manera.az
manera.az

Cadugər və oğurlanmış sözlər - Səmayə Bayramovanın nağılı

Cadugər və oğurlanmış sözlər - Səmayə Bayramovanın nağılı
Uzaq şərq ölkələrinin birində, irili xırdalı təpələrlə əhatlənmiş balaca və qeyri-adi şəhər vardı. Bu şəhərdə insanlar hər gün gündəlik işləri ilə məşğul olur, dincəlir, əylənir, zaman keçirir, bir sözlə normal ömür sürürdülər. İlk baxışdan adi şəhər təsuratı yaratsa da əslində şəhər adi şəhər deyildi. Belə ki, burada bir böyük, bir də balaca bazar vardı. Balaca bazara söz bazarı deyirdilər.

Bu bazarda çoxlu sözlər satılırdı. Əslində satılmırdı da. Çünki bazarda satıcı yox idi. Çünki bazar yalnız sözlərdən ibarət idi. Sözlər havada yellənər, şəhər əhalisi artdıqca sözlər də artar, çoxalardı. Şəhərdə heç bir insan öz özündən söz düzəldə bilməzdi. İnsanlar fikirlərini ifadə edə bilmək üçün uşaqlıqdan bu bazara gələr, yavaş-yavaş bütün sözləri alardılar. Yaxşı insanlar həmişə yaxşı sözlər alırdılar, pis insanlar pis.

Şəhəri burda qoyaq, keçək şəhərdən bir az uzaqda yerləşən meşəyə. Bu meşədə bir cadugər qarı yaşayırdı. Bu qarı çox pis işlərlə məşğul olurdu. Meşədəki heyvanlara gün verib işıq vermirdi. O, gecələr bayquş və ya yarasa cildinə girib meşənin üzəri ilə uçur, özünə ov axtarırdı. Ovladığı heyvanların bəzisini bişirib yeyir, bəzisini öz cadularında istifadə edirdi. Cadu üçün heyvanların quyruqlarını, qulaqlarını, tüklərini qoparır-bir sözlə, heyvanları çox incidirdi.

Bir gün qarı yenə yarasa cildinə girib meşənin üzəri ilə uçurdu. Gördü ki, şikar tapa bilmir, bir az meşədən uzağa uçdu,uçdu axırda tamam meşədən kənarlaşdı. Bir az yaxınlıqda bizim bu qeyri-adi bazarı olan şəhəri gördü. Şəhərdə hamı yatmışdı. Sözlərdən bəziləri isə niyəsə oyaq idi. Qarı bunu görcək diqqətini cəlb etdiyi üçün bazara endi. Bir cadu edib bazarı işıqlandırdı. Bütün sözlər qorxdular və oyandılar. Qarı yarasa cildindən çıxıb öz cildinə qayıtdı. Bu dəfə sözlər lap bərk qorxdular. Qarı hündürdən dedi:
-Bu nə maraqlı bazardı belə?! Bu bazar və buradakı sözlər mənə lazım ola bilər. Hə deyəsən ağlıma bir ideya gəldi.

Qarı bu sözləri deyib, bir cadu etdi. Söz bazarı şəhərdən yoxa çıxdı. Qarı söz bazarını oğurlayıb öz komasına apardı. Sözlər qorxu və çaşqınlqı içində idilər. Qarı bazarın işığını keçirdi ki, sözlər yatsın.

Səhər acıldı. Bütün sözlər ağlayırdı. Axı onlar şəhərə və ordakı insanlara aid idilər. Qarı sözləri belə görüb, onlara öz ciyiltili səsi ilə qışqırdı: Bəsdirin zırıldadız! Əgər səsinizi kəsməsəz özüm sizi kəsəcəm. Sözlər qorxularından sakit durdular.

Sözləri qarının caynaqlarında qoyub keçək şəhərə. Səhər açılan kimi artıq sözlərin bazarla birlikdə yoxa çıxması xəbəri, günəş şüasının yerə çatma sürəti ilə şəhərə yayıldı. Artıq söz bazarının yerində boşluq var idi. Sözlər isə tamamilə yoxa çıxmışdı. Heç bir dənə də qalmamışdı. İnsanları bu hadisə çox sarsıtdı. Şəhər əhalisi təşviş içində bir birinə qarışdı. Artıq insanların təşvişli səsləri şəhəri bürümüşdü. Hətta səslər getdikcə güclənərək şəhərdən kənara çıxırdı. Yaxın vaxt ərzində insanların səslərini şəhərə yaxın, qarının zülmandən qaçan heyvanlar eşitməyə başladı. Bütün heyvanlar şəhərdəki vəziyyətdən hali oldu. Onlar bu işi qarının etdiyini başa düşdülər. Qarışqa,fil, dələ, tülkü, dovşan, siçovul, ilan, kərtənkələ, bütün quşlar - bir sözlə, meşədə uçan, qaçan, sürünən bütün heyvanlar təəssüfləndilər.

Söhbət meşə kralı şirə də çatdı. O, heyvanları gizli şəkildə bir araya yığıb iclas etmək qərarına gəldi. Kral belə də etdi. Heyvanları bir araya toplayıb, insanlara kömək etməyi təklif etdi. Bunun üçün heyvanlar, aralarından bir elçi seçdilər. Hansı ki, həmin elçi insan dilini bilrdi. Bu zürafə idi. Çox zaman keçməmiş zürafəni şəhərə göndərdilər. Zürafə şəhərə gəlib, krallarının bütün heyvanlarla birlikdə insanlara kömək etmək istəyini çatdırdı. İnsanlar razılaşdılar və dedilər ki, bütün heyvanları kömək üçün şəhərdə gözləyirlər. Zürafə meşəyə qayıtdı. İnsanların dediklərini heyvanlara çatdırdı. Heyvanlar yavaş-yavaş, qarının gözündən yayınaraq şəhərə doğru yol almağa başladılar. Qısa zaman ərzində bütün heyvanlar şəhərə gəldilər.

İnsanlar "Qurtuluş planı" qurdular. Bu işdə heyvanlar onlara kömək edəcəkdilər. Qurtuluş planı əsasında insanlar və heyvanlar birləşərək qarının daxmasına hücum etdilər. Qarını tutmaq asan olmasa da onlar birlikdə tor quraraq, bunu bacardılar. Qarının əl ayağını, gözlərini bağlayıb özünü də bir ağaca sarıdılar ki, cadu edə bilməsin.

Onlar daxmaya girib, qarının qəfəslərə həbs etdiyi bütün heyvanları azad etdilər, qarının daxmadakı bütün cadularını məhv etdilər ki, bir daha cadu ilə pislik edə bilməsin. Sonra birlikdə köməkləşib söz bazarını şəhərə qaytardılar. Bu əlamətdar hadisə həm insanları, həm heyvanları, həm də sözləri çox sevindirdi. Daha həm heyvanlar, həm insanlar, həm də sözlər azad və sevinc içində şən yaşamağa başladılar.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031