manera.az
manera.az

Cocuq Mərcanlıda kitab təqdimatı olacaq

📅 19.04.2019 15:30

Cocuq Mərcanlıda kitab təqdimatı olacaq
Yazıçılar Birliyinin üzvü Afət Viləşsoy bu yaxınlarda çapdan çıxacaq "Mənim adım Vətəndi" kitabının təqdimatını Cocuq Mərcanlı və Füzulidə keçirmək niyyətindədir.

Bu barədə müəllifin özü məlumat verib.

"Düşündüm ki, "Mənim adım Vətəndi" kitabı ilk növbədə Vətənimizin yaralı yeri olan Qarabağda təqdim olunmalıdır. Qoy bu da mənim torpaqlarımız uğrunda canlarından keçmiş qəhrəmanların ruhuna bir tövhəm olsun. Bu, həmçinin düşmənlə üz-üzə dayanmış əsgərlərə və cəbhə bölgəsi sakinlərinə bir təşəkkür, düşmənlərə isə Vətəndən heç vaxt üz döndərməyəcəyimiz barədə mesajıdır"- deyə Afət Viləşsoy bildirib.
Cocuq Mərcanlıda kitab təqdimatı olacaq
Müəllifin sözlərinə görə, artıq kitab çap mərhələsindədir və aprelin sonu-mayın əvvəllərində oxucuların ixtiyarına veriləcəyi gözlənilir. Nəşrdə Afət Viləşsoyun "Ulduz" jurnalı və bir sıra digər nəşrlərdə işıq üzü görmüş vətənpərvərlik ruhlu hekayə və şeirləri toplanılıb.

Kitabın redaktoru və öz söz müəllifi böyük Azərbaycan yazarı İsa Muğannanın qızı, filologiya üzrə fəlsəfə doktoru Sevinc Muğanna, texniki redaktoru Elnarə Abbasovadır.

Qeyd edək ki, Yazıçılar Birliyinin üzvü, Bakı Dövlət Universiteti və "Gənc istedadlar" liseyinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Afət Viləşsoy 7 bədii kitab və 10-dan çox elmi əsərin müəllifidir. O, 2011-ci ildə gənc yazar olaraq Prezident təqaüdünə layiq görülüb.

MANERA.AZ


Baxış sayı - 886 | Yüklənmə tarixi: 19.04.2019 15:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930