manera.az
manera.az

"Azərbaycan dilinin Qarabağ dialektoloji atlası" hazırlanır

📅 23.01.2019 16:52

"Azərbaycan dilinin Qarabağ dialektoloji atlası" hazırlanır
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin əməkdaşları "Azərbaycan dilinin Qarabağ dialektoloji atlası”nı hazırlayırlar.

İnstitutdan Manera.az-a verilən məlumata görə, atlas "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın 6.3.5-ci bəndinin (Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi) həyata keçirilməsi məqsədilə hazırlanır.

Azərbaycan dialektologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Kifayət İmamquliyeva bildirib ki, "Azərbaycan dilinin Qarabağ dialektoloji atlası” Azərbaycan, rus və ingilis dillərində çap olunacaq.

Şöbə müdiri vurğulayıb ki, dialektoloji atlas dialekt faktlarını təkcə fonetik baxımdan deyil, leksik və qrammatik baxımdan da əks etdirəcək: "Azərbaycan dilinin Qarabağ dialektoloji atlası”nın hazırlanması dünyaya sübut edəcək ki, bu ərazidə yaşayan azərbaycanlılar öz dialektini yaradıblar, inkişaf etdiriblər".

MANERA.AZ


Baxış sayı - 1 063 | Yüklənmə tarixi: 23.01.2019 16:52
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930