manera.az
manera.az

Tükənmişəm, ölməyə halım qalmayıb... | MANERA.AZ


Tükənmişəm, ölməyə halım qalmayıb... | MANERA.AZ

ƏVVƏLİ BURADA
...
Bu kimdir belə?

Türkiyənin qosqocaman İstanbul şəhərindən Maşa rayonunun Zamabara kəndinə qonaq gəlmiş dünyaca məşhur şair Zürriyyət Kamran Köşə bayaqdan yanında dayanmış “Haramzadə” məscidinin axundu İlğım İşartıya sual ünvanladı.

- Hiç salaqdır, kəndinə görə qonuşuyor, əfəndim.

- Salak olmasına salak ama şiiri güzel söylüyor.

Türk şairinin bu ifadəni işlətməsi sanki İlğım İşartının başına bir qazan qaynar su tökdü.

- Nasıl, əfəndim? Siz, salaq birisinin alaylarına qıymətmi veriryorsunuz?

O, elə bu sözü demişdi ki, bir anlıq özünün Şair Zürriyyət Kamran Köşənin qarşısında olduğunun fərqinə vardı.

- Hayır, efendim. Yalnızca onun iyi şiir söylediyini dedim. Neyse... - deyib Türk Şair əl jestiylə qarşısındakı nəfərdən mövzunu yekunlaşdırmasına işarə etdi.

- Düzgün deyirsiz elə nəysə, çox da irəli getməyək!

İlğım İşartı da söhbətin dərinliyinə getmədi.

***
Həmin gün şair Zürriyyət Kamran Köşə gecəni diri açdı, yuxu yata bilmirdi. Özü şair ruhlu olduğu üçün Dilavər Dilxəndanovun şeiri də ona xoş gəlmişdi. Əsas o deyil ki, şeir hansısa dini əqidəyə ziddir, əsla. Əsas odur ki, o, bu gün tanımadığı birisindən eşitdiyi şeirdə əsaslı maya, əsaslı mahiyyət və əsaslı qayə tapmışdı. Səhər açılsaydı, o yenidən onu görə bilərdi, mütləq. Amma... Az geçmişdi ki, pəncərənin bayır tərəfindəki kandarından Naməlum Bir Səsin onu səslədiyini eşitdi. Qulaqları çınladı, türklər demiş.

- Şair əfəndi, türk abi!!!

Naməlum Bir Səs eyni sözləri təkrarlayırdı. Kimsə əlindəki xırda daşla pəncərənin köhnəlmiş şüşəsini taqqıldadırdı. Pərcərəyə sərt şəkildə vurulan xırda daşın ritmi şüşənin müxtəlif hissələrində cənazə marşının notlarını xatırladırdı. Otaqdakı təknəfərlik çarpayı pəncərənin baş ucuna yaxın yerdə olduğu üçün Şair Zürriyyət Kamran Köşə qəfildən yatağından dimdik ayağa qalxdı.

- Kim O?

Köşə əfəndi Naməlum Bir Səsin ucbatından şaşırmışdı. Onun səs tonu səksəkəli və həyacanlıydı. Gecənin bu vaxtında onu səsləyən adam kim ola bilərdi axı.

***
O, pəncərənin bir tayını ehtiyatla özünə sarı açdı. Bayırdakı həzin meh sadəcə pəncərənin künclərinə hopurdu. Evin içərisinə bir ovuc hava belə təşrif buyurmurdu. Bütün bunlar ruhsal qəlbə sahib olan bir şairin düşüncələrindən dünyaya göz açmış cümlələr idi, təbii ki.

- Kim O!

Ev sahibi bayaqkı sualı yenidən təkrarladı. Daha doğrusu o evin ömürlük sahibi deyildi, əksinə müvəqqəti sakini idi.

- Mənəm! Mənəm, Dilavər Dilxanədanov! Zamabara kəndinin səyqulam adlandırılan sakini dilləndi.

Ev sahibi onu yalnız üzbəüz görəndən sonra dəqiq tanıya bildi.

