manera.az
manera.az

Təxəyyüllə yaşayan rəssam | MANERA.AZ

Təxəyyüllə yaşayan rəssam   | MANERA.AZ
Məşhur fransız rəssamı Oskar Klod Mone 14 noyabr 1840-cı ildə Fransanın Paris şəhərində dünyaya göz açıb. Onun məktəb illəri əsil avara həyatı kimi keçib. Dərslərdə oturmaq Mone üçün sanki işgəncə idi. O, qaçaraq gününü dağlarda, çayda - bir sözlə orda-burda gəzintidə keçirərdi. Məktəb nizam-intizamı ona dustaqxananı xatırladırdı. Dəftərlərinin üz qabığını müəllimlərinin şəkillərini - karikaturalarını çəkməklə bəzəmişdi. Bununla o, tez bir zamanda şöhrət tapdı. Artıq on beş yaşındaykən bütün Havr onu karikaturaçı kimi tanıyırdı. Şəhərin yeganə rəsm ləvazimatları satılan mağazasının vitrinini Monenin karikaturaları bəzəyirdi. Bu ona çox qürur verirdi. Ara-sıra öz rəsmlərinin yanında dəniz mənzərələrinin də asıldığını görürdü. O da şəhərin digər sakinləri kimi bunu iyrənc bir şey kimi qəbul edirdi. Həmin mənzərələrin müaəllifi Ejen Buden adlı bir rəssam idi. Mone tanımadan belə ona artıq nifrət edirdi.

Bir dəfə mağazanın sahibi Moneni Budenə gənc karikaturaçı rəssam kimi təqdim etdi. Sonralar Mone xatirələrində bu cür qeyd edirdi: "Buden o dəqiqə yaxınlaşaraq xoş, mülayim səsiylə mənə dedi: Sizin rəsmlərinizə baxıram; maraqlıdı, asan qavranılandır. Siz istedadlısınız - bu o dəqiqə bəlli olur, amma mən ümid edirəm ki, siz bununla kifayətlənməyəcəksiniz. İlk addımlar üçün bu heç də pis deyil. Lakin karikatura sizə bir azdan maraqsız gələcək və siz bu işdən bezəcəksiniz. Məşğul olun, görməyi, duymağı öyrənin, mənzərə çəkin. Dəniz, səma, heyvanlar, insanlar, ağaclar məhz təbiət yaratdığı kimi - öz təbii keyfiyyətləri, olduğu kimi, hava və günəş işığı əhatəsində gözəldi". Lakin Mone Budenin sözlərini hər zaman qulaq ardına vururdu, əməl etmirdi. Axır ki Mone Budenlə razılaşmalı oldu və Buden Mone ilə məşğul olmağa başladı. Sonrala Mone öz xatirələrində qeyd edirdi ki, təbiəti tanımağı və sevməyi məhz bu dərslərdən sonra başlamışdı.

Atasının təkidlərinə baxmayaraq, qismətinə baqqal olmaq yazılmayan Mone hərbi qulluğunu bitirdikdən sonra 1862-ci ildə Parisə incəsənət fakultəsinə daxil olmağa gəlir. Lakin incəsənətə olan akademik yanaşma onu pərişan edir. O zamanlar hələ heç kimə tanış olmayan iki dostu Oqyust Renuar, Frederik Bazil və Mone ilk Paris impressionistlər qrupunu yaratdılar. Bu axına adı Klodun 1874-cü ildə ilk impressionist sərgisində təqdim olunan "Təəssürat. Doğan günəş" əsəri oldu.
Əsərlərinin ilhamını Mone öz həyat faciələrindən alırdı. Onun hər iki həyat yoldaşı rəhmətə getmişdi. Lakin birinci xanımı - Kamilla Monenin ən məşhur portretlərinin modeli idi.
Fransa-Prusiya müharibəsi illərində Mone İngiltərədə yaşayırdı. 1920-ci ildə kataraktadan iki əməliyyat keçirir. 1962-ci ildə Jivernidə dünyasını dəyişmiş və kilsə qəbristanlığında dəfn edilmişdir.

"Təəssürrat. Günəşin doğuşu" (1872), "Su zanbaqları" (1915), "Yaşıl paltarlı qadın" (1866), "Qadınlar bağda" (1866-1867), "Sena sahilində" (1868) Klod Monenin ən məşhur əsərləridir.
"Təəssürrat. Günəşin doğuşu" əsəri 1872-ci ildə yaradılıb. Təsvrin obyekti Havr limanıdır. Onu da rəssam çox xəfif görüntülərlə göstərmişdir. Buna görə də rəsmi seyr edən, onun gözəlliyinə və sehrinə valeh olur. Bu əsər 1874-cü ildə impressionistlərin müstəqil sərgisində tamaşaçılara təqdim olunmuşdur. Tənqidçi Lui Leruanı sərgi haqqında gülünc məqalə yazmış, onları rəssam-impressionist adlandırmışdır. Bu, tərcümədə təəssüratçılar deməkdir. "Təəssüraçılar sərgisi" adlı həmin bu məqalə "Le Charivari" qəzetində çap olunaraq, xalq arasında gülüşə səbəb olmuşdu. Etiraz əlaməti olaraq impressionistlər bu sözü qrupa ad kimi götürdülər. Mone digər impressionistlər kimi rənglərə xüsusi diqqət ayırırdı. "Təəssürat" rəsmində o, havadakı rütubəti, səhər çağındakı alatoranı insanlara ötürə bilib. Günəşin sudakı əksini elə gözəl təsvir edib ki, ona baxan adamın valeh olması mütləqdir. Hal-hazırda "Təəssürat. Doğan günəş" Marmottan muzeyində saxlanılır.

