manera.az
manera.az

II Bakı Tanqo Festivalı olacaq

📅 06.11.2018 12:34

II Bakı Tanqo Festivalı olacaq
Landmark Hotel, IN Tango Baku, Tango On və El Club de Tangnun dəstəyi, Argentinanın Səfirliyi və The Landmark Hotel təşkilatçılığı ilə Bakı Tango Festivalının 2-ci buraxılışı keçiriləcək.

Tədbir 16-18 noyabr tarixlərində baş tutacaq.

Argentinanın Səfirliyindən MANERA.AZ-a verilən məlumata görə, festivalın 3 gün ərzində Argentina, Gürcüstan və Türkiyədən dəvət olunmuş 4 tanqo cütlüyü tərəfindən yeni başlayanlar və orta səviyyə rəqs edənlər üçün tanqo dərslər veriləcək.

Festivalın əsas tədbiri olan "Qala Gecə" 17 noyabr saat 20:00-da başlayacaq tədbirdə yerli və beynəlxalq rəqqasların qısa rəqs performansları baş tutacaq.

Performanslar arasında rəqs meydanı Alelsey Miltix (violonçel), Ceyla Seyidova (skripka), Səidə Tağı-zadənin (piano) ifasında canlı tanqo musiqisinin müşayəti ilə ictimai tango rəqsləri üçün açıq olacaq, belə ki, hər kəs rəqs edərək və ya yalnız masa arxasında bir şey içərək Arqentin tango mühitini hiss edə biləcək.

MANERA.AZ


II Bakı Tanqo Festivalı olacaq


Baxış sayı - 1 227 | Yüklənmə tarixi: 06.11.2018 12:34
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031