manera.az
manera.az

“Könlüm Qarabağdadır” – balacalar üçün kitab

📅 04.02.2019 15:31

“Könlüm Qarabağdadır” – balacalar üçün kitab
Tanınmış uşaq yazıçısı Teymur Elçinin "Könlüm Qarabağdadır” kitabı çapdan çıxıb.

Manera.az xəbər verir ki, kitabda Azərbaycan uşaq ədəbiyyatının klassiklərindən olan mərhum şairin balacaların müxtəlif yaş dövrləri üçün nəzərdə tutulmuş əsərləri toplanıb.

Uşaq şeirləri, cizgi filmləri üçün yazılmış ssenari, poema, nəğmə, tapmaca, yanıltmac və başqa janrları əhatə edən örnəklər burada konkret başlıqlar altında verilib.

Yazıçının sadə və axıcı dillə yazdığı şeirlərində uşaqların yaş xüsusiyyətləri, psixologiyası və maraq dairəsi nəzərə alınıb.

Nəşrdə folklordan bəhrələnmə yolu ilə yaradılan nümunələr xüsusi diqqət çəkir.

Kitabın tərtibçisi və "Ön söz” müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilovadır.

MANERA.AZ


Baxış sayı - 859 | Yüklənmə tarixi: 04.02.2019 15:31
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930