mayda Ankaraya döndükdən sonra müalicə və istirahət üçün İstanbula getdi.Doktorlar tərəfindən “siroz” xəstəliyi diaqnozu qoyuldu.

Dənizhavası xeyirli olduğu üçün Savarona Yatında bir sürə dincəldi. Budurumda belə ölkə sorunlarıyla ardıcıl maraqlanmaqda davam etdi.İstanbula gələn Rumıniya kralı ilə görüşdü. Nazirlər Kabinetinintoplantısını keçirdi, 4 iyul 1938-ci ildə HatayAndlaşmasının qüvvəyə minməsi Atatürkü çox sevindirib əhvalını qaldırdı. İyulun sonlarına qədər Savaronada qalan Atatürkün xəstəliyi ağırlaşınca Dolmabağça Sarayında müalicəyə alındı. Fəqət xəstəliyi durmadan irəliləyirdi. Onun xəstələndiyini duyan Türk xalqı sağlığıyla ilgili xəbərləri həyəcanla izləyir, bütün qəlbi ilə yaxşılaşmasını Allahdan diləyirdi. Xəstəliyinin ciddiyyətini qavrayaraq 5 sentyabr 1938-ci ildə vəsiyyətini yazıb sərvətinin böyük bir qismini Türk Tarix və Türk Dil qurumlarına bağışladı. Oktyabr ayının ortalarında durumu düzəlir kimi oldu. Fəqət çox arzuladığı halda Ankaraya gəlib Cümhuriyyətin on beşinci il dönümü törənlərinə qatıla bilmədi. 29 oktyabr 1938-ci ildə qəhrəman Türk Ordusuna yolladığı mesaj Başbakan Cəlal Bayar tərəfindən oxundu. “Zəfərləri və keçmişi insanlıq tarixi ilə başlayan, hər zaman zəfərlərlə bərabər mədəniyyət nurlarını daşıyan qəhrəman Türk ordusu!” sözü ilə Türk Ordusunun önəmini bildirdi.

Yenə eyni mesajda “Türk vətəninin və Türklük camiasının şan və şərəfini, daxili və xarici hər dürlü təhlükələrə qarşı qorumaqdan ibarət olan vəzifəni,hər an ifaya hazır və amadə olduğuna mənim və böyük ulusumuzuntam bir inam və etimadımız vardır” deyərək Türk Ordusuna olangüvənini bildirmişdi.Atatürk 1 noyabr 1938-ci ildə TBMM-nin açılış törənində dəgörünmədi. Hazırladığı açılış nitqini də Başbakan Cəlal Bayar oxudu.Atatürk bu nitqində ölkənin abadlığı, sağlamlıq xidmətləri vəekonomi sahəsində vəzifələrini açıqladı. Bundan başqa təhsil vəkültür mövzularına da toxunub gəncliyin milli şüurlu və modernkültürlü olaraq yetişməsi üçün İstanbul Universitesiningenişləndirilməsi, Ankara Universitesinin tamamlanması və VanGölü civarında bir universitenin qurulması üçün çalışmalarınbaşlandığını bildirdi.

Türk Tarix və Türk Dil qurumlarınınçalışmalarından duyduğu məmnuniyyəti açıqladı. Ayrıca Türkgəncliyinin kültürdə olduğu kimi idman -spor sahəsində də idealbaşarılara çatması üçün Bədən Tərbiyəsi Qanununun qəbul edilməsivə həyata keçirilməyə başlamasından duyduğu məmnuniyyəti bildirdi. Atatürk ölümünə qədər məmləkət məsələlərindən bir anolsun uzaq qalmamışdı.Atatürkün xəstəliyi təkrar şiddətləndi. 8noyabrda sağlığıyla ilgili raporlar yayımlanmağa başlandı. Bütünməmləkəti təkrar dərin bir üzüntü bürüdü. Hər Türkün qəlbi onun qurtulması diləyi ilə çarpırdı. Ancaq qurtarılması üçün göstərilənçabalar sonuc vermədi və xalqın, vətənin qorxduğu oldu.Dolmabağça Sarayında 10 noyabr 1938-ci il səhər saatdoqquzdan beş dəqiqə keçmiş insan üçün dəyişməz qanun özhökmünü göstərdi.

