manera.az
manera.az

Qarışqa, tülkü və çoban - Ömər Küçükməhmətoğlu | MANERA.AZ

📅 30.12.2018 20:07

Qarışqa, tülkü və çoban - Ömər Küçükməhmətoğlu | MANERA.AZ
Ömər Küçükmehmetoğlu 1979-cu ildə Qəhrəmanmaraşda doğulub. 2005-ci ildə Qırğızıstanda Manas Universitetini bitirib. 2010 ilində Ankara Qazi Universitetində masterlik tezini müdafiə edib. 2017-ci ildə İstanbul Universitetində doktorluq müdafiə edib. Beynəlxalq Əhməd Yasəvi Universitetində Türkologiya İnstitutunun müdiri və dekan muavini vəzifələrində çalışıb. Hazırda həmin universitetdə Filologiya fakultəsində çalışır. Azərbaycan ədəbiyyatından bir sıra yazıçılarımızın əsərlərini Türkiyə türkcəsinə çevirib.

QARIŞQA, TÜLKÜ VƏ ÇOBAN

“Nənəm Zeliha Köşker’in əziz xatirəsinə…”

“Bu yolda hər bir şeh damcısı yüz atəş dəryasıdır,
Əfsus ki, bu müəmma heç cür açıqlana bilməz”
Hafiz Şirazi


Doqquz yaşında üzü günəşdən yanmış, saçları qısa olan qara oğlan, inəyi hər zaman bu yerlərdə otarardı. Hilal kimi buynuzları, alnının ortasında bir ağlıq olan qara inək biraz dəli doluydu. Bu inəyin üzündən başı çox bəlalar çəkmişdi. Qonşuların baxçalarına girən inək üzündən, neçə dəfə atasının əlindən güclə canını qurtarmışdı. Bəzən böyük səs-küy olanda Çənlibeli aşar əmisigilə qaçardı. Başına bir çox bəla açsa da yenə də bu inəyi sevir, ona qara qız deyirdi. Atası ölkədəki məşhur 5 aprel qərarlarından sonra işsiz qalmışdı. Gözlərini bu inəyə dikmişdilər. Südündən pendir, yağ çəkir, qatıq çalırlar, bunların bir qismini özləri üçün ayırırlar, çoxunu isə satırdılar. Qara qıza hörməti sonsuzdu. Məktəbdən gələn kimi paltarını dəyişir, kitablarını, dəftərlərini götürür, inəyi qarşısına alıb geniş otlaq sahələrinə tərəf gedirdi. Örüşün bitdiyi yerdə xalı kimi rəngarəng tarlalar yan-yana uzanırdı. Nənəsi ilə evləri yan- yanaydı. O çox vaxt nənəsigildə qalırdı.

İnək otararkən dərsləriylə biraz məşğul olduqdan sonra çox vaxt xəyala dalar, dünyanı və öz varlığını düşünər, dərin düşüncə dənizində üzər, inəyi unudardı. Bütün sıxıntılar ondan sonra başlayıdı. Orta məktəbdə üçüncü sinifdə oxuyurdu. Ciblərinə evdən çıxmadan öncə adətən tut qurusu doldurar, yuxanın arasına pendir qoyar, dürmək düzəldər sonra dürməyi qəzetə bükər və yeyə-yeyə yoluna davam edərdi.

