manera.az
manera.az

Gömrük Komitəsində yeni təyinat

📅 31.10.2018 13:39

Gömrük Komitəsində yeni təyinat

Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi kollektivə təqdim olunub

Akademiyadan MANERA.AZ-a verilən məlumata görə, oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 oktyabr 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi vəzifəsinə təyin olunmuş hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov bu ali təhsil müəssisəsinin kollektivinə təqdim edilib.

Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük general-mayoru, texnika elmlər doktoru İqbal Babayev Qulu Novruzovu təbrik edib, yeni vəzifəsində və gələcək fəaliyyətində ona uğurlar arzulayıb. İqbal Babayev Qulu Novruzovun fəaliyyətindən söz açaraq, onun təhsil sahəsində böyük yol keçdiyini bildirib və səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdırıb. İqbal Babayev Dövlət Gömrük Komitəsinin Akademiyasının daha böyük uğurlara imza atacağına əminliyini ifadə edib.

Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov ona göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə öz təşəkkürünü bildirib və bu etimadı doğrultmaq üçün çalışacağını deyib.


Baxış sayı - 1 131 | Yüklənmə tarixi: 31.10.2018 13:39
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031