Mustafa Kamal Atatürk cismən uğrunda songücünə qədər çalışdığı xalqından ayrıldı. Bu qara xəbərlə yalnız Türkmilləti deyil, bütün dünya yasa büründü. Böyük, kiçik bütün dövlətləronun cənazə törəninə qatılmaq üçün təmsilçilər göndərərək, TürkiyəCümhuriyyətinin qurucusuna qarşı duyduqları dərin sayğını bildirənmesajlar göndərdilər. 16 noyabr günü Atatürkün tabutu DolmabaxçaSarayının böyük törən salonunda katafalka qoyuldu. Üç gün üç gecəgözü yaşlı bir insan seli ulu öndərinə qarşı duyduğu sayğı, minnət vəbağlılığını ifadə etdi. Cənazə namazı 19 noyabr günü Prof. ŞərafəttinYaltkaya tərəfindən qıldırıldı. On iki generalın çiynində sarayın çöl qapısına çıxarılan tabut, top arabasına qoyularaq gözyaşları arasındaGülhanə Parkına götürüldü.

Buradan bir “torpido” ilə Yavuzzirehlisinə qoyularaq Böyük Adanın açıqlığına qədər donanmanın törəninə qatılmaq üçün gəlmiş olan xarici gəmilərin də müşayiət etdiyi Yavuz zirehlisi cənazəni İzmitə gətirdi. Burada Yavuz zirehlisindən alınan cənazə özəl bir qatara qoyuldu. Atalarına son sayğı görevləriniyerinə yetirmək üçün yollar uzunu toplanan, düzülən xalqın qəlbindədərin bir üzüntü buraxaraq Ankaraya gətirildi.Atatürkün vəfatından sonra cümhurbaşqanı seçilən İsmətİnönü Türkiyə Böyük Millət Məclisi Başqanı, bakanlar,Genelkurmay Başqanı, millət vəkilləri ilə ordu və dövlətin rəhbərləritərəfindən qarşılanan cənazə Türkiyə Böyük Millət Məclisi önündə hazırlanan katafalka qoyuldu. Ankaralıları da onun cənazəsi önündənsayğıyla keçərək son borclarını verdilər.

21 noyabr 1938-ci ildə bazarertəsi günü, mülki və əsgəri rəhbərliyin, xarici dövlət təmsilçilərininhazır dayandığı və on minlərcə insanın qatıldığı böyük bir mərasim keçirildi. Daha sonra Atatürkün tabutu katafalk-tabut aparan maşınüzərinə alınaraq Etnoqrafiya Muzeyində hazırlanan müvəqqəti qəbrə qoyuldu. Türk milləti daha sonra bu böyük insana layıq Ankara Rasattəpədə bir Anıtkabir ucaltdı. 10 noyabrda EtnoqrafiyaMuzeyindən alınan Atatürkün nəşi Anıtkabirə gətirildi. Burada yurdun hər guşəsindən gətirilmiş olan vətən torpaqlarından hazırlanan əbədi istirahətgahına yerləşdirildi.

30 Avqust - Türkiyənin Zəfər Bayramıdır
Atatürk və Azərbaycan. Azərbaycan Xalq Komissarları Sovetinin sədri N.Nərimanov 23 mart1921-ci il tarixdə Atatürkə yazdığı məktubunda böyük səmimiyyət və hörməthissi ilə etiraf edirdi: "Paşam, 1918-ci ildəsiz bizi mütləq bir ölümdən qurtardınız!"Qurtuluş savaşından zəfərlə çıxanTürkiyə ağır maliyyə böhranı keçirirdi.Atatürk 3 may 1920-ci ildə Şərq ordusukomandiri general Kazım Qarabəkirə göndərdiyi məktubda həmin əsil ürəkkövrəldən ərklə, göz yaşardan qardaşlıq duyğusu ilə yazırdı:"Dövlətin pulu qalmadı. İndiki halda heç bir yerdən kömək istəməyəümid də yoxdur.

