manera.az
manera.az

Kuklalar aləminə səyahət- REPORTAJ

📅 15.05.2019 21:22

Kuklalar aləminə  səyahət- REPORTAJ

Reportaja başlanmazdan əvvəl ənənəvi olaraq teatr barəsində kiçik bir məlumat verim. Dənizkənarı Bulvarda yerləşən uşaqların sevdiyi həvəslə izlədiyi Kukla teatrının binası polşalı mühəndis İosif Ploşko tərəfindən inşa edilib. Bakıda ictimai yerdə Ventilyasiya sistemi ilk olaraq bu binada tətbiq olunub. İlk dəfə 1908-1910-cu illərdə “Fenomen” kinoteatrı kimi istifadəyə verilib. Müxtəlif illərdə bu binada kazino, Satir agit teatrı, Musiqili Komediya teatrı və Kənd Təsərrüfatı nailiyyətləri muzeyi kimi fəaliyyət göstərib.Nəhayət, uzun illər sonra əsası 1931-ci ildə aktyor Mollağa Bəbirli tərəfindən qoyulan Kukla teatrı bu binada fəaliyyət göstərməyə başlayıb.Bu teatrın ilk tamaşası 1932-ci ildə ("Sirk" adlı tamaşa) göstərilib. Müxtəlif illərdə (1931-1941-ci illər), (1946-1950-ci illər) müstəqil teatr kimi, müəyyən dövrlərdə isə Azərbaycan Gənc Tamaşaçılar Teatrı (1941-1946-cı illər) və Azərbaycan Dövlət Filarmoniyasının nəzdində (1950-ci ildə) fəaliyyət göstərib. Azərbaycan və rus bölmələri var. 1964-ci il aprelin 15-də teatra "Dövlət" statusu verilib. 1975-ci ildən teatrda böyüklər üçün də tamaşalar göstərilir. Teatrın kollektivi müxtəlif illərdə Hindistan, Yəmən, İran, Türkiyə, Hollandiya, Moskva, Sankt-Peterburq, Türkmənistan, Finlandiya ,Gürcüstan kimi ölkə və şəhərlərdə, eləcə də, Respublikamızda keçirilən beynəlxalq teatr festivallarında uğurlu iştirak edib.

