manera.az
manera.az

"Nəsimi İli"nə daha bir yeni nəşr

📅 21.07.2019 16:00

"Nəsimi İli"nə daha bir yeni nəşr
"Kaspi nəşrləri” seriyasından növbəti kitab işıq üzü görüb.

Manera.az xəbər verir ki, görkəmli sənətşünas Ziyadxan Əliyevin "Nəsimi dünyası rənglərin işığında” adlı kitabında Azərbaycan və xarici ölkə sənətkarlarının dahi Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmuş təsviri və dekorativ-tətbiqi sənət əsərlərindən söz açılır.

İlk dəfə bir kitabda cəm halında toplanan bu əsərlərin timsalında hürufi şairin əqidəsi uğrunda apardığı mübarizənin ən müxtəlif səhifələri ilə tanış olmaq mümkündür. Qeyd edək ki, "Kaspi" nəşrləri" seriyasının rəhbəri və redaktoru filologiya elmləri doktoru, şair Sona Vəliyevadır.

Kitab "Kaspi” qəzetinin layihəsi əsasında "Kaspi” Təhsil Şirkətinin maliyyə dəstəyi ilə işıq üzü görmüşdür. Nəşrin redaktoru Fərid Hüseyndir.

MANERA.AZ


Baxış sayı - 775 | Yüklənmə tarixi: 21.07.2019 16:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031