Başqa çıxış yolu tapana qədər Azərbaycanhökumətindən borc almağınızı rica edirəm".Kazım Qarabəkir Atatürkün xahişini birbaşa Nəriman Nərimanovaçatdırır. Nərimanov 19 avqust 1920-ci ildə Atatürkə cavab məktubugöndərərək belə yazır:”…qardaş qardaşa borc verməz. Qardaş hər zaman qardaşın əlindən tutar. Biz qardaşıq və hər zaman əlinizdəntutacağıq…Müsəlman kommunistlər sizin istəyinizə çatmağınızüçün bütün gücləri ilə yanınızda olacaqlar. Siz məğlub olduğunuztəqdirdə nə sizin üçün, nə də digər Şərq xalqları üçün qurtuluş yoluqalmayacaq". ( Doğan Avçıoğlu "Milli qurtuluş tarixi", 2-ci cild,səhifə 430) "Cənab general, bizim Türk millətində qardaş qardaşaborc verməz. Qardaş hər zaman qardaşın əlindən tutar.

Biz qardaşıq və hər zaman əlinizdən tutacağıq" (A.Şəmsəddinov "Qurtuluş savaşıillərində Türkiyə-Sovet İttifaqı əlaqələri," səhifə 66).Azərbaycan hökuməti çox keçmir ki, 500 kiloqram qızılıTürkiyəyə göndərir. Qardaş köməyi bununla bitmir. NərimanovRusiyadan aldığı 10 milyon qızıl rublu da Türkiyəyə ünvanlayır. 23mart 1921-ci ildə isə Türkiyənin müraciətini gözləmədənAzərbaycan hökuməti hədiyyə kimi 30 sistern neft, 2 sistern benzin, 8 sistern yağgöndərir.Yardımların arası kəsilmir. Çox keçmir ki, 62 sistern neft dəgöndərilir.Atatürk Azərbaycanın Türkiyə üçün önəmini çox yüksək dəyərləndirərək Bakıya bir səfir göndərir. Diplomat olmaqla yanaşıı bir yazıçı olan səfir Mehmet Şövkət Esendal Nəriman Nərimanovla və o dönəmin önəmli şəxsiyyətləri ilə görüşür.

Hətta,Hacı Zeynalabdin Tağıyevin xanımını da ziyarət edir. Azərbaycan dailk səfirini - İbrahim Əbilovu Ankaraya göndərir. İ. Əbilovun 1921-ci ilin oktyabr ayında Ankaraya gəlməsi böyük bir sevincə səbəb olur.Səfirlik binasını Atatürk açır və öz əlləri ilə Azərbaycan bayrağınıyüksəldir. Bu Azərbaycan Sovet Sosialist Respublikası ilə TürkiyəCümhuriyyəti arasında ilk rəsmi diplomatik əlaqənin qurulmasıdemək idi.Atatürkün ən yaxın adamlarından olmuş Dr.Riza Nurunxatirələrində yazır ki, İ. Əbilov sonralar Atatürkün ən inanılmış,etibarlı adamlarından biri olur.1921-ci ildə Nərimanov xarici işlər naziri Mirzə Davud Hüseynovu yanına çağıraraq Atatürkə 1 və 2-ci İnönü döyüşlərində qazandığı zəfər münasibətilə bu məzmunda bir teleqram vurmağıtapşırır: “Qazanılan bu böyük zəfərlərdən dolayı Türk xalqını Azərbaycan Sovet Sosialist Respublikası adından təbrik edirik.”Anadolu insanları Osmanlı Türklərinin Azərbaycana etdiyiyardımları yaxşı bilsələr də, Azərbaycanın Türkiyəyə etdikləri bu kimi köməkləri bilmirlər.

Çanakkalada Azərbaycandan ürəyininistəyi ilə gəlib Qurtuluş savaşına qatılmış 18 yaşlı İbrahimin məzarıdurur. Osmanlı tabeliyindəki Balkanlarda başlayan savaşdaOsmanlıya ilk dəstəyi verən Bakı aydınları olmuşdu. 1912-ci ildəİstanbulda çıxan “Səbilür-Rəşad” məcmuəsində Bakıdan bir qrup insanın göndərdiyi bəyanat dərc olunmuşdu: “Dindaşlar! Bilin vəagah olun ki, yeganə ümidimiz və nicatımız Osmanlının istiqlal və tərəqqisindədir!”

