manera.az
manera.az

Luvr muzeyinə rekord sayda ziyarət

📅 03.01.2019 16:26

Luvr muzeyinə rekord sayda ziyarət
Ötən il Luvr muzeyinə 10 milyondan çox ziyarətçi gəlib. Bu da muzey tarixində rekord göstərici sayılır.

Manera.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə muzeyin direktoru Jan-Luc Martinez bildirib.

Direktor qeyd edib ki, ötən il Fransa paytaxtında baş verən terror hücumları ziyarətçilərin sayında azalmaya təsir göstərsə də, sonradan Parisdə keçirilən "Beynəlxalq turizmin bərpası” layihəsi sayəsində rekordu qırmaq mümkün olub.

Qeyd edək ki, muzeydə son rekord 2012-ci ildə qeydə alınıb. Həmin il Luvru 9,7 milyon insan ziyarət edib.

Parisin mərkəzində yerləşən Luvr ən qədim muzeylərdən biri sayılır. Muzey ilk dəfə 1793-cü il noyabrın 8-də açılıb. Burada bədii və tarixi əsərlərdən ibarət zəngin kolleksiya toplanıb.

MANERA.AZ


Baxış sayı - 782 | Yüklənmə tarixi: 03.01.2019 16:26
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031