manera.az
manera.az

Rejissor və ssenarist Rövşən Almuradlı vəfat edib

📅 02.04.2019 16:51

Rejissor və ssenarist Rövşən Almuradlı vəfat edib

Manera.Az xəbər verir ki, onun bu gün səhər saatlarında ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.

Məlumat üçün bildirək ki, Rövşən Almuradlı 1954-cü il aprelin 19-u Bakıda anadan olub.

1972-1976-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində ali təhsil alıb.

O, 1980-1985-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında Əkrəm Əylislinin “Vəzifə” tamaşasının quruluşçu rejissoru olub.

1987-ci ildə Şəki Dövlət Dram teatrında M.Salimoviçin “Dərviş və ölüm”, 1987-ci ildə Sumqayıt Dövlət Teatrında N.Hikmətin “Bayramın birinci günü”, 1988-ci ildə Sumqayıt Dövlət Teatrında M.Süleymanlının “Dəyirman” əsərlərinin quruluşçu rejissoru olub.

Rövşən Almuradlı 1988-1989-cu illərdə Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru olarkən Y.Səmədoğlunun “Qətl günü”, V. Sergeyevin “Bağlı qapı arxasında iki nəfər” əsərlərinə quruluş verib.

1990-cı ildə çəkilən “Azadlığa gedən yollar” filminin rejissorlarından biri olub.

1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində açılan, müstəqil “İstiqlal” teatrının bədii rəhbəri olub.

1994-cü ildə “Doğma” kino-povesti əsasında çəkilmiş “Ümid” bədii filminin müəllifidir.

2006-2008-ci illərdə Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmiş “Cavad xan” bədiii filminin quruluşçu rejissoru, 2005-ci ildə Akademik Milli Dram Teatrında İ.Şıxlının “Ölüləri qəbiristanlıqda basdırın” əsərinin rejissoru olub.

2012-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında F. Dürrenmattın “Yaşlı xanımın gəlişi” əsərinə quruluş verib.


Baxış sayı - 1 366 | Yüklənmə tarixi: 02.04.2019 16:51
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031