Türkiyənin sabiq mədəniyyət və turizm naziri Namiq Kamal Zeybəkin Türkiyə Cümhuriyyəti Başbakanlığı arxivindən tapıb üzə çıxardığı aşağıdakısənəddə bu ifadələr əksini tapmışdır:Türkiyə Cümhuriyyəti Baş naziri və xarici işlər naziri İsmətPaşa cənablarına!Türk ordusununAzərbaycanı azğın düşmənlərin caynağındanxilas etdiyi, sevgili, gözəl İzmirimizin və bir sıra digər müqəddəs türktorpaqlarının qana susamış mənfur düşmənlər tərəfindən atəşəverilərək işğal olunduğu bir zamanda türk yurdu Azərbaycan daingilis əsgərləri tərəfindən işğal edilmişdi.

Bütün qəlblərin sızladığı, qan ağladığı bir məqamda Azərbaycanınfədakar övladları 23 mart 1920-ci il tarixində baharın gəlişimünasibətilə Anadolu gününə həsr olunmuş xüsusi yardımkampaniyası təşkil etmişdir.Miqdar baxımından çox olmasa da, “Anadolu günü” yardımkampaniyasında bolşeviklərin işğalına məruz qalmış AzərbaycandanAnadoludakı qardaşlarımıza kömək məqsədilə 3 milyon rubl toplanmışdır. Bakı Yardım Komitəsinin adından bank hesabınızaköçürülmüş 3000 ingilis funt sterlinqini qəbul etməklə yardım etməkistəyən vətəndaşlarımızın öz vicdanları qarşısında borcunu ödəməyəimkan vermənizi rica edirik.Azərbaycan maliyyə naziri, xeyriyyə cəmiyyətinin sədri Abdulvasi, Bakı, 10 dekabr 1920-ci il.”

Atatürk 1921-ci ildə 3 nəfərlik bir heyət ayırıb Bakıya göndərir, Nərimanovla görüşdükdən sonra Moskvaya yola düşmələrini tapşırır. Nərimanov onlara dəyərli məsləhətlərini verir, Leninin xəstələnməyi səbəbi ilə onunla görüşə bilməsələr də, dövlətin 2-ci adamı Stalinlə mütləq görüşməyə nail olmalarını tövsiyə edir, hər şeyin onun əlində olduğunu bildirir, Stalinin adına bir məktub da yazıb verir. Behbud bəy Şahtaxtinskini də yardım üçün onlara qoşur.Dediyi kimi də olur, nümayəndələri Stalin qəbul edir, Atatürkün istəyi gerçəkləşir, Rusiya Türkiyəni 1-ci olaraq tanıyır, Qars müqaviləsinin şərtləri razılaşdırılır. Bütün təzyiqlərə baxmayaraq, Naxçıvan Azərbaycan tərkibində saxlanır.

Dr.Riza Nurun xatirələrində Azərbaycan oxucusu üçün maraqlı, yeni olan bir çox məqamlarla birlikdə bu epizod da diqqət çəkir: Türkiyəyə geri dönmək üçün Bakıya qayıdan nümayəndələrin vaqonuna 40 ədəd hədiyyə xalı qoyulur, ancaq onlar çətinliklə də olsa, bu hədiyyədən imtina edə bilirlər, səfirlikdə buraxıb gedirlər. Təbii ki, bu da bir qardaşlıq jesti-çətin maddidurumda olan Türkiyəyə kömək amacı idi. Göründüyü kimi, Azərbaycanda milli hökumət yıxıldıqdansonra belə, hələ Sovet Rusiyası öz məkrli niyyətlərini tam çılpaqlığıilə büruzə verə bilmədiyi dövrlərdə Azərbaycan Türkiyə ilə əlaqələrini üzmədi. Kommunist də olsa, Nəriman Nərimanovun bu cəhətdən fəaliyyəti olduqca ibrətli və təqdirəlayiqdir, bütün ziddiyyətli, bir çox hallarda milli mənafelərimizə sağalmaz yaralarvurmuş addımları ilə birlikdə bu böyük ədibin adına yazılası ən xoşməramlı, işıqlı fəaliyyətlərdən biridir. Təbii ki, onun Bakıdan aralaşdırılaraq Moskvaya aparılıb zəhərlənib öldürülməsində bu amilin də təsiri olub.

