manera.az
manera.az

Qriqori Perelman: Yaşayan dahi

Qriqori Perelman: Yaşayan dahi
Yazımız riyaziyyat elmində məşhur “Puankare hipotezi” adlanan minilliyin riyazi məsələsini həll edən, sonradan isə buna görə, 1 milyon dollarlıq beynəlxalq mükafatı belə almayan rus riyaziyyatçısı Qriqori Perelman haqdadı.

Qriqori Yakovleviç Perelman 1966-cı ildə Sankt-Peterburq şəhərində, yəhudi ailəsində anadan olub. Atası Yakov Perelman mühəndis, anası Lyubov Leybovna riyaziyyat müəllimidi.

1993-cü ildə ata Yakov Perelman yaşamaq üçün İsrailə köçür, Qriqori isə anası və bacısı Lena ilə Sankt-Peterburqda yaşamağa davam edir. Sonralar Lena təhsil almaq məqsədilə atasının yanına, İsrailə gedir. Bacısı Lenanın hazırda ailəsi ilə birgə İsveçdə yaşadığı bildirilir...

Skripkada gözəl mahnılar ifa edən Lyubov Leybovna oğlunun dəqiq elmlər sahəsində qeyri-adi istedadını hiss edir, lakin onu musiqiçi kimi görmək istəyirdi. Musiqi məktəbinə getməyə davam etsə də, Qriqori özünü yalnız riyaziyyatçı kimi büruzə verməyə başlayır.

9-cu sinfi bitirdikdən sonra Qriqori fizika-riyaziyyat təmayüllü məktəbə daxil olur. Stolüstü tennis və musiqi ilə az-çox maraqlansa da, onun əsas hədəfi riyaziyyat idi.

Yarışda SSRİ məktəblilərini təmsil edən Qriqori 1982-ci ildə Budapeştdə keçirilən Beynəlxalq Riyaziyyatçılar Olimpiadasının qızıl medalını qazanır. Sonra o, Leninqrad Dövlət Universitetinin mexanika və riyaziyyat fakültəsinə imtahansız qəbul edilir.

Sözsüz ki, gənc Qriqori orta məktəbdə olduğu kimi universitetdə də əla qiymətlərlə oxuyur və Lenin təqaüdü alır.
Qriqori Perelman: Yaşayan dahi
Universiteti bitirdikdən sonra V. A. Steklov adına riyaziyyat institutunun aspirantı olan Qriqori 1990-cı ildə namizədlik dissertasiyasını müdafiə edir. Müdafiədən sonra həmin institutda baş elmi işçi vəzifəsində çalışmağa başlayır. Qriqori bu illər ərzində həm də ABŞ universitetləri ilə əməkdaşlıq edərək elmi mühazirələr oxuyur. ABŞ-da elmi konfranslarda fəal iştirak edən riyaziyyatçı, müasir riyaziyyatın ən önəmli problemlərindən olan “Puankare hipotezi”nin həlli ilə də məhz burada məşğul olur.

Özünü tamamilə elmə həsr edən Perelmanın qapalı həyat tərzi anasını narahat etməyə başlayır. Xanım Leybovna bir neçə dəfə oğlu ilə onun şəxsi həyatı barədə danışmağa cəhd edir. Lakin gənc alim hər dəfə bu mövzudan qaçaraq söhbəti isterik həddə qaldırır. İş prosesləri istisna olmaqla, qadınlarla heç bir münasibət qurmayan Qriqorinin davranışları onu tanıyanlar və iş yoldaşları arasında müxtəlif şayiələrin yaranmasına səbəb olur. Dəfələrlə anası ilə bu mövzu ətrafında mübahisə edən Qriqori otağına çəkilib qapını bağlayır, saatlarla bayıra çıxmırdı. Oğlunun hər an intihar edə biləcəyindən qorxan ana, Qriqoriyə qapını açması üçün yalvarır, cavab eşitmədikdə, dostlarına zəng edib ana-balanı bu vəziyətdən xilas etmələrini xahiş edirdi.

Bu söhbətlərə görə Qriqori İsraildə yaşayan atasının dəvətlərindən boyun qaçırır, məlum mövzunun ortaya gəlməsindən çəkinirdi.

Şəxsi həyatında mürəkkəb ziddiyyətlərin olmasına baxmayaraq, Qriqori Pelerman elmdə sürətlə uğur qazanırdı. Yeri gəlmişkən, Perelmanın dahi işlərindən biri də fəzanın üçölçülü olması haqda idealist təsəvvürləri riyazi yolla sübuta yetirməsidir.

Asket həyatı yaşayan Qriqori yuxarıda xatırlatdığımız kimi beynəlxalq mükafatlardan imtinası ilə məşhurdu.

O, 1996-cı ildə Avropa Riyaziyyatçılar Cəmiyyətinin mükafatına layiq görülsə də, ödüldən imtina etmiş, yaşadığı cəmiyyətdən gizlənərək təqdimata gəlməmişdi.
Qriqori Perelman: Yaşayan dahi
Daha sonra riyaziyyatın ən mühüm problemlərindən biri, “Puankare hipotezi”ni həll etdiyinə görə alim Nobel mükafatına alternativ tanınan beynəlxalq “Filds” ödülündən imtina etmişdir. Bu barədə sual verənlərə belə demişdi:

“Ehtiyaclarımdan artıq pul mənə lazım deyil. Mən zoopark sakini deyiləm.”

İmtina silsiləsi bununla bitmir. Görkəmli alim 2010-cu ildə Kley Universiteti tərəfindən layiq görüldüyü ödülə də yaxın durmur.
Leninqradda yaşadıqları binanın 38 illik qonşusu Anatoli Yakovleviç jurnalistlərə bunları deyib:

“Qriqorini son vaxtlar ayda, ildə bir dəfə görürəm. Hərdən anası ilə gəzintiyə çıxır. Pendir, süd, çörək yeməyi xoşlayır. Görkəmi pintidi, saqqalına aylarla əl gəzdirmir. Milyon dollardan imtina etdiyi üçün deyə bilərəm ki, onun başı xarab olub.”

Qriqori Perelmanın qeyri-adi həyat tərzi qərb mətbuatının da diqqətini daim özündə saxlayır. İngilis saytlarının birində mükafatdan imtina etmiş dahi riyaziyyatçının seksual oriyentasiyasının müzakirəsi zamanı respondentlərin 50%-i onun homoseksual olması qənaətinə gəlib.

Böyük Britaniyanın “The Daily Telegraph” qəzeti 2007-ci ildə dərc etdiyi “planetin yaşayan 100 dahisi” siyahısında Qriqori Perelmanın adını 9-cu sırada çəkib. Həmin siyahıda məşhur şahmatçı Harri Kasparovun adı 25-ci, silah tanrısı Mixail Kalaşnikovun adı isə 83-cü yerdədi.

Dünya mətbuatına məlum olan son xəbərlərə görə Qriqori Perelman hazırda İsveçdə yaşayır. Alim internetdən, telefondan istifadə etmir, asudə
vaxtını təbiətin qoynunda keçirir.

Ən maraqlısı: məşhur Hollivud rejissoru, “Titanik” filminin yaradıcısı məşhur Ceyms Cameron dahi riyaziyatçı haqda sənədli film çəkməyi planlaşdırıb. Lakin İsrailli jurnalist Aleksandr Zabrovskinin dediyinə görə, əfsanəvi riyaziyyatçını hələ də tapa bilmirlər..../kulis.az/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930