Bugün dərs yox idi. Dərsin də artıq son günləriydi. Çox yaxında rüblüyünü alacaqlardı. Bazar ertəsi günü də dərs yoxuydu, rəsmi tətildi. Üç gün inək otaracaqdı. Oturmuşdu, türkü oxuyurdu. Ayağındakı rezin ayaqqabılarını çıxartdı və içinə dolmuş toprağı yerə tökdü. Günəş təpənin üstündə yavaş-yavaş görünməyə başladı. Çobanın gözü təpənin bir ucunda atıla-atıla gedən tülküyə sataşdı. Bu tülkü keçən il dayısının toyuqlarının on dənəsini hində boğan, bir neçəsini toprağa basdıran, bir neçəsini də özü ilə aparan tülkü olmalıydı. Tülkünün hinə girib toyuqları boğmasını kənd camaatı dayısının var-dövlətə hərisliyindən, simic olmağından dolayı başına gəldiyini, bir neçə dənə toyuğunu zəkat olaraq kasıb-kusuba, fəqirə versə başına bunlar gəlməzdi deyirdilər. Hər kəs bir şey demiş, çoxu dayısının üzünə üzüldüyünü desə də arxasında onun bu halına gülmüşdü. Sübh tezdən günəş yeni doğanda kəndin bəri başında bu tülkünü yenə görmüşdü. Günəş yüksəldikcə tülkünün kölgəsi qısalırdı. Səhər-səhər camış boyda görünən tülkünün kölgəsi artıq qurd boyda qalmışdı.

Çoban günəş təpəyə gələnə qədər tülkünün kölgəsi kərtənkələ qədər qalar dedi. Sonra öz kölgəsinə baxdı. Biraz qabaqda yuvalarına buğda dənələrini daşıyan qarışqalara gözü sataşdı. Qarışqalar özlərindən büyük dənələri sürüyə-sürüyə yuvalarına aparırdı. Hər gün gəlib bu qarışqa yuvasının yanında oturur, qarışqalara baxırdı. Sonra birdən diksindi. Ayağını dişləyən qarışqanı tutdu. Həmən bir buynuzunu qopartdı, arxasıca ikincisini… Qarışqanı yuvasının kənarına qoydu. Gözünün ucuyla qarışqanı izləməyə başladı. Qarışqa olduğu yerdə durmuşdu. Digər qarışqalar ona fikir vermədən mahnı oxuya-oxuya buğda dənələrini yuvalarına daşıyırdı. Yuvanın ətrafında bir-iki ovuc dən qırıntıları vardı. Qarışqalar yorulumaq bilmədən buğda dənələrini yuvalarına daşıyırdı. Babası taxılı biçəndə xırman zamanı biraz taxıl gətirib bu yuvanın kənarına tökürdü. Qarışqalara acımışdı. Sonra bu düşüncəsindən vaz keçdi. İşləməyən dişləməz dedi. Qarışqaların bir-biriylə dalaşmasını xəyalına gətirdi. Bir-birlərinə əllərindəki buğda dənələrini atıb başlarını yardıqlarını düşündü. Bir çırtma vursa uça biləcək qarışqaların bir-birilərini bu saman çöpləriyə yaralaya biləcəyini dedi. Bir canlıya öz ağırlığındakı bir şeylə vurarsan ya ölər ya da ağır yaralanar. Uzaqdakı baxçanın yanından keçən arx boyu uzanan uzun çinarlara və öz boyuna baxdı. Uzaqdan görünən Salavan dağına, sonra ucsuz-bucaqsız göy üzünə göz gəzdirdi. Bütün gördüklərini bir-biriylə müqayisə etdi. Qalaktikanın içərisində dünyanı, ayı və günəşi düşündü.

Okeanlar, dağlar, təpələr, şəhərlər bütün bunları anlamağa çalışırdı. Okean bizim evdən milyon dənəsini udar hər halda dedi. Coğrafiya müəlliminin dərsdə anlatdıqlarını düşündü. Dünya fırlanır, həm öz, həm də günəşin ətrafında fırlanır. Öz ətrafında bir neçə dəfə fırlandı, aha belə fırlanır deyeə təkrar etdi. Fırlanarkən başını qaldırmasıyla diksinməsi bir oldu. İnək qonşunun əkin sahəsinin hüduduna çatmışdı. Bütün gücüylə qaçdı, nəfəsi kəsildi. Əkin sahəsinə girib bir-iki addım atan inəyi çomaqla geri qaytardı. Kürəyinə bir-iki çomaq vurdu. İnəyi qabağına qatıb oturduğu yerə gətirdi. Günəş batırdı. Yağış dənələri düşməyə başladı və getdikcə şiddətini artırdı. Cəld arxadan inəyin sağ tərəfinə, bir-iki şillə yapışdırdı, haydı tez qara qız islanacağıq dedi. İnəklə birlikdə yamacdan aşağı evə doğru sürətlə irəlilədi. Yağış şıdırğı yağmağa başladı. İnəyi tövləyə gətirib axura bağladı və tövlənin qapısının zincirini vurub kilidlədi. Evə tərəf qaçdı. Sudan çıxmış kimiydi, eləcə su olmuşdu. Nənəsi oy quzum islandınmı desə də o həmən qonaq otağına keçdi. Divanın altından palatarlarının olduğu çəkmədi tapdı. Divanın altında üç çəkmə vardı. Öz çəkməsini çəkdi və tez paltarlarını dəyişdi. Sonra gedib nənəsinin dizinin dibində oturdu. Məsum bir şəkildə soruşdu.