- Buyur, dinliyorum sizi, ne lazım size? Türkiyənin məşhur şairi çaşqın halda gözlərini Dilavərə zilləmişdi və ondan əsas gəliş məqsədinin açıqlamasını gözləyirdi.

- Lütfən, çıxın gedin buralardan. Çoxdan buralarda islamiyyət ağ ciyər xəstəliyinə tutulub!

Naməlum Bir Səs Zambara kəndinin hazırki aqibətini təkcə bircə cümlə ilə ifadə etdi.

Dilavərin nəzərdə tutduğu vərəm xəstəliyi deyildi. O sadəcə bu cümləni şairanə düşüncə ilə işlətmişdi. Vərəmin sonrakı fəsadlarından olan kürək sancısı, ardınca daxili orqanların iflasını insanlara müjdələyirdi, o.

- Buralarda sizi tezliklə ölüm qucaqlayacaq, lütfən rədd olun gedin!

Dilxəndanov bu sözləri sərt şəkildə onun üçün deyirdi ki, heç olmazsa Şair Kamran birdəfəlik buralardan küsüb getsin. İncik halda belə yox, ömürlük qəlbi buralardan sınsın.

***
Qaldı ki, vərəm xəstəliyinə. Əlbəttə ki, vərəmə yoluxmamış insanlar bu xəstəliyin daxili orqan acısını bütünlükdə dərk edə bilməz. Əvvəlcə iki-üç dəfə möhkəm öskürək insanın qırtlağına düzülür. Yeniyetməsənsə, sifətində yenicə sarı tüklər qaralmağa başlayırsa və sən də o tüklərin təraşını yenicə nübar eləyirsənsə, deməli sənin bu günlük üzünü qırxmaq cəhdin yarımçıq qalacaq. Daha sonra topa halında qana boyanmış tüpücəyi burundakı çirklə bərabər yerə hayqırtı ilə tüpürürsən. Məcburi şəkildə. Daha sonra can çəkişə-çəkişə ölümün ilkin mərhələləri ilə tanış olursan. Hələ ki hansısa qız uşağı və ya qadın bakirəlik dövründə və yaxud erkən yaşlarında vərəmdən əziyyət çəkibsə, onda onların ailəsi bu xəstəliyi başqalarından ömür boyu gizli saxlamağa məcbur olur. Çünki o xanımların hələ gələcəkdə xoşbəxtçiliyə doğru surətlə davam edən gözəl həyatı var. Oğlanlar və ya kişilər isə vərəmin bədbin taleyindən az da olsa uzaq yaşamağı bacarır. Həqiqətən vərəm qanı bakirəlik qanı kimi şəffaf və durudur. Ürəklə qusa bilmirsən, göy öskürək ömürlük sənin bəlana çevrilib çünki, yazar Nikolay.

- Neden?!

Şair Kamran bu sualı onu vermək əvəzinə ürəyində özünə ünvanladı.

Qaranlığın simsiyah rənglərində Dilavər Dilxəndanovun cüssəsi yoxa çıxmışdı. Onun arxasınca getmək də əbəs yerə olardı. Zatən onu qovan qovmuşdu. Getməyin vaxtı idi. Ya piyada ya da at belində.

Səhəri gün heç kim onu evində tapa bilmədi. Dilavər Dilxəndanovu da. Şaiyələrə görə, Zamabara kəndinin səyqulam sakini İranın dini radikal qruplaşmasının sifarişi ilə öldürülmüşdü. Kənardan izləyəndə bu o qədər inandırıcı görsənmirdi. Ona görə ki Dilavər Dilxəndanov evinin həyətindəki çardaqda asılı vəziyyətdə tapılmışdı. Amma niyə ki. Elə insanlar olub ki, onu məcburi asıblar. Adı da qalır ki, bəs mərhum demə özünü asıb. Dəfnində belə hamı bir ağızdan həmişəki sözləri işlədib:

- “Təki Allah sənin günahlarını əfv eləsin, Amin”. Belə baxanda kim bilə bilər axı o mərhum necə olub ki, cismən diri olan bəndələrin qarşısında mərhuma çevrilib.
Beləcə bu cümlələrlə Dilavər Dilxəndanovun həyatı tamamlandı:

- Allah sizə lənət eləsin, xudmani din xadimləri !!!
- Allah sizi cəhənnəmə toplasın İslamı bölənlər !!!
- Allah sizi siz kimi eləsin, Zamabranın sakinləri !!!

