manera.az
manera.az

"Cadugər" təqdim olunub | MANERA.AZ

"Cadugər"  təqdim olunub | MANERA.AZ

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Günel Eyvazlının "Cadugər" kitabının imza günü keçirilib.

Tədbirdə tanınmış yazıçılar, ziyalılar, qələm adamları, media nümayəndələri və digərləri iştirak ediblər.

Tədbiri açıq elan edən AYB-nin katibi Rəşad Məcid gənc yazar Günel Eyvazlı haqqında fikirlərini bölüşüb: “Günel Eyvazlı bizim zəhmətkeş gənclərimizdəndir. Onun müxtəlif qəzetlərdə və media orqanlarında yazıları, şerləri, hekayələri və essələri dərc edilir. Bir sözlə çox şaxəli fəaliyyətlə məşğuldur və başını aşağa salaraq öz yaradıcılığı ilə məşğuldur.”

Sonrakı çıxışçı, AYB katibi İlqar Fəhmi bildirdi ki, 2000-ci illərin əvvəllərində ölkədə gənclərin ədəbiyyata marağı olduqca az idi: “Lakin sonrakı illərdə ədəbiyyata qarşı gənclərdə xeyli sayda maraq və həvəs yarandı. Günel Eyvazlı da həmin nəslin davamçılarındandır. Onu da qeyd edim ki, həmin dövrlərdə ədəbiyyata maraq göstərənlərin bəziləri sona qədər getmədilər. Bu baxımdan Günel dözümlü çıxdı və sona qədər fəaliyyətini davam etdirdi.”

Tədbirdə digər iştirakçılar da çıxış edərək gənc yazarın yaradıcılığı ilə bağlı xoş sözlər söyləyərək, ona gələcək fəaliyyətində uğurlar diləyiblər.

Sonda yazar oxucuları üçün kitablarını imzalayıb.

MANERA.AZ
"Cadugər"  təqdim olunub | MANERA.AZ

"Cadugər"  təqdim olunub | MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031