Bu günlərdə Azərbaycan Dövlət Kukla Teatrından reportaj hazırlamaq fikrinə düşdüm buna görədə yollandım A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrına getdim.Teatrın binasına daxil olarkən bizi ilk teatrın mətbuat katibi Həmidə Rüstəmova qarşıladı. O, bizə bələdçilik edib teatrın tarixini bilməyə və teatrı daha da yaxından tanımağımıza köməklik göstərdi.Öncəliklə deyim ki teatrın foyesi özü bir teatrdı.Ən çox diqqət çəkən nüanslardan biri də teatrın foesində divarlara çəkilmiş rəsmdir. Divardan divara böyük bir ərazini əhatə edən sənət əsəri SSRİ və Azərbaycan Respublikasının dövlət mükafatları laureatı xalq rəssamı Toğrul Nərimanbəyovun fırçasından çıxıb. Foyedə həmçinin teatrın simvolu sayılan “Boy kuklaları” – “Bahar qız”, “Dədə Qorqud”, “Məşədi İbad”, “Tıq-Tıq xanım”, “Cırtdan” və başqa kuklaları görmək mümkündür.Bu növ kuklalar əsasən şənliklərdə,konsertlərdə,dövlət tədbirlərində istifadə edilir.
Kuklalar aləminə  səyahət- REPORTAJ
“Aktyorlar kuklaları özləri düzəldir”
Teatrın foyesi ilə tanışlıqdan sonra keçdik bu sirli kuklaların hazırlanması ilə maraqlanmağa bu minivalla kukla sexinə tərəf getdik.Teatrın baş rəssamı “Fəxri mədəniyyət işçisi” İqbal Əliyev kuklar barəsində geniş məlumat verdi.Kuklaların yaranma prosesinin mərhələ-mərhələ olduğunu qeyd etdi: “Kuklanın hazırlanma prosesində ilk heykəltəraş qəliblər hazırlanır və tökülür daha sonra gildən və ya plastilindən kuklanın başını düzəldir. Başı düzətdikdən sonra üzərinə gipsdən plastilindən yaxud da qəlib tökülür. Sonra yüngül olması üçün papye maşeyə verilir. Çünki gips ağırdır, kuklalar həm də yüngül olmalıdır ki, aktyor oynadanda yorulmasın. Bəzən aktyorlara ağır kuklanı idarə etmək çətin olur, ona görə də kuklaçı aktyorlar bəzən daş ütü ilə məşqlər edirlər, Başın içərisini boş qoymaq lazımdır ki, rejissora lazım olarsa içəridə ağızı ya kirpikləri gözləri hərəkət etdirmək üçün mexanikə yığıla bilsin.Mexanika da hazır olandan sonra, onun üzərinə üzlük çəkilir. Adi, divarlara çəkdiyimiz üzlük. Sonra onu qaşıyıb hamarlaşdırırlar. Sonra üzə qrunt vurulur, daha sonra akril boya ilə rənglənir. Daha sonra saç, qaş kirpik qoyulub dərzilərə verilir. Dərzilər ona bədən və geyim biçməyə başlayır. Ən sonda aktyorlar yeni kukla ilə güzgülü zalda məşqlər edir, idarə edərək onun necə görünməsini öyrənirlər. Əslində aktyorlar da kuklanın hazırlanmasında özləri də iştirak etsə yaxşıdır. Obraztsov teatrında şahidi olduq ki, aktyorlar kuklaları özləri düzəldir. Özləri hazırlayanda aralarında mənəvi bağ yaranır, daha yaxın olur.Belə kuklalar peşəkarca hazırlanmasalar, tam səliqəli olmasalar belə, daha canlı ola bilir, çünki özü düzəltdiyi üçün hər cəhətini bilir. Həm də daha doğma olur. Bizdə də aktyorlar prosesdə iştirak edir; tam hazır olandan sonra kuklaya aktyor yeni mexanizm əlavə olunmasını istəyir. Məsələn, istəyir ki, kuklanın bir gözü yumulub açılsın, o da oynadanda kukla göz vursun və s.
Bir kukla tamaşası uzun zaman alan prosesdir. Bir kukla ən tezi bir həftəyə hazır olur. Amma kuklalardan başqa dekor və rekvizit də var..


Ən çətin kuklalar hansıdır? sualına isə rəssamımız belə cavab verdi.“Ən çətini marnet kuklaların hazırlanması prosesidir. Çünki bu kuklaların birini üç-dörd aktyor oynadır. Rəssam onu hazırladıqda bütün incəlikləri nəzərə alır. Aktyor da səhnədə kuklaları oynadan zaman öncə güzgülü zalda məşq edirlər.”
Kuklalar aləminə  səyahət- REPORTAJ
25 yaşlı "Göyçək Fatma"
Kuklanın hazırlanması prosesi ilə tanış olduqdan sonra kuklaların saxlandığı otağa baş çəkdik.Azərbaycan Dövlət Kukla Teatrı hər mövsümdə 3-4 uğurlu tamaşa təhvil verir. Həmin uğurlu işlərin kiçik sahibləri kuklalar bu otaqda saxlanılır. Burada hər bir nağıllarda olan obrazların personajları var.Kukla Teatrı digər teatrlara,incəsənət xadimlərinə də kuklalar hədiyyələr edir.Hətta teatrın bir neçə kuklaları Dövlət Tarix Muzeyində saxlanılır. Ən qədim kukla isə "Göyçək Fatma" tamaşasında istifadə olunan Göyçək Fatma obrazıdı.Kuklanın təxminən 25 yaşı var və üç dəfə təmir olunub.

Kuklalar aləminə  səyahət- REPORTAJ
Teatr yeni bir tamaşaya hazırlanır belə ki, Azərbaycan teatr və kino sənətinin görkəmli aktyoru xalq artisti “Şöhrət” ordenli sənətkar İlham Namiq Kamalın 70 illik yubileyi münasibətilə dramaturq Rəhman Əlizadənin “Don Kixot Abşeronski” pyesi əsasında “Bizim Don Kixot” adlı müzikl hazırlanır. Tamaşanın bəstəkarı Vüqar Camalzadədir.

Kuklalar aləminə  səyahət- REPORTAJ

Reportajı hazırladı
Turan Etibaroğlu
MANERA.AZ


Baxış sayı - 1 688 | Yüklənmə tarixi: 15.05.2019 21:22
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031