Görəsən bu cümlələrə AMİN deyən olacaqmı? İnanılası deyil.

***
Eh istilər, eh soyuqlar. İnsan övladı nə vaxtadək yaz və payız fəsillərini arzulayacaq?! Maşa rayonu nə vaxt yay aylarında istinin qucağından yerə enəcək?! Hələ Zambara kəndinin dərdindən heç danışılası deyil. Çarablının yaşadığı daxma gündəlik itlərin, pişiklərin, siçovulların məskəni idi, hətta belə vaxtlar da.

***
Bügənədək insan üzüquyulu ölümə sarı öz istəyi ilə addımlayıbmı? Gerçədirmi ki, insanın əlaçsızlığı, çarəsizliyi və zəifliyi onun bədbəxt taleyini səmaların bətnində böyüdür? Ölüm insana lazımdırmı? Ölüm sonuncu çıxış yoludurmu? Əzra nə eləməliydi? Ölümə gedən yolda intiharımı seçməliydi? O məhz darısqal küçələrin birində özünə səssiz-səmirsiz künc seçmişdi ki, ara-sıra qarşısından ötüb-keçən adamlar onun fərqinə varmasın. Əzra küçənin küncündə özünə ayrıca künc axtarırdı, bir ovuc hönkürtü ilə ağlamaq üçün. Həqiqətən bakirəliyi qətl olunmuş qızcığazın alın yazısı qələmdəki mürəkkəbin son çatması ucbatından vaxtsız yarımçıq qalmışdı.



***
On yeddi yaşına yenicə qədəm qoymuşdu. İncə barmaqları çınqıl daşların üzərinə yenicə ayaq basırdı. Evlərin həyətyanı sahələrinin hündür çardaqlarında tənəyin yarpaqlarına təzəlikcə sərçələr qonub onun əndamına tamaşa eləyirdi. Hə, az qala yadımdan çıxmışdı. Dediklərim Əzranın məxsusi vücuduna tərif deyil, sırf onun gerçək gözəlliyinə xasdır. Onun bəmbəyaz budları və sığal üzü görməyən baldırları xayalarına hakim kəsilə bilməyən kişilərin ümdə arzusu idi. Günaşırı cinsiyyət orqanını oynatmağa adət etmiş oğlan uşaqları belə hər gecə çarpayıda yorğanın altına girərək, gizlincə onun misilsiz cazibəsini xəyal edib spermasını döşəyin üzərinə boşaldırdı. İndi həmin ayaqlar künçənin bir küncündə bükülü vəziyyətdə idi. Əlləri də üzünü qapamışdı. Allahın insanlara qarşılıqsız bəxş etdiyi ürəkdolusu ağlamağı indi o, ürəyi istədiyi kimi qullanırdı. O künc ki, Çarşablının evinin tam qarşısı idi.

***
Əzra axşamı bu qapının önündə gecələmişdi. O, həmin gecəni o qədər ağlamışdı ki, gözündən axan duzlu göz yaşı sifətində ləkəli cığır açmışdı. O gündüzlərdir ki, gözəl qadınların gözəlliyini şeytanın diliylə xisləti murdar kişilərə surətlə yayır. O gecələrdir ki, gözəl qadınların təcavüzə məruz qalmış bədənini mələklərin əliylə gizlədə bilir. O vaxtki bir günlük də olsa heç nə üzə çıxmır.