- Nənə, qarışqaların yuvalarına su dolarmı?
- Yox, yavrum, onların yuvaları çox dərində, dolmaz.
- Onlar bu soyuqda üşüməzlərmi?
- Yox, Allah onları elə yaradıb, üşüməzlər.

Özü yağışda islanmışdı deyə çox üşümüşdü. Qarışqaların bir qismi də yağışa düşmüşdü. Onlar da çox islanmış olmalıydı. Uzakqa qalanlar görəsən yuvalarını tapdılarmı deyə düşünərkən tülkünü xatırladı. Tülkünün dayısının hinənə hücum etməsini neçə dəfə həyal etmişdi. Tülkünün toyuqlara hücum etməsini neçə dəfə gözünün önündən film lenti kimi keçmişdi.

- Ay nənə, dayımın hininə hücum edən edən tülkünü gördüm. Yoxuşdan yuxarı bağlara doğru gedirdi.
- Xeyirsiz hər halda üzümləri yeyir.
- O da yeməkdən sonra hər halda meyvə yeyir.
Özündən asılı olmadan güldü.
Keçən il qışın nənəsinin müxtəlif əşyaları yerləşdirmək üçün plan dolabın olduğu künc otaqdakı xalı ağlına düşdü.
- Nənə, keçen il xalını sıçan gəmirmişdi. Sonra evə pişik almışdıq hə dedi.
- O sıçanın ciyəri yansın elə. O xalını mən gəlin gələrkən qayınatam qayınlarına at arabasıyla daşıtmış cehizimdə gətirib hədiyə etmişdi. Xalis Türkmən xalısıydı.

Nənəsi təxminən 80 yaşındaydı. 18 yaşında gəlin olmuşdu. Demək olar ki, 60 il olmuşdu. Burada doğum tarixləri tam bilinməzdi. Filancanın hökümət olduğu zaman, Qıbrıs döyüşü başladığında, ya da xırman vakdı doğum tarixi olaraq təyin edilirdi. Nənəsi də doğum ilini heç bir zaman tam olaraq bilmirdi. Nənə, bəlkə bizim pişik o siçanı yemişdir, dedi. Gecə oldu, çöldə böcəklər yeni bir xora başladılar; bunlara evin içindəki böcəklər də qatıldı.
Gecə yatağına girdi, yorğanı başına çəkdi bir müddət daha qarışqaları düşündü. Ertəsi gün dərs yoxdu inəyi şəfəq vaxdı önünə qatdı və hər zaman oturduğu yerə gəlib çatar-çatmaz qarışqa yuvasına doğru qaçdı. Qarışqalara baxdı. Hər şey sanki dünən gördüyü kimiydi. Sadəcə yuvanın ətrafındakı buğda dənələrindən əsər yox idi. Yağış yuyub aparıb deyə düşündü. Torpaq qurumuşdu, dünəndən sanki əsər-əlamət qalmamışdı. Günəş yenə kəndi, tarlaları, yoxuşu yandırmağa başlamışdı. İnəyə baxdı. Biraz gəzim dedi. Bugün tülkünü görməmişdi. Axşama qədər təpəyə arada-bir göz atsa da tülkünü görə bilmədi. İnəyi önünə alıb türkü söyləyə-söyləyə, fit çala-çala evə tərəf gedirdi. Hər zaman keçdiyi it burnu çalılarına yaxınlaşanda birdən dayandı. Gözlərinə inanmadı. Yellənə-yellənə gedən tülkünü gördü. Tülkü sərxoş kimi addımlayırdı. Tülkü tövşüyə-tövşüyə nəfəs alırdı, yavaş-yavaş heydən düşürdü. Öncə qorxdu yaxlaşmadı, əlinə həmən bir daş aldı. Olduğu yerə çömbəldi və tülkünü izləməyə başladı. Tülkünün ölümünü seyredirdi. Onu xilas etmək istiyir, ancaq əlindən bir şey gəlmirdi, olanlara məna verməyə çalışırdı. Artık tilkinin nəfəsi kəsilmişdi, nəfəs almır, tərpənmədən uzanırdı. İnəyi önünə aldı, evə gəldi. İnəyi tövləyə salıb qapını bağlayıb evə qaçdı.