Mone "Dolçalar, su mənzərələri" rəsm seriyasını 1909-cu ildə Parisdə sərgilədi. Bundan sonra yeni obrazlar axtarmağa başladı. 1897-1919-ci illərdə "Zanbaq" seriyasını yaratdı.

Bir gün səhər çağı Mone gölə nəzər saldı. Otağına çəkilib yaddaşında qalan zanbaq obrazını yaratmağa başladı. Kiçik detalları qabardaraq, bir az da rəsmə isritlik qataraq o, "Su zanbaqları" rəsmini yaratdı. Suyun üzərində günəşin şəfəqində parlayan, mirvariyə bənzər zanbaq kolonlarını görürük. Əsərdə səma ilə üfüq ayrılmır. Onun əksini yalnız suya baxanda sezmək olur.

Sənətşünaslar Klod Monenin yaradıcılığını rəssamlığın zirvəsi adlandırır və abstraksiya ilə realizm arasındakı sərhədi sildiyini bildirirlər.

"Yaşıl paltarlı xanım" əsərində rəssam öz həyat yoldaşı - Kamillanı təsvir etmişdir. Lakin rəssam bu əsəri yaradanda Kamilla onun nə həyat yoldaşı idi, nə də ki nişanlısı. O, hələ təzəcə qızla tanış olmuşdu və ona dəlicə aşiq idi. Görüşlərdən birindən sonra Mone onun gözəlliyinə valeh olmuş və bir neçə gün ərzində bu gözəl rəsmi yaratmışdı. Rəsmdə gedərkən çevrilib geriyə baxan, həyəcanlı bir gözəl xanımın təsvirini görürük. Mone arxa planı çox qabartmadan bütün diqqəti Kamillaya - onun boynunun qatlarına, buxağının xəttinə, qalxmış əlinə (sanki sağollaşan) yönəltmişdir. Hətta çox böyük məhəbbətlə onun gödəkcəsini və paltarını da təsvir etmişdir. Rəsmdə nə obraza, nə də ki arzuya olan istək, məhəbbət gözə girmir, çünki əsərdə heç bir şey şişirdilmiş şəkildə deyil. Orda əsil, canlı qadına məhəbbət duyulur.

Klod Mone "Qadınlar bağda" əsərini 1866-cı ildə yaratmışdır. Əsərdə bağda gəzintidə olan, ağacların kölgəsində istirahət edən qadınların təsviri var. Bağa qulluq edildiyini - kolların səliqəli şəkildə kəsildiyini, yolun tərtəmiz olduğunu görürük. Rəsmdən sanki təbiətin sakitliyi və dincliyi insana axır.
Təxəyyüllə yaşayan rəssam   | MANERA.AZ
Klod Mone əsərdə isti yay gününü təsvir etmişdir. Gəzintiyə çıxan qadınların əynində açıq rəngli, yaraşıqlı, pambıq parçadan tikilmiş, bəzəkli paltarlar var. Əsərin əsəs fiquru qadınlar olsa da, bu heç də rəssama təbiətin bir yay günündəki gözəlliyini göstərməyə mane etməmişdir. Buna görə də fiqurların kifayət qədər dəqiq çəkildiyinə baxmayaraq, rəssam detallara çox da diqqət ayırmamışdır. "Qadınlar bağda" əsərinin əsas əhval-ruhiyyəsi təbiətin rəngləri ilə gənc qadın obrazlarının harmoniyasıdır. Rəsmdə hava gözəl, isti, təmiz, səma isə aydın, azca buludludur. Qadınlar bu cür gözəl havada bağda gəzintiyə çıxmış və bənizlərində təbiətin füsunkarlığından həzz alırlar. Onlar hərəsi bir işlə məşğul olsalar belə, hiss olunur ki, bir-birləri ilə rəfiqədirlər.

Klod Monenin 1880-cı ildə çəkdiyi "Vetyoyun yaxınlığında Sena sahillərindəki güllər" əsəri dahi rəssamın ən məşhur əsərlərindən biri hesab edilir. 1878-ci ildə rəssam ailəsiylə Parisin yaxınlığında Sena çayının sahilində yerləşən balaca Vetyoy kəndinə köçür. Kəndin təmiz havası və təbiətin gözəlliyi Klod Moneyə bir çox çay mənzərələrini çəkməyə vadar edir. Bunların içində ən parlaq nümunə "Vetyoyun yaxınlığında Sena sahillərindəki güllər" əsəridir.
Təxəyyüllə yaşayan rəssam   | MANERA.AZ
Rəssam əsərdə isti yay gününü təsvir etmişdir. Göy üzündə Sena sularında öz əksini tapan buludlar üzür. Sahil çəmən güllərinin su ilə qarışan rənglərindən yamyaşıl görünür. Əsər impressionizmə xarakterik manerada işlənmişdir. Rəssam burada təbiətdən aldığı bütün təəssüratlarını, həyəcanını əks etdirmişdir. Vetyoyda yaşayıb yaratdığı zamanlarda Klod Mone Sena çayına həsr olumuş bir çox əsərlər yaratmışdır. Sanki təbiətin durmadan dəyişikliyini izləyən rəssam, eyni yeri müxtəlif hava şəraitində, günün fərqli saatlarında çəkirdi.

Rəssamın ən məşhur əsərləri haqqında bu qədər. Onun gözəl, təkrarsız rəsimləri təbiətlə insanın vəhdətidir. Yeni bir dünyadır. Yeni bir həyatdır. Sevginin, eşqin, harmoniyanın özüdür, yalançı oxşarı deyil. Buna görə də Klos Monenin rəsm əsərləri təkrarsızdır, könül oxşayandır.
Təxəyyüllə yaşayan rəssam   | MANERA.AZ
Xanım Aydın
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031