“Kafalar karışıq” türk komediya filminin nümayişi olub
“CinemaPlus” kinoteatrında “Kafalar karışıq” türk komediya filminin nümayişi olub.
Manera.az xəbər verir ki, rejissoru Yücel Yolcu olan filmdə baş rolları Atakan Özyurt, Bilal Hancı, Fatih Yasin, Metin Akpınar və Feride Hilal Akin ifa edirlər.
Filmdə varlı bir ailənin qızı olan Buseyə aşiq olan Atakanın evlənməsinə qızın babası mane olur. Atakan bu yolda maneələri aradan qaldırmaq üçün tək çarə olaraq Busenin illər əvvəl itkin düşmüş atasını tapmağa qərar verir. Axtarışlar nəticəsində işlər qarmaqarışıq bir hal alır və gülməli bir macəra başlayır.
MANERA.AZ