manera.az
manera.az

“Oyuq”çuların bayram sovqatı

📅 28.06.2016 17:27

“Oyuq”çuların bayram sovqatı
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyasının balaca istedadları iyunun 28-də daha bir möhtəşəm tədbiri reallaşdırdılar.

26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələr günü münasibətilə təqdim olunan tamaşa-konsert ənənəvi olaraq xeyriyyə xarakteri daşıyırdı.

Komik hadisələrlə zəngin “Şahın xudpəsənd oğlu” adlı tamaşa və rəngarəng konsert proqramı balaca tamaşaçıların coşğusu ilə müşayiət olundu.

Maraqlı səhnə həlli verilən tamaşanın müəllifi yazıçı Səidə Haqverdiyeva, rejissoru Cəmilə Allahverdiyeva, rəssamı isə İqbal Əliyevdir.
Anşlaqla keçən tamaşa-konsertdə studiyanın istedadlı üzvləri İbrahim Bakıxanov, Mirismayıl Sadıqov, İlham Qasımov, Selcan Xatun, Aylin Nəcəfli, Nigar Xanmirzəyeva, Nəzrin Xəlilova, Nuray Rəhman, Dəniz Mənsimova, İsmayıl Əliyev, Miryaqub Seyidov, Arif Əliyev, Aysu Cəbrayılova və başqaları çıxış edirdilər.

Onu da qeyd edək ki, bu tədbir Müasir Psixologiya Mərkəzi ilə birgə hazırlanmışdı və valideyn himayəsindən məhrum uşaqlarla reabilitasiya xarakteri daşıyırdı.

Turan Etibaroğlu
Manera.az



Baxış sayı - 1 201 | Yüklənmə tarixi: 28.06.2016 17:27
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031