***
Ağ rəngli pişik balası mışıl-mışıl Əzranın ayaqlarına toxunarkən qızcığazın əti bir anlıq irpənmişdi, həmin vaxt. Onun nazik səs tonu ilə incə tərzdə qışqırığı Çarşablının həyətdən bayıra çıxmasına səbəb olmuşdu:

- Sən kimsən?

Çarşablı qarşısında yerə çöməlmiş qıza sual verdi. O, çarəsiz halda yerdə oturmuş qızcığazı müəmmalı şəkildə baxışları ilə gözdən keçirirdi. Qızdan isə heç bir cavab eşitmədi.

Bəzən olur ki, insanların həyat hekayələri bircə cümlədən ibarət olur, bəzən də insanların həyat hekayələrini qaralama halında yazılmış təkrar cümlələr bezar eləyir. Əzranın həyatı da artıq qaralamaya çevrilmişdi. Həmin yazılar yazıldıqca üzərindən də qələmlə möhkəmcə xətt çəkilmişdi. Bu onun taleyi idi, təəssüf ki.

- İstəsən evə gəl, qorxma, məndən sənə ziyan gəlməz. – deyə Çarşablı sözünü bitirib yenidən həyətinə daxil oldu. Hiss eləyirdi ki, axrasınca onun iki ayağından əlavə iki ayaq da onun asta addımlarını kölgə tək izləyirdi. Çarşablı gülümsəyərək daxmayabənzər mənzilindəki mətbəxə gəlib çatdı. İki stəkana çaydandan isti su tökdü və sobanın üstündəki çaynikdən də üzərinə dəmlik çay süzdü. Qızcığaz isə hələ də ayaq üstə dayanmışdı.

- Əyləş, çəkinmə.

Çarşablı ona stullardan birinə oturması üçün əliylə işarə etdi. Qızın məsum baxışları isə ürkək tərzdə onun dediyinə çoxdan “yox” kəlməsi ilə cavab vermişdi.

***
Çarşablının mənzili qəbr evindən fərqlənmirdi. O qəbr ki, insan oraya basdırıldıqdan sonra müxtəlif cürə həşəratlar iylənməyə adətkar olan cəsədlərin hər bir nahiyəsinə icazə almadan hücum çəkir. Onun da ölülərdən fərqi yox idi. Diri-diri bu mənzildə basdırılmışdı. Özü özünü yumuşdu, özü özünün duasını oxumuşdu və nəhayət özü özünü birdəfəlik kəfənə bürüyərək, burada torpağa tapşırmışdı. Çarşablı əzabı Qəbr əzabının üfunəti tək mənzilin dörd divarına hopmuşdu. Əlbəttə ki, axirəti səbirsizliklə gözləmək naminə.

***
- Gəl, bircə stəkan çay iç. Qorxma məndən. Mənki xortlaq deyiləm.

Çarşablının iti baxışları onun gözlərinin içərisində gizlincə səyahət eləməyə başladı. Cənnətin əsl görüntüləri həqiqətən onun qarşısındakı qızın gözlərində idi. O an düşünəndə məlum olur ki, o biri dünyada cənnət deyiləsi mifik məkan yoxdur. Bu sadəcə dindarların hoqqabazlığıdır. Elə dindarların bütün fırıldaqlığını Çarşablının önündəki qızcığazın gözləri açıq-aydın sübut eləyirdi.

***
Mələklər danışırmı, ümumiyyətlə? Günah çəlləyində hər gün çimən mələk varmı? Mələklərin meyvə bağlarından Allahın nemətlərini dərmək üçün qarğılardan hazırlanmış səbəti olurmu? Mələklərin nəfəsi varmı? Onların ürəyi döyünürmü? Onlar ürkək ceyran kimi düzənliklərdə təbiətin qoynunu tərk edib bir göz qırpımında sivri ayaqlarla qaça bilirmi? Yəqin ki.

