manera.az
manera.az

Professor plagiata görə işdən qovuldu

📅 11.12.2018 14:04

Professor plagiata görə işdən qovuldu
Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda unikal hadisə baş verib: professor plagiata görə qovulub.

Milli Məclisin üzvü, akademik Ziyad Səmədzadənin rəhbərlik etdiyi “İqtisadiyyat” qəzetində institutun iki əməkdaşının həmmüəllifliyi ilə məqalə dərc edilib.

Lakin məqalə Moskva nəşrlərindən birindən olduğu kimi köçürülübmüş. Oğurluq yazı böyük rezonans doğurub. Çünki təkcə müəlliflik hüquqları pozulmayıb, həm də nəşrin imici zədələnib.

Dünən İqtisadiyyat İnstitutunda məsələ ilə bağlı iclas keçirilib, əməkdaşların hərəkətləri pislənilib və müxtəlif cəzalar təklif edilib. Hər iki əməkdaş cazəlandırılıb. Plagiat məqalənin müəlliflərindən birinə töhmət verilib, oğurluğun təşəbbüskarı kimi çıxış edən professor Ağadadaş Qafarov isə işdən qovulub. Bu, Azərbaycanda professorun plagiata görə işdən qovulması ilə bağlı ilk hadisədir. /Azedu.az/


Baxış sayı - 1 166 | Yüklənmə tarixi: 11.12.2018 14:04
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031