manera.az
manera.az

Səfirlik tələbələri mükafatlandırdı

📅 08.07.2017 11:29

Səfirlik tələbələri mükafatlandırdı

Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə fakültəsinin Koreya dili ixtisası üzrə təhsil alan və 2016-2017 tədris ilini uğurlu nəticə ilə başa vuran tələbələri mükafatlandırılıb.

Koreya dili ixtisası üzrə təhsil alan I kurs tələbələri arasında 12 tələbədən 7-si tədris ilini müvəffəqiyyətlə başa vurub.

ADU tərəfdən təqaüd alan 4 tələbəni çıxmaqla digər tələbələr-Sevinc Quliyeva, Elmir Qurbanov və Fəridə Əlixanlı Koreya Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən pul mükafatı ilə qiymətləndirilib.

Tələbələrin mükafatlandırılması mərasimində Koreya dili kafedrasının müəllimləri yaxından iştirak edib. Mərasimin məqsədi tələbələrin Koreya dilinə olan marağını artırmaq və onlara gələcək fəaliyyətlərində yardımçı olmaqdır.


Baxış sayı - 1 156 | Yüklənmə tarixi: 08.07.2017 11:29
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031