***

Stəkanın dəyirmi hissəsi qızcığazın dodaqlarına elə toxunurdu ki, onun qırtlağına axan su damcıları qullab-qullab boğazından mədəsinə süzülürdü. Udqunanda isə qaraciyəri və bağırsaqları mədəsinin yolu ilə dərindən nəfəs almasına imkan verirdi və o anda sinəsində şişmiş boşluq onun döşlərinə məxsusi gözəllik bəxş eləyirdi.

***

- İçirsən yenə?

Əllərini yanına qısmış qızcığaz boynunu aşağıya dikərək, “yox” deyib, başını astaca yırğaladı.

- Yat biraz, bax, oradadır çarpayı, qorxma, mənim də biraz həyətdə işlərim var, onları başa vurum, sonra da dükanaaa...

Çarşablı sözünü bitirməyə çalışırdı ki, qızcığaz onun sözünü yarımçıq kəsdi.

- Yox, mən getməliyəm. – deyə, qızcığaz yorğun səs tonu ilə kəskin şəkildə cavab verdi.

- Narahat olma, tez gələcəm, bir tikə çörək yeyərsən, sonra gedərsən.

Çarşablının sözü yenidən yarımçıq kəsildi.

- Gedirəm...

O, bu dəfə Çarşablıya kəskin cavab verdi və Çarşablının daxmasından bayıra çıxmağa başladı.

***
Nə zaman kişilərin mənzilini gözəl və susqun qadınlar tərk edirsə, o zaman ilk məyusluq hissini dörd divarın timsalında bomboş otaqlar yaşayır. İçiboş stəkan, bəzən də yarımçıq içilmiş çay, habelə əllə toxunulmamış qənd qabı qadın bədəninin, qadın nəfəsinin həsrətini çəkməyə başlayır. Amma qadınların tərk edib getdiyi mənzillərdə həmişə qırıq-sökük stollar, yararsız hala düşmüş stullar olduğu kimi qalır.

***
Çarşablı dizlərini bükmüşdü. İbadətin acı izdirabını indicə yaşamağa başlamışdı. Dizləri yerə çöməlmişdi. Deyəsən, bu gün incancın dəqiq mövcudluğu bərqərar olacaqdı. Bircə günün içərisində görüb-tanımadığı şəxs, ələxsus qadın onu tərk eləmişdi. Yenidən, hər zaman olduğu kimi köhnələr onunla birgə həyat sürməyə davam eləyirdi. İt, pişik, otaqdakı əşyalar və bir də quru bədən təkrarən təkliyə məhkum qalmışdı. Daha iki əlin insanı ovutmağı, ona təskinlik verməsi bəs etmirdi. Çarşablı artıq heç nədən qane olmurdu. Gözlərini yumub yenidən açırdı, açıq gözlərini bir daha yumurdu. Eyni hərəkətləri təkrar-təkrar təkrarlayırdı. Amma Çarşablı onu gözləriylə geriyə qaytarmağı bacarmırdı. Ümid təkcə ümidə qalmışdı. O ümid də ki...

***
Ağlamaq, həm də ki hönkürtü ilə ağlamaq üçün insan əzəldən möcüzəvi cəsarətə sahib olmalıdır. Doğuşdan deyil, sonradan da deyil. Həyatı yaşadıqca, qaçarkən yıxıldıqca, ölərkən dirildikcə ağlamağın cəsarətinə yiyələnmək lazımdır. Çarşablı indi döşəmənin üzərində dizlərini elə bükmüşdü ki, onun kənardan görünüşü Allahın hüzurunda bəndələrin muti səcdəsini xatırladırdı. Səcdəsayağı obraz həmişə xurşid dindarların gülməşəkərliyinə bilavasitə işarə olub.

