manera.az
manera.az

İrəvan Dövlət Azərbaycan Dram Teatrı qastrol səfərinə yola düşür

📅 25.06.2019 12:54

İrəvan Dövlət Azərbaycan Dram Teatrı qastrol səfərinə yola düşür
C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında hazırlanmış “Ürəyində arzu tut” tamaşasının premyerasının məkanı dəyişdirildi.

Şair, yazıçı Sevinc Elsevərin Xocalı soyqırımı faciəsinə həsr olunmuş “Ürəyində arzu tut” pyesi əsasında hazırlanan yeni tamaşanın premyerası 3 iyul 2019-cu il tarixində Gəncə şəhərində tamaşaçılara təqdim ediləcək. Bu barədə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib. O, bildirib ki, tamaşanın qurulşcu rejissoru Əməkdar artist Sərvər Əliyev, rejissor köməkçisi Bəhruz Hikmətoğlu, quruluşçu rəssam Vahid Mürsəliyev, musiqi tərtibatı Çingiz Xəlilovdur.
Rollarda Əməkdar artist Xatirə Süleymanova, aktyorlar Şəbnəm Cabrayılova, Bəhruz Hikmətoğlu, Məhərrəm Musayev, Ruhiyyə Eyvazova, Niyaməddin Səfərəliyev, Sevinc Hüseynova və Arzuman Tanrıverdi çıxış edəcəklər.

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü, regional mədəniyyət idarələrinin təşkilatçılığı ilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi 3-11-12 iyul 2019-cu il tarixlərində şair, yazıçı Sevinc Elsevərin “Ürəyində arzu tut” tamaşası ilə Gəncə, Sabirabad və Şəki də qastrol səfərində olacaqdır.


Baxış sayı - 1 277 | Yüklənmə tarixi: 25.06.2019 12:54
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031