- Ninə, tülkü kolun dibində ağır-ağır nəfəs alaraq öldü.
- Haqq oldu elə, nə qədər gözəl oldu.
- Niyə elə deyirsən nənə? Nə gözəl tülküydü. Girdisə də dayımın hininə girdi bizimkinə deyil ki.
- Nəyi gözəliydi o xeyirsizin. Dayın zəhərli ət qoymuş hinin yanına, şəfəq vaxtdı onu yemiş hər halda.

Dayısı anasının qardaşı deyildi, nənəsinin qardaşıydı. Yəni büyük dayısıydı. Gecə kənddə çınar ağacının altında çay içmək üçün yığışan qonşular dayısının məharətindən danışır, artıq onlara rahatlıq verməyən bu tülküdən canlarının qurtardığını deyirdilər. O gecə bir daha dayısının evinə getməməyə və onunla danışmamağa söz verdi. Bu sözünü sübh tezdən pozdu. Nənəsi onu dayısının yanına ət döymək üçün dəhrə istəməyə göndərdiyində bu sözündən keçdi. Dayısıyla danışmaq məcburiyyətində qaldı. Bibisi evə dəvət etdi, içəri keçib kömbə də yedi. Dayısının evindən çıxar- çıxmaz it burnu kollarının yanına gidərək tülküyə baxdı. Tülkünün ağzına-burnuna böcəklər dolmuşdu. Əlinə bir ağac aldı və tülkünün qatılaşmış qarnına toxundurdu. Sonra geri çəkib; artıq qalxamaz dedi. Tülkünün yaxınları üçün matəm günü olsa da milçək və böcəklər üçün bayram günüydü. Dünən çölləri şənləndirən tülküdən bugün bir iz yoxdu və bir daha da olmayacaqdı.

Əlindəki uzun ağacdan at düzəldərək ayaqlarının arasına aldı, bir tərəfini yerə qoydu ve Çənlibelə qırat dedi. Bu yerlərə Çənlibel deyirdi. Cüneyt Arkının Koroğlu filminə dəfələrlə baxmışdı. Özü Koroğlu olmuşdu. Atını dördnala günəşə tərəf çapdı. Çənlibelə çıxdı və atından endi. Əlini qaşlarına qoyaraq kərpic evlərin içində öz evlərinə doğru baxtı. Ertəsi gün dərs vardı. Coğrafiya dərsini çox gözləyirdi. Evə döndü. Axşam yenə nənəsindən hər zaman dinlədiyi pəri, div nağıllarını danışmasını istədi. Yorğanı başına çəkdi, xəyallara daldı, uzun müddət divlərlə güləşdi. Gözləri bu xəyal aləminə daha çox dözə bilmədi və dərin yuxuya getdi.
23 Kasım 2018

Türküstan/Qazaxıstan
Tərcümə edən: Ruslan Dost Əli


MANERA.AZ


Baxış sayı - 1 696 | Yüklənmə tarixi: 30.12.2018 20:07
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031