***
Çarşablı alnını döşəməyə dayamışdı. Gövdəsi bütövlükdə durduğu yerin hakiminə çevrilmişdi. Kölgəsi belə Çarşablının özünə sığınmışdı. Əlləriylə gicgahını ovuclarının içinə almışdı, Çarşablı. Ağlamaq deyildi, bu. Bir anın içərisində ürəyin dərinliklərində böyümüş sevgi hisləri də deyildi, bu. Bu sadəcə özünə inamın mücənnəməsi, özünə sadiqliyin atributu idi. Hələ ki ehtiras hissi onun damarlarına yol tapmamışdı. Stəkan dolu soyuq su da suluxlanmış dodaqların susuzluğunu kəsə bilmirdi. Ölüm çarə deyildi, illərlə yatağın bir küncündə əzrayıla ölmək üçün yalvarmaq isə çıxış yolu hesab olunmurdu. Əzrayıl onun canını indi ala bilməzdi. Əzra geriyə dönməliydi. Çarşablını Əzrayılın qəddar pəncələrindən xilas eləməliydi. O gəlsəydi, onda Əzrayıl da çıxıb gedərdi, insan cildində və gözəgörünməz ruh şəklində yalnızca xəyali dünyasına geri qayıdardı. Saatın əqrəbləri də heç nə olmamış kimi eynən yoluna davam eləyərdi.

***
Susqunluğun bətnindəki qəddar vicdansızlıq hökm etməyə başlamışdı. Ta ki Çarşablının sol çiyninə naməlum əl toxunana qədər. Əvvəlcə astaca Çarşablının çiyninə toxunmuş əl daha sonra onun çiynini taqətsiz halda sıxmağa cəhd elədi. Səcdədən başını yuxarıya qaldıran Çarşablı öncə arxasındakı naməlum şəxsin kölgəsini önündə açıq-aydın gördü. Həmin vaxt çaşqınlıqdan duruxmaq sadəcə axmaqların peşəsi ola bilərdi. O bilirdi ki, odur. Bayaqkı qızcığaz. On saniyənin içərisində Çarşablı fikrində hər şeyi nizamladı. Və geriyə dönmək yalnız bircə saniyə vaxt tələb edirdi: - Geriyə dönmək və qəfildən ayağa qalxaraq, onun boynundan möhkəmcə qucaqlamaq daha cəsarət tələb etmirdi. Belə olmalıydı. Çarşablı da belə etdi. İki yad bədənin eyni vaxtda biri-birinə sarılması ilə birgə iki yad kəsin nəfəsi birotaqlı mənzilin tənhalığını artıq qətlə yetirmişdi. Hər iki ağızdan çıxmış nəfəslər otağın boşluğuna sovrulmuşdu. Bəlkə də bugünədək o nəfəslər ayrılıqda özlərinin seçdiyi nəfəslə qovuşmaq arzusu ilə yaşayırdı. Və nəhayət ki, onlar da qovuşacaqlar, bir daha ayrılmamaq ümidi ilə.

***
Təbiətin canlı suvenirləri balerinasayağı dövrə vururdu. Küləyin xəfif mehi qucağında iri gövdəli ağacların zoğlu yarpaqlarına tozcuqlar hədiyyə gətirirdi.

Minlərlə qatili məlum olmayan yarpaq var ki, budağından qopub torpağın caynağına keçirdi.
Sübh çağı Çarşablının mənzilinə qonaq gəlmişdi. Sürünərək qapıya sarı özünü yetirə bilmişdi.

***
... özünü yetirə bilmişdi, yarpağın yarısı yox idi.

- Yox burası alınmadı. “Yarpağın yarısı yox idi” cümləsi silinməlidir. Bura uyğun gəlmir. Nikolay “Çarşablı”da həmin cümləni birdəfəlik təcrid eləyir: “Yarpağın yarısı yox idi”. O, bu cümləni sildikdən sonra gözündəki eynəni çıxarıb siqaret tüstüləri ilə özünü zəhərləməyə yollanır. Yerinfdəcə heykəl kimi donub qalmışdı, Nikolay. Hirsindənəlləriylə saçlarını dibindən qoparmağa çalışırdı. Gah sol əliylə, gah da sağ əliylə saçından bir topa tutub qüləzləyirdi2. Yer kürəsinin həzin melodiyaları onu deyəsən birdəfəlik tərk eləmişdi.

- Niyə öldürdün onu?

