manera.az
manera.az

“Azadlığın 50 çaları” filminin son hissəsi nümayiş olunacaq

📅 07.02.2018 11:00

  “Azadlığın 50 çaları” filminin son hissəsi nümayiş olunacaq
Fevralın 8-dən etibarən Sevgililər Günü ərəfəsində “CinemaPlus” kinoteatrlar şəbəkəsi çoxdan gözlənilən “Azadlığın 50 çaları” dram filminin nümayişinə başlayır.

Yeni “Əlli çalar”da filmin əvvəlki hissələrində olduğu kimi, baş qəhrəmanlar keçmişin kabusları ilə qarşılaşacaqlar.

Ceyms Foulinin rejissoru olduğu filmdə tamaşaçılar Mister Qrey və Anasteyşa Stilin sevgi əhvalatının nə ilə bitəcəyini biləcəklər.

Baş rollarda Ceymi Dornan, Dakota Conson, Rita Ora, Kim Bessincer və Ariel Kebbel çəkiliblər.

Filmdə Kristian və Anasteyşa evləniblər və bir-birilərinin yanında olmaqdan zövq alaraq öz kefləri ilə yaşayırlar. Lakin yeni xanım Qreyin həyatı təhlükədədir. Qeyri-dost peyda olur, hansı ki, öz varlı fantaziyasından istifadə edərək intiqam almaq istəyir. Kristianın keçmiş kabusları yenidən qayıdıb, yeni ailə həyatı quranların isə başları üzərində buludlar getdikcə çoxalır. /Report.az


Baxış sayı - 1 308 | Yüklənmə tarixi: 07.02.2018 11:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031