manera.az
manera.az

“Yeni kitabım bir az da özümə bənzəyir” - Cəlil Cavanşirlə müsahibə

“Yeni kitabım bir az da özümə bənzəyir” - Cəlil Cavanşirlə müsahibə
Xəbər verdiyimiz kimi, şair, tərcüməçi Cəlil Cavanşirin “Miladdan sonra” adlı şeirlər kitabı nəşr olunub.

Manera.az Cəlil Cavanşirin parafr.az-a verdiyi müsahibəsini təqdim edir:

– Cəlil, yeni kitabın çap olundu. Kitabda daha çox hansı mövzulara toxunulub?

– Kitabda daha çox sevgi şeirlərim yer alıb. Amma başqa mövzularda da şeirlər var. Ümumiyyətlə, qarışıq kitabdır. Hər şey bir-birinə qarışıb. Bir az da özümə bənzəyir. Oxucuların sevə-sevə oxuyacağı, daim yanında gəzdirmək istəyəcəyi kitab olacaq. Hətta bir-iki nəfərin səadətinə də səbəb ola bilər.

– Çoxdandır, inzivaya çəkilmisən. İmzan da az-az görünür...

– İnzivaya çəkilməyim doğrudur. Amma əvvəlki intensivliklə yazıram. Şeir kitabım çap olundu, romanı da nəşriyyata təhvil vermişəm. Eyni zamanda, uşaqlar üçün yeni povest üzərində işləyirəm. Yeni romanım üçün qeydlərə başlamışam. Hər şey yolunda və axarında gedir. Bircə problem sağlamlıqdır, o da düzələr.

– Bu inzivanın yaradıcı Cəlilə hansı təsiri oldu?

– Çox yaxşıyam. Əla yazılar yazmışam, əksəriyyəti çap olunub. Yeni kitablar və layihələr üzərində işləyirəm. Hər gün oxuyuram. Eyni zamanda, ispan dilini öyrənməyə başlamışam.

– Roman anonsu da vermişdin...

– “Aşiqlər və başqa dəlilər” adlı romanım artıq çapa hazırdır. Nəşriyyata təhvil vermişəm. Ümid edirəm, tezliklə oxuculara təqdim ediləcək.

– Hələ də israrla Bakıya qayıtmamağa çalışırsan...

– Bakıda yaşaya bilmirəm. Ona görə də ümumiyyətlə, geri qayıtmağı düşünmürəm.

– Başqa hansı yaradıcı planların var?

– Yarımçıq kitabları tamamlamaq, yeni kitabımı təqdim etmək, yazmaq, oxumaq və düşünmək. Ciddi layihələr olacaq və bunları da zaman-zaman açıqlayacam../Cavid Qədir, parafr.az/

MANERA.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31