Nikolay düşüncələrində Çarşablıya sual verməyə başlamışdı.

- Kimi?

Çarşablı Nikolayın önündə əyləmiş vəziyyətdə idi. Çarşablının gözlərindəki təəccüb dolu baxışlar kinli hikkələr ucbatından vulkanın gur alovunu xatırladırdı.

- “Axund İlğım İşartını”. Nikolay məyusedici tərzdə dilləndi.

- Özün məndən yaxşı bilirsən, niyə öldürdüm onu?!

Çarablı bu sözü dedikdən sonra Nikolayın qarşısından durub getmək istəyirdi.

- Mən sənə onu öldür demədim... Nikolay güclə eşidiləcək səslə yenidən dilləndi:

- Sən elədin, mən də sən elədiyin kimi yazmağa başladım, Çarşablı.

Nikolay qəfil hirslənərək yumruğunu yazı masasının üzərinə möhkəmcə vurdu. Gözləri qan çanağına dönmüşdü.
O, utanc hissindən əlləriylə gözlərini qapamışdı. Çarşablını günahlandırırdı.

- Mən sənə heç vaxt deməmişəm ki, get, axund İlğım İşartını öldür, əclaf! Nikolay özlüyündə deyinirdi.

Mən elə söz deməmişəm sənə. Məəən eləəə sööözzz deməmişəm sənəəəəə.

Daxilindəki hirsi Nikolayı boğurdu. Boğazı hikkəsinin caynağına keçmişdi. Hirsindən əlləri əsirdi. Ayağa güclə qalxdı. Çarşablının yaxasını ələ keçirməyə çalışırdı. Amma təəssüf ki, ilk cəhdi alınmadı. Təsəvvüründəki Çarşablı gerçəkdəki divara çevrilmişdi. Çarşablı ilk hücumdan xilas olmuşdu. Nikolay isə əlləriylə divarı boğazlamaqla məşğul idi. Çarşablının qeybdən gələn səsi yazar Nikolayın gicgahındakı damarları şişirdirdi. Davamlı səs tonları onun beyninin dərinliklərinə hakim kəsilirdi:

- Boşuna hirslənmə. Məni sən yaratmısan. Sən necə yazmısansa elə də eləmişəm, yazdığın kimi yaşamışam, hələlik sağam ölüm günümü yazmamısan.

- Mən səni belə yaratmamışam.

Naməlum səslər ucbatından döşəmənin üzərində çabalayan Nikolay əlləriylə divarın küncünü cırmaqlayırdı. Onun əlləri qana boyanmışdı. Divardakı qan izi isə müqəddəs daş kitabələrin irsi deyildi.

- Sən Allah deyilsən, mən sadəcə sənin cümlələrində varam. Səkkiz hərfli addan ibarətəm. Sənin yaratdığın Çarşablıyam. Sənin yaratdığın...

Yenidən Çarşablının qeybdən gələn səsi yazar Nikolayın əhvalını dəng eləmişdi.

- Sən yazmasan mən heç nə edə bilmərəm. Necə ki, Allah izn verməsə sən də bir addım belə ata bilməzsən. Eynən sən də mənim kimisən.

Çarşablının səsi ara vermirdi. Onun davamlı səs tonu “Çarşablı”nın müəllifinin beynindəki hüceyrələrə zülfiqar qılıncı təki dayanmadan zərbələr endirirdi.

- Mən Allah deyiiiləəəm!

Yazar Nikolay hönkürtü ilə ağlayırdı.

- Mən sənin mutinəm.

Çarşablı bir daha yazar Nikolayın beyindəki daxili orqanlara hücum etmişdi:

- Sən də mutisən, Nikooolaaay, sən də...!

“Çarşablı” nın müəllifi artıq Çarşablıya cavab verəcək bircə kəlmə də olsa söz tapa bilmirdi. Öz yazılarının əsiri olan müəllifin qəfildən gözləri hikkədən bərəldi. Var gücü ilə ayağa qalxaraq, gövdəsini bədəninə uyğun tarazladı. Tənginəfəs halda sağ əlini naməlum istiqamətə tuşladı:

- Daha sənə icazə verməyəcəm kimisə öldürəsən. Bundan sonra əsla özbaşına heç kimi öldürə bilməyəsən. Əclaf!

