manera.az
manera.az

Cəlil Cavanşirdən yeni şeirlər kitabı: "Miladdan sonra”

📅 03.12.2018 12:58

Cəlil Cavanşirdən yeni şeirlər kitabı: "Miladdan sonra”
Cəlil Cavanşirin "XAN” Nəşriyyatında "Miladdan sonra” adlı yeni şeirlər kitabı işıq üzü görüb.

Manera.az xəbər verir ki, kitabda son illərdə yazdığı şeirlər toplanıb: "İlin əvvəlində bir daha kitab çap etdirməyəcəyimə söz versəm də, bu sözümü tuta bilmədim. Anladım ki, kitabsız, ədəbiyyatsız yaşamaq mənim üçün çox çətindir. Eyni zamanda şeirlərimə tələbat olduğunu müşahidə etdiyim üçün, yeni şeirlər kitabı ilə oxucularımı sevindirmək istədim. Hər zaman olduğu kimi, bu dəfə də dostum və naşirim Müşfiq Xan arzumu həyata keçirmək üçün əlindən gələni etdi. Dostum Sevinc Çılğın da kitabın redaktəsini öz üzərinə götürdü və beləliklə kitab hazır oldu. Şeirsevərlər üçün çox maraqlı bir kitab olacağını düşünürəm. Xüsusilə gənclər tərəfindən kitabın maraqla qarşılanacağına əminəm.”

Növbəti həftələrdə kitabın Bakıda və bir sıra rayonlarda təqdimatı nəzərdə tutulur.

Cəlil Cavanşirdən yeni şeirlər kitabı: "Miladdan sonra”

MANERA.AZ


Baxış sayı - 1 083 | Yüklənmə tarixi: 03.12.2018 12:58
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031