manera.az
manera.az

14 qırğız yazarı Bakıya gəlir - TƏQDİMAT

📅 18.07.2019 09:38

14 qırğız yazarı Bakıya gəlir - TƏQDİMAT
Milli Məclisin üzvü dr.Cavanşir Feyziyevin rəhbəri olduğu layihə çərçivəsində nəşr olunmuş “Gənc Qırğız şeiri antologiyası” Bakıda və Bişkəkdə
ədəbi ictimaiyyətə təqdim olunacaq


Manera.az xəbər verir ki, bir sıra maraqlı görüşlərin daxil olduğu proqram çərçivəsində respublikamıza səfər edəcək Qırğız nümayəndə heyətinə Qırğız Milli Yazıçılar Birliyinin (QMYB) başqanı Nurlan Kalıbekov başçılıq edir.

Qardaş ölkənin istedadlı yeni nəsil yazarlarının daxil olduğu heyət, Dünya Gənc Türk Yazarlar Birliyi mənsublarının müşayiəti ilə Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarət edəcək, muzeylərə baş çəkəcək, şəhərin görməli yerləri ilə tanış olacaq.

Beynəlxalq Mətbuat Mərkəzində “üç əsrin qəzeti” fəxri ünvanını daşıyan tarixi “Kaspi” qəzetinin kollektivi ilə Azərbaycan Milli Mətbuat Günündə görüşəcək (22 iyul, saat 11.00) qardaş ölkə yazarları, Azərbaycanlı həmkarları ilə “Azərbaycan-Qır ğız ədəbi əlaqələri: dünən, bugün, sabah” mövzusunda fikir mübadiləsi aparacaq.

“Gənc Qırğız şeiri antologiyası”nın təqdimatı 23 iyulda (saat 15.00) millət və-killərinin, türkoloqların, şair və yazıçıların, QHT və KİV təmsilçilərinin iştirakı ilə ATATÜRK Mərkəzində baş tutacaq.

Qırğız yazarlarının uyğunprofilli dövlət və qeyri-hökumət qurumlarında, o cüm¬lə-dən Milli Məclisdə, AMEA NİZAMİ adına Ədəbiyyat İnstitutunda, Azərbaycan Yazıçılar Birliyində də görüşləri nəzərdə tutulub.

Qırğız yazarlarının Bakıya səfəri 25 iyula başa çatacaq.

“Gənc Qırğız şeiri antologiyası”nın bu ilin sentyabr ayında Azərbaycanın Qırğız Respublikasındakı Səfiri Hidayət Orucovun, Qırğız Respublikası Mədəniyyət, İnfor-masiya və Turizm naziri Azamat Jamankulovun, Qırğız ədəbi, elmi ictimaiy¬yə¬tinin iştirakı ilə Bişkəkdə də təqdimatı nəzərdə tutulub.

Xatırladaq ki, “Gənc Qırğız şeiri antologiyası”nda müstəqillik dövrü Qırğız şei¬rinin 35 gənc nümayəndəsinin şeirləri toplanıb.

MANERA.AZ


Baxış sayı - 837 | Yüklənmə tarixi: 18.07.2019 09:38
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031