Əlavə işlətmək üçün cümləsi qalmamışdı, yazar Nikolayın. Üç aydır ki, içkidən uzaqlaşmış “Çarşablı”nın müəllifi böyrəklərindəki kristal daşlarla mübarizə aparırdı. Xanım N. üçün yazdığı şeirlər belə indi onun heç də imdadına çatmırdı. Həqiqətən yazarların heç biri heç vaxt tənhalıqdan siğortalanmayıb, hələ ki bu tənhalıq qadınsızlıq ucbatından baş veribsə, deməli həyatda xoşbəxtlik naminə siğortalamaqdan söhbət gedə bilməz. Həyatı siğortası olmayan şəxslərdir, yazarlar.
***
Yazar Nikolay asta-asta addımlarla yazı makinasının önündə əyləşib “Çarşablı” nın ardını yazmağa başladı:

- Tükənmişəm, ölməyə halım qalmayıb. Özümü iyirmi illik ərindən dava-dalaşla boşanıb ata evinə qayıtmış dul və ifritə qadınlar kimi hiss eləyirəm. Bilmirəm ki, peşimançılıq hissidir, bu, yoxsa... buna ad verə bilmirəm.

Yazı makinasındakı ağ list vərəqin üzərinə muncuq kimi ard-arda düzülmüş cümlələr növbəti kağızın axırına çıxmışdı.

***
Axirətin başlanğıcına oxşar olan bu dünyanın sonluğunda Əzra ilə Çarşablının aqibəti bəlli olmadı. Onlar eləcə həmin evdə birdəfəlik birgə yaşamağı qərarlaşdırmışdılar, deyəsən. Çarşablı Əzranın taliyini puç etmiş axund İlğım İşratının məhvini uğurla başa vurmuşdu. O, öz qətli ilə Əzranın az da olsa nakam məyusluğunu ovuda bilmişdi. Əzranın həyatında yegənə təskinlik məbudu idi, Çarşablı. Maşa rayonunun Zambara kəndində isə matəm günləri daşa çatmışdı. Axund İlğım İşartının cəsədini tapmayan Zambara kəndinin sakinləri bir il sonra “Haramzadə” məscidinə İrandan Hacı Qartal adında bir nəfər möminin gələcəyi xəbərini eşitdilər. Deyilənə görə, Hacı Qartal da biraz nağılbaz adamdır. Qonşu kəndələrin sakinləri belə deyirdi. Sakinlər həmin möminin xütbələrində nağılvari söhbətlər etdiyini söyləyirdi. Amma Hacı Qartal dindar şiə qardaşlarına nağılsayağı moüzələr oxusa da, bu dəqiq mənbədir ki, onun əxlaqına söz ola bilməz.

***
Yazar Nikolay sonuncu vərəqi də qatlayıb digərlərnin üzərinə qoydu. O indi anlayır ki, bugünədək Allah onu nə səbəbə yaradıb. Əlbəttə ki, dünyaca məşhur və oxunan yazar olmaq məqsədilə. O yazar ki, hər zaman həyat yoldaşının bircə kəlməsindən ehtiyat etməlidir. O söz ki, yazarlar üçün yaşamağın son dayanacağı və uçurumu ola bilər. Vəssalam, bununla da həyat sona çata bilər.

- Sən yazıçı deyilsən, sadəcə xəyalpərəstsən.

Əlavə qeyd: “Haramzadə” sözünün mənası Zadəgan ocağı deməkdir.

Əlavə qeyd: Şəql 1 - ərəb dilindən tərcümədə - “toxumaq” mənasındadır.

Əlavə qeyd: qüləzləmək 2 – “dartmaq”, “dartışdırmaq” mənasındadır.



Manera.az

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031