manera.az
manera.az

İş adamı 100 tələbəyə təqaüd verəcək - ŞƏRTLƏR

📅 26.01.2019 20:59

İş adamı 100 tələbəyə təqaüd verəcək - ŞƏRTLƏR
“Palmali Holding”in rəhbəri, iş adamı Mübariz Mənsimov Türkiyə universitetlərində təhsil alan 100 azərbaycanlı tələbəyə təqaüd verəcək.

Manera.az xəbər verir ki, aşağıdakı kriteriyalara uyğun ilk 100 tələbə bir il boyunca şirkət tərəfindən müəyyənləşdirilən təqaüdü alacaq:

– Bir öncəki təhsil ilini yüksək bal və dərəcələrlə başa vuranlar;
– Şəhid ailəsi üzvü olanlar;
– Qarabağ müharibəsi qazilərinin yaxınları;
– Ağır maddi durumda olan ailələrin övladları.

Tələbələrdən bu əsas kriteriyalara uyğun sənədləri pasport və ya şəxsiyyət vəsiqələrinin surəti ilə birlikdə xüsusi komissiyanın emailinə göndərmələri (palegitim@gmail.com) rica olunur.

Gələn həftədən etibarən, sənədlər toplandıqdan sonra araşdırılacaq və fevral ayında şanslı 100 tələbə ilə təqaüd müqaviləsi bağlanacaq./publika.az/

MANERA.AZ


Baxış sayı - 1 039 | Yüklənmə tarixi: 26.01.2019 20:59
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930