Mustafa Kamalın böyüklüyü həm də onun türk millətinin ruhunu ən həssaslıqla duymasında və bu ruhun gücündən türkünqurtuluşu üçün yararlanmağı bacarmasındaydı. Ataturkədək hec birsultan deməmişdi ki, ey turk, sənsən özünün xilaskarı! Ancaq o bəyanetdi ki, bir əfəndi var - o da türk xalqıdır, millətimizdir; bir haqqıqoruyan qüvvə var - o da millətin qüvvəsidir; hakimiyyət də qeyd şərtsiz millətindir, möhtac olduğun qüdrət sənin öz qanındadır!Türkiyə Azərbaycan və Orta Asiyanın başqa türkcümhuriyyətləri və xalqları üçün həyat qaynağı və yol göstərən mayak oldu - ona baxaraq öz müstəqillikləri uğrunda mübarizə apardılar. Bu, Ataturkun TÜRK milləti qarşısında ən böyük xidmətiydi. Turkiyənin inkişaf edərək qabağa yürüməsi, yüksəlməsi, Avropayla culğaşması, Avropa və Asiyada önəmli yer tutması budövlətin özülünu Atatürkün düzgün qoymasındadır. Müqayisə aparaq. Osmanlı dövləti də imperiyaydı, rus imperiyası da. Hər ikisi çökdü, dağıldı. Hər ikisinin yerində cümhuriyyət yarandı. Birinin yaradıcısı Atatürk oldu, o birininki Lenin (sonra Stalin). 30-cu illərdə Rus imperiyası ölkə daxilində və beynəlxalq aləmdə mövqeyini gücləndirəndən sonra qanlı repressiyalar başladı, ilk hədəfdə isə Azərbaycanın milli düşüncəli türkçü insanları oldu, türk, Türkiyə adını dilə gətirmək belə yasaq oldu, Türkiyə ilə əlaqələrə tabu qoyuldu, artıq bütün məsələlər istisnasız olaraq Moskvanın əlində cəmləşdi, respublikaların müstəqilliyi anlayışı yalnız kağız üzərində qaldı.

Atatürkün qurduğu dövlət bu gün də inkişaf edir, demokratiyaya doğru yürüyür, Avropa və Asiyanı bir-birinə culğaşdırmağa calışır və bu dövlətin hələ yüz illərcə yaşayacağı şübhə doğurmur. Amma Rusiyada qurulan SSRİ adlı dövlət başqa xalqları zülm altında saxladığına, onlara azadlıq vermək istəmədiyinə görə, özünü dünya birliyinə qarşı qoyduğuna görə cəmi 70 il yaşadı, dağıldı. Atatürkün dahiliyi isə oradadır ki, onun qurduğu cümhuriyyətdə hakimiyyət qeydsiz-şərtsiz millətindir, xalqın iradəsinə, seçiminə bağlıdır və xalq üçündür: “Çağdaş bir cümhuriyyət qurmaq insanları insan kimi yaşatmaq, öz haqqını almaq deməkdir."

Atatürkün qurduğu Azad, Müstəqil Türkiyədə Demokratiya artıq xalq tərəfindən qəbul edilmiş bir Ümummilli Dəyərə çevrilib-Atatürkün Türkiyəyə ən böyük töhfəsi budur!

Çox təəssüf ki, Türkiyə ulu öndər Atatürkün uzaqgörənliklə söylədiyi bu vəsiyyəti, üzərinə düşən görevi hələ də yerinə yetirə bilməyib: “Bir zaman SSRİ adlı xalqlar məhbəsxanası dağılacaqdır və indidən Türkiyə o vaxt öz türk qardaşlarına sahib çıxmağa hazır olmalıdır.” Obyektiv, subyektiv səbəblərdən Türkiyə indiyədək əski türk sovet respublikalarının türk dili danışan xalqlarına gərəkən qədər böyük arxa, dayaq ola bilməyib. Bu gün də demokratik dəyərləri ilə sözdə bağımsız Türk cümhuriyyətlərinə örnək olan Türkiyə 1990-cı illərdə Türk dünyasını, ən azı 5 türksoylu, türk dilli respublikanın siyasi, hərbi, iqtisadi birliyini qura bilməyib, bu yolda bir çox fürsətləri qaçırmışdır və mövqelərini əldən verməkdə davam edir.
30 Avqust Zəfər Bayramın mübarək, zəfərlər səninlə olsun, Türkiyə!

Məqalə Hacı Nərimanoğlunun “TURAN Aşiqləri” kitabının “Atatürk” bölümü əsasında hazırlanmışdır. (YEK Production-2011, səh.6-47)
30 Avqust - Türkiyənin Zəfər BayramıdırБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30